Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda “18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü” münasibətilə tədbir keçirildi.

18 oktyabr 2018 | 16:00

18 oktyabr 2018-ci il tarixdə Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü” münasibətilə elmi-praktik konfrans keçirildi.

Tədbir öncəsi Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu və xatirəsi dərin ehtiramla yad edildi. Tədbir rayon Heydər Əliyev Mərkəzində dəyirmi masa ətrafında davam etdirildi.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı cənab Əhməd Muxtarov Ulu Öndər Heydər Əliyevin siyasəti ilə möhkəmlənən və ölkə prezidenti cənab İlham Əliyevin davam etdirdiyi siyasəti və onun nümunəvi nəticələri barədə danışdı.

Tədbirdə çıxış edən rayonun idarə, müəssisə rəhbərləri ölkəmizin ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardığını, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldüyünü, və ümummilli lider Heydər Əliyevin ideyalarının cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söylədilər.

Keçidlər