Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul şəhərində İ.Qayıbov və H.Səmədov küçələrinin sakinləri ilə səyyar qəbul-görüş keçirildi.

19 oktyabr 2018 | 16:00

19 oktyabr 2018-ci il tarixdə Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinin Akt zalında rayon İcra Hakimiyyəti başçısının Hacıqabul şəhəri İ.Qayıbov və H.Səmədov küçələrinin sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Tədbirdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhər sakinləri iştirak etmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək son illərdə rayonun sosial-iqtisadi inkişafından, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə şəhər sakinlərinə məlumat verdi. Görüş zamanı şəhər sakinlərinin müxtəlif məsələlər barədə müraciətləri qeydə alındı və icrası ilə əlaqədar yerində aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Keçidlər