Şriftin ölçüsü :

Saytın rəngi :

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Hacıqabul rayonunda vətəndaşları qəbul edib.

17 yanvar 2019 | 16:00

17 yanvar 2019-cu il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Hacıqabul rayonunda vətəndaşları qəbul edib.

Tədbirdən öncə rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, xatirəsini ehtiramla yad etdilər. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Hacıqabul şəhər Heydər Əliyev Mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Rəhimov Arzu Yusif oğlu Şirvan şəhərinin, Hacıqabul, Salyan, Neftçala, Sabirabad, Saatlı və Kürdəmir rayonlarının sakinlərini qəbul edib.

Qəbulda iştirak edən vətəndaşlar tərəfindən bir sıra məsələlər qaldırılıb. General-leytenant Rəhimov Arzu Yusif oğlu qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Keçidlər