Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda “20 Yanvar” faciəsinin 29-cu ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirildi.

20 yanvar 2019 | 16:00

20 yanvar 2019-cu il tarixdə Hacıqabul rayonunda “20 Yanvar” faciəsinin 29-cu ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirildi. Tədbirdə Rayon İcra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri və kollektivi, rayon hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, rayon sakinləri və şəhid ailələrinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları Şəhidlər xiyabanında “20 Yanvar” şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə və şəhid məzarları üstünə gül-çiçək dəstələri düzərək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən vətən övladlarının xatirəsini böyük hörmətlə anıblar.

Saat 12:00-da bütün ölkə ərazisində olduğu kimi Hacıqabul rayonunda da “20 Yanvar” qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Keçidlər