Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirildi.

06 fevral 2019 | 16:00

06 fevral 2019-cu il tarixdə Hacıqabul şəhər Mədəniyyət evində rayon İcra Hakimiyyətinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.

Rayon İcra hakimiyyətinin başçısı Əhməd Muxtarov məruzə ilə çıxış etdi, daha sonra Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Əlibaba Əliyev, Milli Məclisin deputatı, Komitə sədri Rafael Hüseynov çıxışlar edərək 2018-ci ildə görülən işləri müsbət qiymətləndirdilər və 2019-cu ildə də bu inkişaf tempini qoruyub saxlamağı tövsiyə etdilər.

Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.

 

Keçidlər