Şriftin ölçüsü :

Saytın rəngi :

“26 fevral – Xocalı soyqırımı”nın 27-ci ildönümü ilə əlaqədar ədəbi-bədii kompozisiya təqdim olundu.

26 fevral 2019 | 16:00

26 fevral 2019-cu il tarixdə saat 11:00-da Hacıqabul şəhər Mədəniyyət evində “26 fevral – Xocalı soyqırımı”nın 27-ci ildönümü ilə əlaqədar “Viran ocağım” adlı ədəbi-bədii kompozisiya təqdim olundu.

Tədbirdə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov, hüquq mühafizə orqanlarının rəhbərləri, icra nümayəndələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Xocalı faciəsi zamanı şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Hacıqabul rayon mədəniyyət işçilərinin təşkilatçılığı və iştirakı ilə nümayiş olunan kompozisiya dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu göstərmiş, eyni zamanda yetişməkdə olan nəsildə işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına inam yaratmaq, onların vətənpərvər ruhda tərbiyə olunması, vətənə, torpağa məhəbbət hissinin aşılanması məqsədilə keçirilmişdir.

Keçidlər