Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hacıqabul rayonunda vətəndaşları qəbul edib.
27 fevral 2019-cu il tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hacıqabul rayonunda vətəndaşları qəbul edib. Tədbirdən öncə rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qurbanlı Mübariz Qəhrəman oğlu ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, xatirəsini ehtiramla yad etdilər.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Hacıqabul şəhər Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qurbanlı Mübariz Qəhrəman oğlu Şirvan şəhərinin, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarının sakinlərini qəbul edib. Qəbulda iştirak edən vətəndaşlar tərəfindən bir sıra məsələlər qaldırılıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qurbanlı Mübariz Qəhrəman oğlu qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.