Hacıqabul rayonunda “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçirilmişdir.
27 fevral 2019-cu il tarixdə Hacıqabul rayon İcra Hakimiyyətinin Akt zalında Hacıqabul rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçirilmişdir.
Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Hacıqabul rayon İcra Hakimiyyətinin rəhbər işçiləri, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət fəalları, dini icma sədrləri, din xadimləri və ilahiyyatçılar iştirak etdilər.
Konfransda ölkəmizdə dini durum, multikultural dəyərlərin qorunması, eyni zamanda, tolerantlıq mühitinin, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi müzakirə edilmişdir.