Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda Şura iclası keçirilmişdir.

01 mart 2019 | 16:00

01 mart 2019-cu il tarixdə Hacıqabul rayon İcra Hakimiyyətinin Akt zalında “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı fevralın 25-də keçirilən müşavirənin yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş” Şura iclası keçirilmişdir.

İclasda rayon İcra hakimiyyəti başçısı aparatının işçiləri, rayonun hüquq-mühafizə, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etdilər.

İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi strategiyaya əsasən, ölkəmizdə sosial-iqtisadi inkişafının əsas istiqamətləri, o cümlədən sosial müdafiəyə ehtiyacı olan vətəndaşların sosial müdafiəsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında geniş müzakirələr aparıldı.

Keçidlər