Hacıqabul rayonunda “8 Mart - Beynəlxalq Qadınlar günü” münasibəti ilə tədbir keçirildi.
07 mart 2019-cu il tarixdə Hacıqabul rayonunda “8 Mart - Beynəlxalq Qadınlar günü” münasibəti ilə tədbir keçirildi. Tədbirdə rayonun idarə və təşkilatlarında çalışan qadınlar, şəhid anaları və rəhbər işçilər iştirak etdilər.
Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, xatirəsini ehtiramla yad etdilər. Tədbir “Qədir Xum” ailəvi istirahət mərkəzində davam etdirildi.
Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov çıxış edərək bütün qadınları bayram münasibəti ilə təbrik etdi və bir neçə qadın İcra Hakimiyyəti başçısı tərəfindən hədiyyələrlə mükafatlandırıldı.
Tədbir dəvət olunmuş müğənni kollektivlərinin xoş musiqi sədaları ilə davam etdi.