Hacıqabul rayonunda ”Novruz” bayramı münasibətilə məhsulların satış yarmarkası 16-21 mart tarixlərində gündəlik fəaliyyətinə başlamışdır
16 mart 2019-cu il tarixdə Hacıqabul rayonunda ”Novruz” bayramı münasibətilə təşkil olunan məhsulların satış yarmarkası 16-21 mart tarixlərində gündəlik fəaliyyətinə başlamışdır. Novruz” bayramı münasibətilə təşkil olunan məhsulların satış yarmarkasının gündəlik fəaliyyətə başlanması ilə əlaqədar açılışda rayon İcra Hakimiyyəti başçısı və bir sıra idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etdilər.
”Novruz” bayramı münasibətilə təşkil olunan məhsulların satış yarmarkası əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, o cümlədən çeşidini genişləndirməklə seçmək və əlverişli qiymətlərə almaq imkanlarını yaradır.
Dövlət başçısının tapşırığı əsasında təşkil edilən bu yarmarkalarda məqsəd fermerlərin, sahibkarların öz məhsullarını əlverişli şəraitdə yarmarkada sata bilmələri, əhalinin isə ucuz qiymətə bu məhsulları almasıdır. Yarmarkada qiymətlər bazar qiymətlərindən xeyli ucuzdur və satış yerləri sanitar-gigiyenik normalara cavab verir.