Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda “Əhalinin məşğulluğunun artırılması məqsədi ilə yaradılmış müvəqqəti iş yerlərinə işlərin təşkilində neqativ halların aradan qaldırılması” mövzusunda müşavirə keçirildi.

13 aprel 2019 | 16:00

13 aprel 2019-cu il tarixdə rayon İcra Hakimiyyətinin Akt zalında “Rayonda əhalinin məşğulluğunun artırılması məqsədi ilə yaradılmış müvəqqəti iş yerlərinə işçi qəbulu, əmək haqlarının ödənişi qaydalarının icrası və bu işlərin təşkilində neqativ halların aradan qaldırılması” mövzusunda aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə müşavirə keçirildi.

Müşavirəni rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov açaraq, qeyd edilən işlərin icra vəziyyətinin yoxlanılması ilə bağlı müvafiq komissiya yaradıldığını bildirildi və komissiyanın tərkibini müşavirə iştirakçılarına çatdırdı. Komissiya üzvlərinə tapşırıldı ki, müvəqqəti iş yerləri açılmış qurumlarda işləyənlərin fəaliyyətlərini nəzarətdə saxlasınlar. İşçilərin adlarına açılmış əmək haqlarının ödənişi kartlarından kənar adamların  istifadəsi hallarına yol verilməsin. Bu işə məsul olan bütün vəzifəli şəxslərə ciddi xəbərdarlıq edildi.

Müşavirədə aidiyyəti üzrə müvəqqəti iş yerləri açılmış idarə, müəssisə və təşkilat rəhbərləri çıxış edərək bu istiqamətdə həyata keçirilmiş işlər barədə məlumat verdilər.

“Dost İş Mərkəzi” MMC xətti ilə açılmış 295 iş yerindən 17.04.2019-cu il tarixə kimi 295 nəfərin məşğulluğu təmin edilmişdir.

Bundan əlavə olaraq “Azərişıq” ASC-nin Hacıqabul Elektrik şəbəkəsi üzrə 45, “Azərenerji” ASC üzrə 5 və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Hacıqabul Magistral Qaz Kəmərləri İdarəsi üzrə 37 yeni iş yeri açılmış və 17.04.2019-cu il tarixə bütün yerlər üzrə göndəriş verilərək işlə təminat həyata keçirilmişdir.

Keçidlər