Hacıqabul rayonunda YAP Hacıqabul rayon təşkilatı Gənclər Birliyinin 4-cü konfransı keçirilib.
01 may 2019-cu il tarixdə Hacıqabul rayonunda YAP Hacıqabul rayon təşkilatı Gənclər Birliyinin 4-cü konfransı keçirilib.
Tədbir iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, xatirəsini ehtiramla yad etdilər.
Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Əhməd Muxtarov, Milli Məclisin deputatları Rüstəm Xəlilov və Şahin İsmayılov, YAP Hacıqabul rayon təşkilatının idarə heyəti, idarə müəssisə və təşkilatların rəhbər şəxsləri və kollektivi iştirak ediblər. Konfransda çıxış edənlər ölkədə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyətini vurğulayıblar.
Tədbirdə YAP Hacıqabul rayon təşkilatı Gənclər Birliyinin sədri, YAP Hacıqabul rayon təşkilatı Gənclər Birliyinin Şura və İdarə Heyətinin üzvləri, eyni zamanda YAP Hacıqabul rayon təşkilatı Gənclər Birliyinin sədr müavinləri və YAP Gənclər Birliyinin V Konfransına 2 nəfər nümayəndə seçilib.
Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.