Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun hesabat məruzəsi

11 may 2019 | 16:00

2019-cu ilin birinci rübündə Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının yekunları barədə rayon İcra hakimiyyətinin başçısı Ə.K.Muxtarovun  11 may 2019-cu il tarixli Şura iclasındakı

 

HESABAT MƏRUZƏSİ

 

Aprel ayının 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün  sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Dövlət başçısı bildirmişdir ki, bu ilin birinci rübündə əldə edilmiş sosial və iqtisadi nəticələr göstərir ki, biz düzgün yoldayıq, islahatlara alternativ yoxdur. Son illər ərzində müxtəlif mərhələlərdə islahatlar aparılıb və bu islahatlar nəticəsində ölkəmiz inkişaf edib. Son 15 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Ölkəmizdə çox böyük infrastruktur layihələri icra edildi, insanların rifah halı yaxşılaşdı və respublikamızın gələcək inkişafı üçün möhkəm zəmin yaradılmışdır.

Dövlət başçısı bildirib ki, 2019-cu ilin birinci rübündə ümumi daxili məhsul 3,0 faiz artmışdır. Ölkə iqtisadiyyatına 9,0 milyard dollar sərmayə qoyulmuşdur ki, bu vəsaitin də 5,6 milyard dolları qeyri-neft sektoruna payına düşür. 3 ayda qeyri-neft sektoru 1,0 % artmışdır. Sənaye istehsalı 4,4 %, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz, kənd təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri isə 5,5 faiz artıb. İnflyasiya aşağı səviyyədədir - 2,1 faiz. Ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulub. Bu sərmayənin 2 milyardı ölkəmizin qeyri-neft sektoruna yatırılıb.

Qeyri-neft ixracı 1 milyard dollar artmışdır. Valyuta ehtiyatlarımız 46,7 milyard dollara çatmışdır.

2019-cu ilin birinci rübü ərzində 40 min ödənişli yeni iş yeri yaradılmışdır. 

Dövlət başçısı bildirmişdir ki, Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı 25-ci yerə layiq görüb. Biz il ərzində 32 pillə irəliləmişik və ən islahatçı 10 ölkə sırasında yer almışıq.

Minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, tələbələrin təqaüdü, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər artmışdır.

Prezident cənab İlham Əliyev yekun nitqində qeyri-neft sektorunun inkişafı, elektrik və su təchizatı, qazlaşdırma, meliorativ tədbirlərin həyata keçirilməsi, yeni iş yerlərinin yaradılması, yeni yolların salınması, ekoloji vəziyyətinin yaxşılaşdırılması, ərzaq təhlükəsizliyinin təmin olunması, fındıqçılığın, üzümçülüyün, pambıqçılığın, taxılçılığın, meyvəçiliyin, tərəvəzçiliyin inkişafı sahəsində görülən işlərlə bağlı tapşırıqlarını verdi. Yeni “Asan xidmət” mərkəzlərinin açılması, inşaat sektorunun əhəmiyyətini vurğulayaraq, ölkəmizdə makroiqtisadi vəziyyətin sabit olduğunu, sənaye istehsalı sahəsində iri sənaye müəssisələrinin yaradılması prosesinin sürətlə davam etdirildiyini bildirdi.

Möhtərəm Prezidentimizin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramında qarşıya qoyulan məqsədlərin reallaşması, nəzərdə tutulmuş layihələrin icra edilməsi nəticəsində iqtisadi rayonlar yeni inkişaf mərhələsinə qədəm qoyur. Ötən müddət ərzində respublikamızın digər rayonları kimi Hacıqabulda da mühüm işlər görülmüşdür.

İqtisadi islahatlar və Dövlət Proqramının icrası ilə bağlı 2019-cu ilin üç ayında rayonda gördüyümüz işlər, həyata keçirilmiş tədbirlər və rayonun sosial-iqtisadi göstəriciləri barədə bir qədər geniş məlumat vermək istəyirəm.

2019-cu ilin üç ayında rayon üzrə ümumi məhsul buraxılışının həcmi 59 milyon 165 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 760 min manat və ya 4,9 % çoxdur. Məhsul buraxılışı həcmində qeyri-dövlət sektorunun payı 82,8 % təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 6,4 % çoxdur. Bu ilin üç ayı ərzində  kənd təsərrüfatı məhsulunun həcmi 4 milyon 315,9 min manat artaraq 28 milyon 136,1 min manat, sənayedə məhsul buraxılışının həcmi 695,7 min manat artaraq 6 milyon 295,3 min manat, ticarətdə məhsul buraxılışının həcmi 720,0 min manat artaraq 19 milyon 607,1 min manat olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatında 18,1 %, sənayedə 12,4 %, ticarətdə 3,8 % artım müşahidə edilmişdir.

Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsi 1 milyon 812,0 min manat və ya 3,1 % artaraq 59 milyon 466,0 min manat, iaşə dövriyyəsi 48,0 min manat və ya 4,8 % artaraq 1 milyon 50,0 min manat, əhaliyə göstərilmiş pullu xidmətlərin həcmi 598,0 min manat və ya 7,5 % artaraq 8 milyon 610,0 min manat, məişət xidmətlərinin həcmi 78,0 min manat və 4,8 % artaraq 1 milyon 710,0 min manat, yük daşınmalarının həcmi 2,0 min ton və ya 3,4 % artaraq 60,0 min ton, sərnişin daşınmalarının həcmi 31 min nəfər və ya 2,3 % artaraq 1 milyon 370 min nəfər, rabitə xidmətlərinin həcmi 14,3 min manat və ya 8,8 % artaraq 177,7 min manat olmuşdur.

Bir nəfərə düşən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,6 manat və ya 6,2 % artaraq 113,6 manat təşkil etmişdir.

2019-cu ilin 3 ayı ərzində Hacıqabul rayonunda iqtisadiyyatın bütün sahələrinə yönəldilmiş əsas kapitala investisiyaların ümumi həcmi 4 milyon 417,4 min manat, istifadəyə verilmiş əsas fondlar 930,0 min manat olmuşdur. Ümumi mənzil fondu 20,1 min kv.metr və ya 1,7 % artaraq 1 milyon 193,0 min kv.metr təşkil etmişdir.

Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayonda aqrar islahatların uğurla həyata keçirilməsi kənd təsərrüfatının çoxsahəli inkişaf etdirilməsinə, bu sahədə qazanılan uğurları ilbəil artırmağa zəmin yaradır.

 Rayonda 2019-cu ilin məhsulu üçün 37254,0  hektar sahədə taxıl əkilmişdir. Bu sahələrin 25925,0 hektarını buğda, 11008,0 hektarını arpa, 321 hektarını isə xəsil əkini təşkil etmişdir.

Hesabat dövründə 626,0 hektar sahədə yazlıq əkin işləri aparılmışdır.  O cümlədən; 87,0 hektarda tərəvəz, 20,0 hektarda bostan, 4,0 hektarda kartof, 157,0 hektarda şəkər çuğunduru və 353 hektar sahədə yonca əkilmişdir. Hal-hazırda rayonun təsərrüfatlarında yazlıq əkin işləri davam edir.

 Hesabat dövründə rayonda 5074 ton süd, 2404 ton diri çəkidə ət və 89 milyon 895 min ədəd yumurta istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 ton süd, 88,0 ton ət və 16089,0 ədəd yumurta istehsalının artımı deməkdir.

Rayon üzrə heyvanların baş sayında da artım müşahidə olunmuşdur.  Belə ki, ötə ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayı 480 baş və ya 1,2 % artaraq 39402 başa, qoyun və keçilərin sayı sayı isə 889 baş və ya 0,6 % artaraq 138025 başa çatmışdır. Quşların baş sayı iksə  2 milyon 744,1 min baş qeydə alınmışdır.

“Aqrolizinq” vasitəsilə hesabat dövründə 853,7 ton azotlu gübrələrin təminatı olmuş, 676,2 ton gübrənin 70 % güzəştlə satışı həyata keçirilmiş, 177,5 ton azotlu gübrələrin, 6526 litr pestisid və herbisidlərdən ibarət dərman preparatlarının anbar qalığı olmuşdur.

Əkinlərin su təminatının yaxşılaşması üçün rayon Suvarma Sistemləri idarəsi 20943 ha suvarılan torpaqlarında kənd təsərrüfatı əkinlərini və meşə zolağını suvarma suyu ilə təmin edir. Əkinlərin su təminatının yaxşılaşması üçün 2019-cu ilin 3 ayında 60,0 km magistral və təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri yerinə yetirilmişdir.

Əkinlərin suvarılması üçün 2019-cu ilin 3 ayında su mənbələrindən 24,9 mln. kub metr su götürülmüş, su ayrıclarından Sudan İstifadəedənlər Birilliklərinə 18,53 mln. kub metr su verilmişdir. Sudan istifadə əmsalı 0,97 olmuşdur.

Hesabat dövründə 2 ədəd elektrik mühərriki əsaslı təmir olunmuş, 25 ədəd hidrotexniki qurğu, 5 ədəd hidropost, 1 ədəd nasos stansiya binası, 1 ədəd mülki bina cari təmir olunmuşdur.             

Yuxarı Şirvan kanalının qolundan su götürən və su keçirmə qabiliyyəti  5 m3/san olan 28,2 km-lik Hacıqabul magistral beton kanalı və Padar-Qarasu ərazisində müxtəlif sərfiyyatlı 21,2 km təsərrüfat daxili qol kanallar ilə cari təsərrüfat ilində Padar-Qarasu ərazilərinin ümumilikdə 7272 ha əkin sahələri suvarma suyu ilə təmin edilir. Cari ilin suvarma mövsümündə  ərazidə 6063,0 ha taxıl əkinləri suvarma suyu ilə tam təmin olunmuş

2019-cu ildə idarə üzrə 39500 manat sudan pullu istifadə planlaşdırılmışdır.

Baş Şirvan Kollektorunun İstismarı İdarəsi tərəfindən 2019-cu ilin 3 ayı ərzində Ağacanlı, Ələtli, Meyniman kəndləri ərazisində K-3 təsərrüfat daxili kollektorlarda 13540 pm lildən təmizlənmə işləri görülmüşdür. Əlavə olaraq K-2 nasos stansiyasında 1 ədəd OQ-05-87A nasos aqreqatı və 315 kvt-luq elektrik mühərriki əsalı təmir olunmuşdur.

Hesabat dövründə rayonun Baytar həkimləri tərəfindən 2137 baş iri buynuzlu heyvanlardan brusellyoza görə qan nümunələri götürülmüşdür. 38687 baş iri buynuzlu və 600 baş xırda buynuzlu heyvanlarda Qarayara xəstəliyinə qarşı peyvəndləmə işi aparılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatının daha da inkişaf etdirilməsi məqsədilə verdiyi tapşırıq və tövsiyələrin, qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi, pambıq istehsalının artırılması, baramaçılığın inkişafı, yeni aqroparkların salınması istiqamətində rayonumuzda bir sıra işlər görülmüş və bu işlər hal-hazırda da davam etdirilməkdədir.

Cari ildə rayonumuzda 400,0 ha sahədə pambıq əkiləcəkdir ki, bu da keçən ilin pambıq əkinindən 900,0 ha və ya 30,76 % azdır. Pambıq əkini ilə bağlı istehsalçılar ilə “P-Aqro” MMC arasında xam pambığın istehsalı və alqı-satqısına dair 34 istehsalçı ilə müqavilə bağlanmışdır. Hal-hazırda intensiv səpin işləri həyata keçirilir. Məqsədimiz əkiləcək pambıq sahələrinə yüksək qaydada aqrotexniki qulluq göstərməklə 1000 tondan çox pambıq istehsal etməkdir.

Rayonda baramaçılığın inkişafı da mühüm əhəmiyyət kəsb edən sahələrdən biridir. Bu məqsədlə ötən illərdə rayon ərazisində 38.000 ədəd cari ildə də 10,000 ədəd tut (çəkil) ağacının əkilməsi həyata keçirilmişdir. Əkilmiş tut tinglərinə aqrotexniki qaydada qulluq edilir, becərilir və vaxtında suvarılır.

Rayonda aqroparkların yaradılması istiqamətində bir sıra işlər həyata keçirilmişdir.

Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisində “Azərsun” Holding tərəfindən 1625 hektar sahədə iri aqropark yaradılmışdır. Bu aqroparkda infrastruktur yaradılmış, 777 ha sahədə pivot sistemi, 75 ha sahədə damlama suvarma sistemi quraşdırılmış, texnikalar alınmış, ofis, anbar, işçilər üçün yeməkxana, texnikalar üçün qaraj tikilmişdir. Hesabat ilində 212,0 ha sahədə buğda, 516,0 ha sahədə arpa, 171,8 ha sahədə şəkər çuğunduru əkilmişdir.

Aqroparkda illik istehsal gücü 20,000 ton süd olan 2000 başlıq heyvandarlıq (iri buynuzlu mal-qara) kompleksi istifadəyə verilmiş, 1200 baş cins iri buynuzlu mal qara gətirilmişdir. Gətirilmiş heyvanlardan 244 baş buzov alınmışdır ki, onların da 125 başı erkək, 119 başı isə dişi cinslidir.

Hacıqabul rayonunun Meyniman kəndində 2000,0 ha torpaq sahəsi olan ”Muğan Agro” MMC-yə məxsus aqroparkda infrastruktur yaradılmış, 2 ədəd mal damı, 1 ədəd yem anbarı, 4 ədəd qoyun damı, inzibati bina və digər yardımçı binalar tikilmişdir. Aqroparkın nəzdində 1560 baş qoyunu olan ferma fəaliyyət göstərir. Ötən illərdə hər birinin sahəsi 2,0 ha olan 5 ədəd müasir tipli istilikxananın tikintisi başa çatdırılmışdır. Hesabat ilində 60,0 ha sahədə buğda, 100,0 hektar sahədə arpa əkilmişdir. Bundan əlavə illik istehsal gücü 5000 ton süd olan 700 başlıq heyvandarlıq (iri buynuzlu mal-qara) kompleksi yaradılmışdır. Hal-hazırda təsərrüfatda “simmental” cinsli 264 baş inək, 221 baş buzov və 1 baş buğa vardır.

Rayonun “Pirsaat massivində 4800 ha əkinə yararlı torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi” layihəsi çərçivəsində işlər davam etdirilir. Layihənin mahiyyəti mənbəyi Kür çayından olmaqla 27,6 km məsafədən 4800 ha əkinə yararlı torpaq sahəsinə suvarma suyunun çıxarılmasıdır. Uzunluğu 4905 metr olmaqla mövcud torpaq kanalının yenidən qurulması, 3,6 km uzunluğunda beton kanalın, 7,4 km uzunluğunda ikixətli boru xəttinin, 35/6 Kva-lıq yarımstansiyanın, üzən nasos stansiyasının quraşdırılması və nasosa xidmət edən binaların tikintisi işləri görülmüşdür.

Hacıqabul rayonunun inzibati ərazisində müasir iri taxılçılıq və yemçilik təsərrüfatlarının yaradılması məqsədi ilə 30,000 hektar torpaq sahəsinin təyinatı dəyişdirilmiş və otlaq kateqoriyasından əkin kateqoriyasına keçirilmişdir.

”Agro Dairy” MMC tərəfindən bu ərazidə 1 ədəd 110 kvt, 2 ədəd 35 kvt yarımstansiyanın tikintisi və 17 km-lik su xəttinin çəkilişi başa çatmışdır. 7000 hektarı əhatə edən pivot suvarma sistemləri quraşdırılmışdır. 2019-cu ilin məhsulu üçün 19830 hektar sahədə buğda, 1670 hektar sahədə arpa və 348 hektar sahədə yonca bitkisi əkini aparılmışdır. Hazırda 130 nəfər daimi işlə təmin olunub.

Rayonunun Atbulaq kəndində yerləşən 19,91 hektar torpaq sahəsində “AZERBROOD” MMC tərəfindən illik istehsal gücü 9,6 milyon ədəd yumurta olan quşçuluq müəssisəsinin tikintisi işləri davam etdirilir. Tikinti işləri başa çatdıqdan sonra burada 100 nəfərin məşğulluğu təmin olunacaqdır.

Atbulaq kəndində “Hajigabul Greenhouse” MMC tərəfindən 17 hektar ərazinin 10 hektarında İspaniya texnologiyası ilə istixana tikilib istifadəyə verilmişdir. İstixananın məhsul istehsalı gücü 1,0 ha üçün 250-300 tondur. Kompleksdə 70 nəfər işlə təmin olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 iyul tarixli Sərəncamına əsasən yaradılmış “Hacıqabul Sənaye Məhəlləsi”nin 9 hektar sahəsində aparılan tikinti işləri başa çatmış, hazırda tamamlama və abadlaşdırma işləri aparılır. Burada 970 nəfər layihəyə görə işləyəcək. Müəssisədə - Ağır maşınqayırma zavodunun tikintisi işləri üzrə layihələndirmə işləri aparılır.

- Xüsusi vaqonqayırma və kompozit materialları zavodunun tikintisi işləri üzrə layihələndirmə işləri aparılır.

- Plastik su qabları istehsalı müəssisəsi tikilib başa çatdırılmış, istifadəyə hazırdır.

- Tara istehsalı müəssisəsi tikilib başa çatdırılmış, istifadəyə hazırdır.

- Gübrə istehsalı müəssisəsi tikilib başa çatdırılmış, istifadəyə hazırdır.

- Avtomobil zavodunun tikintisinə başlanılmışdır. Zavodda Rusiyanın QazEl markalı mikroavtobusu və yük maşınlarının istehsalı həyata keçiriləcəkdir.

- Tikinti materialları istehsalı avadanlıqlarının istehsalı zavodunun tikintisi üzrə layihələndirmə işləri aparılır.

Rayon ərazisində görüləcək təmir-tikinti, abadlıq işləri üçün maliyyələşmənin müəyyənləşməsi və ayrılması hər il fevral ayının sonuna yaxın dəqiqləşdiyi üçün 2019-cu ilin I rübü ərzində bu sahədə işlərin görülməsinə hələ ki, başlanılmamışdır. Belə ki, rüb ərzində satınalma planları dəqiqləşdirilmiş, tender komissiyası yaradılmış və keçiriləcək tender üzrə tələb olunan bütün sənədləşdirmə işləri başa çatdırılmışdır. Mənzil fondunun əsaslı təmiri üzrə mart ayının sonunda tender keçirilmiş, aprel ayında işlərə başlanılmışdır. Abadlıq işləri və yolların təmiri üzrə tender aprel ayının sonunda keciriləcəkdir. Yaşıllıqların salınması və kommunal sahələrdə çalışan müvəqqəti işçilərə geyim və inventarların satınalınması, mal-materialların alınması üzrə kotirovka sorğusu həyata keçirilmiş və nəzərdə tutulan işlər başa çatdırılmışdır.

 Rüb ərzində tikintiyə icazə verilməsi sahəsində Hacıqabul Sənaye Məhəlləsində qırıcı avadanlıqlar istehsal edəcək dəmir töküm zavodunun tikintisinə icazə icraatı işlərinə başlanılmış və yaxın günlərdə başa çatdırılacaqdır. Qarasu kəndi ərazisində 1 nəfər sahibkara tikintiyə icazə verilmişdir.

Dövlət torpaq fonduna aid otlaq sahələrinin icarəyə verilməsi üzrə 3 nəfər fiziki şəxslə müqavilə bağlanılmış, rayon ərazisindən keçən magistral yolların kənarında tikilməsi nəzərdə tutulan pitstoplar üçün ayrılacaq 0,70 ha və 0,80 ha torpaq sahəsinin və “Kürdəmir Süd Emalı zavodu”nun icarəsində olan 79,5 ha torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi ilə bağlı tələb olunan sənədlərin hazırlanması işi başa çatdırılaraq Nazirlər Kabinetinə göndərilmişdir. Fərdi ev tikintisi üçün ayrılması nəzərdə tutulan bələdiyyə torpaqlarına münasibətdə 7 torpaq sahəsinə rəy verilmişdir. Sahibkarlıq məqsədi üçün ayrılması nəzərdə tutulan, dövlət mülkiyyətində olan 1 torpaq sahəsi ilə bağlı ƏMDK-nın elektron-kadastr baza məlumatlarında həmin torpaq sahəsinin başqa istifadəçidə olduğu müəyyən edildiyi üçün vətəndaşın müraciətinə müsbət cavab verilməmişdir.Torpaq sahələrindən səmərəli istifadə edilməsi, örüş-otlaq sahələrinin qorunması məqsədilə ƏMDK-nın əməkdaşları ilə birgə mütəmadi olaraq rayon ərazisində reydlər keçirilmişdir. ƏMDK tərəfindən bələdiyyə torpaqlarının elektron-uçot işlərinin aparılmasına yaxından köməklik göstırilmişdir.

Rüb ərzində şöbəyə daxil olan müraciət və şikayət məktubları vaxtında araşdırılıb tədbir görülmüş, gecikmə hallarına yol verilməmişdir. Qanunsuz tikinti və çəpərləmələrlə bağlı 1 hal üzrə Polis idarəsinə müraciət olunmuşdur.

Vətəndaşların qəbulu üzrə keçirilmiş tədbirlərdə iştirak etmiş, qaldırılan məsələlər və verilən tapşırıqlar yerinə yetirilmişdir.

Hesabat ilində şəhərdə, rayonun qəsəbə və kəndlərində yaşıllaşdırma kompaniyası çərçivəsində 15000 ədəd ağac və 5000 ədəd gül kollarının əkilməsi həyata keçirilmişdir. Yaşıllığın salınması və ona qulluq bu gün də davam etdirilir.

Bəzi hallarda böyük zəhmət və vəsait hesabına salınmış yaşıllıq əraziləri mal-qara tərəfindən otarılır. Təəccüblü odur ki, mal-qaranın mövcud yaşıllıqları məhv etməsi mənzərəsini ətrafdan keçən sakinlər laqeydliklə müşahidə edir və qətiyyən narahat olmurlar.

Hacıqabul Elektrik Şəbəkəsi tərəfindən 2019-cu ilin 3 ayı ərzində Kürdçü kəndi ərazisində müasir tipli 4 ədəd KTM quraşdırılmış, 670 ədəd dayaq basdırılaraq 20,1 km uzunluqda EVX çəkilmişdir.

Qarasu kəndidə qeydiyyatda olan abonentlərin enerji təchizatının keyfiyyətinin artırmaq məqsədilə 110/35/10 kV-luq  y/stansiyadan Qarasu kəndinə 20 ədəd metal dayaqlar basdırılmaqla 2 km məsafədə 10 kV-luq hava xətti çəkilmiş, 1 ədəd yeni müasir tipli KTM quraşdırlaraq şəbəkəyə qoşulmuş və 275 ədəd 0,4 kV-luq ÖİN dayaq basdırmaqla 7 km məsafədə 0,4 kV-luq  EVX çəkilmişdir.

Rayonun  Pirsaat qəsəbəsində də yeni müasir tipli 35/6 kV-luq y/stansiya inşa edilmiş və y/stansiyanın ərazisində 2 ədəd 10,0 mVA gücündə transformatorlar quraşdırılaraq istehlakçıların istifadəsinə verilmişdir.

Pirsaat qəsəbəsində yaşayan abonentlərin enerji təchizatının keyfiyyətini artırmaq məqsədilə qəsəbə ərazisində 8 ədəd yeni müasir tipli KTM quraşdırlaraq şəbəkəyə qoşulmuşdur. Qəsəbə ərazisində əvvəllər istismarda olan ağac dayaqlar metal dayaqlarla və 0,4 kv-luq çılpaq naqillər özünü daşıyan izolyasiyalı (ÖİN) naqillərlə əvəz olunmuşdur.

Hesabat dövründə Elektrik Şəbəkəsi tərəfindən 35.404.659 kvt.saat enerji alınmış, satışa 31.864.193 kvt.saat enerji ötürülmüş, bunun da dəyəri 2.610.777,94 manat olmuşdur. Ümumilikdə yığım 2.124.726,71 manat olmaqla 81,4 % təşkil etmişdir. O cümlədən əhali qrupu üzrə 8.861.215 kvt.saat enerji istehlak edilmiş, bunun da dəyəri 676.393,84 manat təşkil edir. Əhali tərəfindən 698.505,84 manat ödəniş həyata keçirilmişdir ki, bu da satışa ötürülən enerjinin dəyərinin 103,3  % yığılması deməkdir.

Rayonun bütün yaşayış məntəqələrinin təbii qazla təminatı tam həyata keçirilmişdir. Hacıqabul Qaz Xidməti sahəsi tərəfindən 2019-cu ilin 3 ayı ərzində istehlakçılara 7.331.598,68 kub metr qaz satılmış, ödəniş 2.498.631,98 manat olmaqla 96,25 % təşkil etmişdir.

2019-cu ilin 3 ayı ərzində əhali və qeyri-əhalini içməli su ilə təmin etmək üçün bir sıra işlər görülmüşdür. Rayon ərazisində 50-219 diametrdə 600 metr sıradan çıxmış borular yeniləri ilə əvəz olunmuş, 30 ədəd siyirtmələrdə təmir və yağlama işləri aparılmışdır. Əhali qrupuna 106 ədəd mexaniki, qeyri əhali qrupuna 7 ədəd smart sayğac quraşdırılmışdır.

Hesabat dövründə əhalidən 124.342 manat, qeyri əhalidən isə 127.939 manat vəsait toplanmışdır. Əhaliyə satılan suyun ödənişi 451.983,0 manat olmaqla, orta hesabla 84 %, qeyri-əhaliyə satılan suyun ödənişi isə 654.808,0 manat olmaqla 93,0 % təşkil etmişdir.

2019-cu ilin 3 ayı ərzində Hacıqabul Telekommunikasiya Qovşağı tərəfindən 195,210 manat proqnoza qarşı 198,420 manat məbləğində rabitə xidmətləri göstərilmiş, öhdəliyə 100,8 % əməl edilmişdir.

Cari ilin 3 ayı ərzində abonentlərə 31 ədəd telefon və 120 ədəd internet çəkilişi təmin edilmiş, telefon abunəçilərinin sayı 6940-a, internet abunəçilərinin sayı isə 4210 ədədə çatmışdır.

Rayon İcra Hakimiyyəti təhsil, səhiyyə, mədəniyyət və gənclər təşkilatları ilə işi daim diqqət mərkəzində saxlayır. Hesabat dövründə rayonda 33 ümumtəhsil məktəb, 2 məktəbdənkənar tərbiyə müəssisələri fəaliyyət göstərmişdir. Rayonun ümumtəhsil məktəblərində 11091 nəfər şagird təhsil almış onların təlim tərbiyəsi ilə 944 nəfər müəllim məşğul olmuşdur. Məktəblərin maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra işlər görülmüşdür.

Rayon Təhsil şöbəsi “Təhsil Qanunu”nun həyata keçirilməsi istiqamətində cari ilin birinci rübündə də rayonun pedaqoji kollektivlərinin bilik və təcrübəsindən bacarıqla istifadə etməyə səy göstərmişdir.

2019-cu ilin 3 ayı ərzində rayonun ümumtəhsil məktəblərində buraxılış imtahanlarına hazırlıq işləri uğurla davam etdirilmişdir. Belə ki, IX-XI siniflərdə test yoxlamaları aparmaq üçün rayon Təhsil Şöbəsində test bankı hazırlanmış və rayonun nəticələri aşağı olan məktəblərinin IX-XI siniflərində test yoxlamaları aparılmış və nəticəsi məktəb rəhbərləri ilə müzakirə olunmuşdur.

Rayonun təhsil müəssisələrində istedadlı gənclərlə məqsədyönlü iş aparılmış, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması sahəsində işlər davam etdirilmişdir. Rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında 2019-cu ilin 3 ayı ərzində fənlər üzrə olimpiadanın rayon turu keçirilmiş, 25 nəfər şagird olimpiadanın zona turunda iştirak etmək üçün vəsiqə almış və mart ayında zona turunda iştirak etmişlər.

Rayonun ümumtəhsil məktəblərində şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində ardıcıl iş aparılır. Böyüməkdə olan nəslin vətənə sədaqət ruhunda tərbiyə edilməsinə xüsusi diqqət yetirən Hacıqabul rayon Təhsil şöbəsi 20-26 fevral tarixlərini hərbi-vətənpərvərlik həftəsi elan etmiş və bununla bağlı tədbirlər planı hazırlanmışdır. 

Ötən 3 ay ərzində təhsil sahəsində yadda qalan hadisələrdən biri rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin növbəti dəfə “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak etməsi olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən rayonun ümumtəhsil məktəblərində oxuyan, təhsildə fərqlənən 40 nəfər şagird mart ayının 23-26-da Quba, Qusar və Xaçmaz rayonlarına səfər etmişlər.

Ötən 3 ay ərzində Rayon Gənclər və İdman idarəsi tərəfindən rayonun ümumtəhsil məktəblərində “Şahin” hərbi idman oyunlarının həm məktəb, həmdə rayon turu keçirilmişdir.

Gənclər sahəsi üzrə 12 tədbir həyata keçirilmiş və bu tədbirlərdə 790 nəfərdən artıq yeniyetmə və gənc iştirak etmişdir.

İdman sahəsi üzrə 8 İdman yarışları keçirilmiş, bu yarışlarda 814 nəfər yeniyetmə və gənc iştirak etmişdir.

5 mart Bədən tərbiyəsi və İdman günü münasibətilə ilə qızlar arasında voleybol üzrə rayon birinciliyi keçirilmişdir.

2019-cu ilin I rübündə rayon səhiyyəsində 47 həkim, 162 nəfər orta tibb işçisi çalışmışdır. Rayon üzrə 29 nəfər həkim 35 orta tibb işçisi vəzifəsi vakantdır. Boş olan həkim yerlərindən 12,5 ştat vahidi rayon mərkəzində, 16,5 ştat vahidi isə vakant olaraq kənd sahə xəstəxanası və ambulatoriyalardadır.

Prezident cənab İlham Əliyevin sərəncamı ilə 18 yaşdan yuxarı respublika əhalisinin kütləvi şəkildə tibbi profilaktik müayinələrdən keçirməsi ilə əlaqədar 17 fevral 2014-cü il tarixindən başlayan aksiya bu ilin fevral ayının 15-dən etibarən hal-hazıra kimi müvəffəqiyyətlə həyata keçirilir. Bu günə kimi səhiyyə işçiləri, 75500 nəfərdən yuxarı əhalisi olan rayonun 29031 nəfərini tibbi müayinələrdən keçirmiş, bunların arasından 428 nəfər xəstə aşkar etmiş və həmin xəstələri də təyinatı üzrə yerli ambulator və stasionar müalicəyə cəlb etmişdir.

2019-cu ilin I rübündə Mərkəzi Rayon Poliklinikasına ambulator gəlişlərin sayı 55388 nəfər olmuşdur. Xəstəxanaya qəbul olunmuş xəstələrin sayı 536 nəfər, keçirilmiş çarpayı günlərinin sayı isə 4986 nəfər olmuşdur.

Nikaha daxil olmaq istəyən şəxslərin İcbari Tibbi müayinədən keçmələri ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarı Hacıqabul Mərkəzi Rayon Xəstəxanasında da həyata keçirilməkdədir. 2019-cu ilin I rübü ərzində 97 cütlük müayinədən keçmiş, bunlardan altı nəfərdə talassemiya xəstəliyi aşkar edilmişdir.

Qeyd etmək lazımdır ki, görülmüş işlərlə yanaşı həllini gözləyən məsələlər də vardır. Rayon səhiyyəsində ixtisaslı mütəxəssis həkim kadrların olmaması, eyni zamanda orta tibb işçisi personalının çatışmazlığı əhalinin lazımı səviyyədə mütəxəssis müayinəsindən keçirilməsinə, xəstəliklərin vaxtında aşkar olunmasına və qeydiyyata alınmasına mane olur.

Hacıqabul rayon Gigiyena və Epidemiologiya Mərkəzi, 2019-ci ilin I rübü ərzində Azərbaycan Respublikası “Sanitariya-Epidemioloji Salamatlıq Haqqında” qanuna uyğun olaraq sanitar-gigiyenik tədbirlərin yerinə yetirilməsi üzərində Dövlət Sanitariya nəzarətini təşkil etmiş və həyata keçirmişdir.

Hacıqabul rayon Mədəniyyət müəssisələrində 2019-cu il üçün geniş perspektiv tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir.

İlin 3 ayı ərzində rayon Tarix-Diyarşünaslıq muzeyin əsas fonduna 248 eksponat daxil olmuş, keçirilmiş tədbirlərdə 9 qrup tərkibində, fərdi gəlişlər 33 nəfər, 215 tamaşaçı iştirak etmişdir.

Heydər Əliyev Mərkəzində təsdiq olunmuş tədbirlər planına uyğun olaraq bir sıra tədbirlər həyata keçirilmişdir. Hesabat dövründə Mərkəzdə 95 qrup şəklində 1912 nəfər tamaşaçı qəbul edilmişdir. Mərkəzdə kursların açılması ilə əlaqədar xalq yaradıcılığı studiyasında gənclər, yuxarı sinif şagirdləri onlar üçün təyin olunmuş vaxtlarda xalça ustasından xalça toxumaq, foto studiya, rəsm sənətinin sirlərini və xarici dilləri öyrənirlər. İnternet elektron kitabxanasında asudə vaxtlarında internetdən istifadə edirlər.

Hesabat dövründə Mərkəzləşdirilmiş Kitabxana Sistemi üzrə oxucuların sayı 3789 nəfər, kitab verilişi 44652 nüsxə, gəlişin ümumi sayı 40387 nəfər olmuşdur.

Görülmüş işlərlə yanaşı bir sıra problemlər də mövcuddur;  Rayon Mərkəzi Kitabxanası, şəhər 7 illik Uşaq Musiqi məktəbi, İcra nümayəndəlikləri ərazisində yerləşən kitabxana və klublar uyğunlaşdırılmış binalarda yerləşir. Bu isə əhaliyə yüksək səviyyədə mədəni xidmət göstərilməsinə öz təsirini göstərir.

İqtisadiyyatımızın sosial yönümlü olması, maliyyə imkanlarımızın artması xalqımızın rifahının daha da yaxşılaşdırılmasına xidmət edir.

Hesabat dövründə yerli büdcənin daxilolmalar üzrə mədaxil hissəsi 1.114.641 manat proqnoza qarşı 1.226.235 manat və ya 107,1 % icra edilmişdir. Gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsindən 314.529 manat vəsait mərkəzi xəzinədarlığa köçürülmüşdür.

Rayon büdcəsinin xərc hissəsi 870.703 manat təyinata qarşı 728.638 manat, yəni 83,7 % icra edilmişdir. Hesabat dövründə yerli büdcə təşkilatlarına əmək haqqı və üstəlik xərclər üzrə borc yaranmamışdır.

01.04.2019-cu il tarixə rayon əhalisinin sayı 0,9 % artaraq 75,8 min nəfər olmuşdur.

Hesabat dövründə rayon üzrə 268 doğum və 104 ölüm faktı qeydiyyata alınmışdır.

Rayon iqtisadi fəal əhali 0,4 % artaraq 37,5 min nəfər təşkil etmişdir. İqtisadi fəal əhalinin ümumi əhali sayında payı 49,5 %-dir.

Məşğul əhalinin sayı 36,5 min nəfər olmuşdur. Məşğul əhalinin 5,6 min nəfəri və ya 15,4 %-i dövlət sektorunda, 30,6 min nəfəri və ya 84,6 %-i qeyri-dövlət sektorunda çalışır.

Əhalinin həyat səviyyəsinin göstəricisi olan orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 70,7 manat artaraq 397,1 manat təşkil etmişdir. Rayon əhalisinin pul gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 5,5 min manat və ya 6,6 % artaraq 64 milyon 694,7 min manata çatmışdır.

Cari ilin 3 ayı ərzində rayon Məşğulluq Mərkəzində Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 aprel tarixli 1941 nömrəli “Əhalinin məşğulluğunun təmin olunması üçün əlavə tədbirlər haqqında” sərəncamının icrasını təmin etmək məqsədilə “Məşğulluq haqqında“ Qanuna əsaslanaraq ünvanlı dövlət sosial yardımı alan şəxslərdən, əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlardan, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlardan, pensiya yaşına iki ildən az qalmış şəxslərdən, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərdən, şəhid ailələrindən 16 nəfəri təlimlərdə iştirak etmək üçün seçilmişlər və təlimlərə cəlb olunmuşlar.

Hacıqabul rayon Məşğulluq Mərkəzindən ümumilikdə birinci rübdə 256 nəfərə işlə təmin olunması üçün göndəriş verilmişdir. O cümlədən  235 nəfər işaxtaran vətəndaş təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə,  21 nəfər işaxtaran vətəndaşa isə rayonun idarə, müəssisə və təşkilatlarda işləmək üçün  göndəriş verilmişdir. 1-ci rüb ərzində  dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş 7 nəfər vətəndaşa işsizlikdən sığorta haqqı təyin olunmuşdur.

Hesabat dövründə rayonda 197 yeni iş yeri açılmışdır ki, bunun da 113-ü daimidir.

Rayon icra hakimiyyəti müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə daim qayğı ilə yanaşır, onların problemlərinin həll olunmasına öz köməkliyini əsirgəmir.

Rayon icra hakimiyyətinin “Büdcədən kənar və Sair xərcləri” vəsaitindən 2019-cu ilin 3 ayı ərzində ümumilikdə 17826,0 manat vəsait xərc edilmişdir. Ondan “Ölkəmizi tanıyaq” devizi altında təşkil olunmuş tur-aksiyada rayonun ümumtəhsil məktəblərinin bir qrup IX–XI sinif fəal şagirdlərinin Quba-Qusar və Xaçmaz rayonlarına ekskursiyaya olunmasını yüksək səviyyədə təmin edilməsinə görə 4850,00 manat, eləcə də rayonun 34 nəfər imkansız, xəstə və şəhid ailələrinə müalicə olunmasına 7736,00 manat məbləğində maddi yardım verilmişdir.

Rayonda 01 aprel 2019-cu il vəziyyətinə pensiyaçıların ümumi sayı 7352 nəfər olmuşdur. Bunlardan 4125 nəfəri yaşa görə, 2005 nəfəri əlilliyə görə, 1222 nəfəri ailə başçısını itirməyə görə olan pensiyaçılardır. Adambaşına düşən pensiya məbləği 208,57 manat təşkil etmişdir.

2019-cu ilin 3 ayı ərzində 121 nəfərə sosial müavinətlər, 197 nəfərə isə sosial yardımlar və güzəştlər verilmişdir.

Hesabat dövründə rayon ərazisində məskunlaşmış 124 ailə olmaqla 420 nəfər qaçqın, 425 ailə olmaqla 1602 nəfər məcburi köçkün ailəsinin sosial problemlərinin həll olunmasına imkan daxilində səy göstərilmişdir.

2019-cu ilin 3 ayı ərzində  rayonda hüquq mühafizə orqanları tərəfindən rayonda qanunçuluq, hüquq qaydalarının möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması, cinayətkarlığa qarşı mübarizənin güclən dirilməsi istiqamətində bir sıra işlər görülmüşdür.

Dövr ərzində rayon ərazisində 53 cinayət hadisəsi qeydə alınmışdır. 38 cinayətin açılması təmin edilmişdir. Cinayətlərin açılması 97,4 faiz təşkil olunmuşdur.  Baş verən cinayətlərin 5-i  ağır və xüsusi ilə ağır, 39-u az ağır, 9  fakt isə böyük ictimai təhlükə törətməyən cinayətlərdir. Keçən ilin müvafiq dövrü ərzin də 62 cinayət faktı qeydə alınmışdır. Keçən dövrlə müqayisə də cinayətlərin sayı 9 fakt azalmışdır.

Dövr  ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 31 cinayət faktı aşkar edilmişdir. Qanunsuz dövriyyədən ümumilikdə 2695,85 qram çəkidə müxtəlif növ narkotik vasitələr aşkar olunaraq götürülmüşdür. Narkotik vasitələrin tranzit daşımaları ilə bağlı fakt aşkar edilməmişdir. Keçən müddət ərzində narkotiklərin mənbəyi ilə bağlı qalan cinayətlərin açılması təmin edilməmişdir.

Bu sahədə görülən tədbirlərə baxmayaraq müəyyən çatışmamazlıqlar var. Belə ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunub məsuliyyətə cəlb olunmasında müəyyən nöqsanlar hələ də var. Güclü təsiredici narkotik vasitələrin külli miqdarda dövriyyədən çıxarılmasın da, tranzit daşınma faktlarının aşkar olunması sahəsində çatışmamazlıqlar var.

2019-cu ilin birinci rübü ərzində yetkinlik yaşına çatmayanlar tərəfindən cinayət hadisəsi törədilməsi faktı qeydə alınmamışdır.

2019-cu il ərzində rayon prokurorluğunda 11 cinayət işi icraata qəbul edilmişdir. Bunlardan 4 iş 2018-ci ildən qalıq qalmışdır, 7 iş isə 2019-cu ilin birinci rübündə başlanmışdır. Həmin işlərdən 3 şəxs haqqında 3 cinayət işi tamamlanaraq baxılması üçün məhkəməyə göndərilmiş, 1 iş digər cinayət işinə birləşdirilmiş, 7 iş isə 2019-cu ilin ikinci rübünə qalıq qalmışdır.

2019-cu ilin birinci rübü ərzində Hacıqabul rayon prokurorluğunda törədilmiş və ya hazırlanan cinayətlər barədə 20 cinayət xarakterli məlumatlar qeydə alınmışdır. Ötən ildən 01.01.2019-cu ilə 1 material qalıq qalmışdır. Daxil olmuş ərizə və məlumatlardan 6 məlumat üzrə cinayət işi başlanmış, 4 məlumat üzrə əlaqədar cinayət işinin başlanması rədd edilmiş, 28 məlumat aidiyyəti üzrə göndərilmiş, 7 məlumat isə ikinci rübə qalıq qalmışdır.

2019-cu ilin birinci rübü ərzində rayon qeydiyyat şöbəsində 264 doğum, 104 ölüm, 75 nikah bağlanması, 23 nikahın pozulması rəsmləşdirilmişdir. Qeydiyyatlarla əlaqədar 864,0 manat dövlət rüsumu vətəndaşlar tərəfindən dövlət büdcəsinə köçrülmüşdür.

Rayon ərazisində 18 İƏD üzrə nümayəndəlik, o cümlədən 1 şəhər, 3 qəsəbə, 14 kənd nümayəndəliyi və 15 bələdiyyə fəaliyyət göstərir.

Rayon icra hakimiyyəti aparatı hesabat dövründə vətəndaşlardan daxil olmuş ərizə və şikayətlərin baxılmasına, onların təşkilinə xüsusi diqqət yetirmişdir.

Bu ilin 3 ayı ərzində icra hakimiyyətinə 171 təklif, ərizə və şikayət daxil olmuşdur. Müraciətlərin 69-u Prezident Administrasiyasından, 8-i Milli məclisdən, 6-sı Nazirlər Kabinetindən, 3-ü respublikanın digər rəhbər təşkilatlarından, 85-i isə əhalinin müxtəlif təbəqələrindən olmuşdur.

İcra hakimiyyəti hesabat dövründə vətəndaşların qəbulu işini ciddi nəzarətə götürmüşdür. 2019-cu ilin 3 ayında İcra hakimiyyətinin başçısı tərəfindən 95 nəfər vətəndaş qəbul edilmişdir ki, onların 40 nəfəri səyyar qəbullar zamanı dinlənilmişdir. Qəbul zamanı qaldırılan bir çox təklif və iradlar yerindəcə həll olunmuş, bəzilərinin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir.

Hesabat dövründə də rayonun sosial-iqtisadi göstəriciləri, keçirilmiş səyyar qəbullar və müxtəlif səpkili tədbirlər barədə obyektiv məlumatlar sektor tərəfindən müəyyən edilmiş qrafikə əsasən RİAİS sisteminə yerləşdirilmişdir.

Keçidlər