Şriftin ölçüsü :

Saytın rəngi :

28 oktyabr 2024-cü il tarixdə "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar Hacıqabul rayonunda növbəti ağacəkmə aksiyası keçirilmişdir.

28 oktyabr 2024 | 17:22

28 oktyabr 2024-cü il tarixdə "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar Hacıqabul rayonunda növbəti ağacəkmə aksiyası keçirilmişdir.  

Aksiyada Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun idarə və müəssisə kollektivləri, könüllülər olmaqla, ümumilikdə 200 nəfər iştirak edirdi.

Hacıqabul Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan aksiyada Bakı-Qazax magistral avtomobil yolunun Pirsaat və Navahı qəsəbə ərazisindən keçən hissəsinin sağ tərəfində, yolun kənarlarında Eldar şamı və sərv ağacları olmaqla gün ərzində ümumilikdə 2000 ədəd ağac əkilmişdir. Həmçinin ərazidə yeni əkilən tinglər suvarılıb aqrotexniki qaydada qulluq göstərilmişdir. Ağacların əkilməsində məqsəd "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində  ekoloji mühitin daha da yaxşılaşdırılması, sağlam ətraf mühitin formalaşdırılması və eyni zamanda bu işin ənənə şəkli almasına nail olunmaqdır.

Keçidlər