Hacıqabul rayonunda 2019-cu ilin birinci yarısında sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirildi.
08 avqust 2019-cu il tarixdə Hacıqabul rayon İcra Hakimiyyətinin rayon İcra Hakimiyyətinin Akt zalında 2019-cu ilin birinci yarısında sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Rayon İcra hakimiyyətinin başçısı Əhməd Muxtarov məruzə ilə çıxış edərək 2019-cu ilin birinci yarısının nəticələri və qarşıda duran vəzifələrdən danışdı.
Yığıncaqda icra başçısı aparatının məsul işçiləri, başçının şəhər, qəsəbə və kəndlər üzrə nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhər, qəsəbə və kəndlərin bələdiyyə sədrləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimai birliklərin, siyasi partiyaların sədrləri, ziyalıların və ictimaiyyətin digər nümayəndələri iştirak etdi.