Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul şəhərində növbəti səyyar qəbul-görüş keçirildi.

30 avqust 2019 | 16:00

30 avqust 2019-cu il tarixində rayon İcra Hakimiyyəti başçısının Hacıqabul şəhəri Ü.Hacıbəyov və Ə.Əsədov küçələrinin sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Tədbirdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhər sakinləri iştirak etmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək son illərdə rayonun sosial-iqtisadi inkişafından, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə şəhər sakinlərinə məlumat verdi.

Görüş zamanı şəhər sakinlərinin müxtəlif məsələlər barədə müraciətləri qeydə alındı və icrası ilə əlaqədar yerində aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Keçidlər