18 Oktyabr - Dövlət Müstəqillik Günü” münasibətilə tədbir keçirilmişdir.
18 oktyabr 2019-cu il tarixdə Hacıqabul rayonunda “18 Oktyabr - Dövlət Müstəqillik Günü” münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etdilər. İştirakçılar Ulu öndər Heydər Əliyevin abidəsi önünə çiçək dəstələri qoyaraq, onun əziz xatirəsini yad etdilər.
Tədbir davamında rayon Heydər Əliyev Mərkəzində müstəqilliyimizin əldə edilməsi, möhkəmləndirilməsi və onun əbədi edilməsi üçün Ümummilli Lider Heydər Əliyev və onun layiqli davamçısı prezidentimiz cənab İlham Əliyevin xidmətlərindən danışılmış, bayram münasibətilə tədbir iştirakçıları təbrik edilmişdır.
Tədbirdə digər çıxış edənlər diqqətə çatdırıblar ki, Prezident İlham Əliyevin müstəqil dövlətimizin tərəqqisi, inkişafı, ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi genişmiqyaslı tədbirlər və onun real nəticələri qarşımıza daha məsul vəzifələr qoyur. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən, məqsədyönlü siyasəti sayəsində Azərbaycanın dünya dövlətləri sırasında öz layiqli yerini tutması nəticəsində müstəqilliyimizin daha da möhkəmlənməsi əldə edilmişdir.