Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda “Ölkəmizi tanıyaq” tur-aksiyada iştirak edən məktəblilərin yola salınma mərasimi keçirildi.

18 noyabr 2019 | 16:00

18 noyabr 2019-cu il tarixdə Hacıqabul rayonunda “Ölkəmizi tanıyaq” tur-aksiyada iştirak edən məktəblilərin yola salınma mərasimi keçirildi. Tur-aksiya iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər. Daha sonra tur-aksiyada iştirak edən məktəblilər ağacəkmə aksiyasına qoşularaq Heydər Əliyev parkında ağac əkdilər.

Yola salınma mərasimində rayon İcra Hakimiyyəti başçısı Əhməd Muxtarov, İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə müəssisə və təşkilat rəhbərləri, məktəb direktorları və valideynlər iştirak etdi. Dövlət başçısının təşəbbüsü ilə dörd gün davam edəcək maarifləndirici tur-aksiya çərçivəsində şagirdlər Qəbələ-Şəki-Zaqatala rayonlarında tarixi abidələr və qoruqlar, turizm kompleksləri ilə yaxından tanış olacaq, park və meydanlarda gəzinti keçirəcəklər.

Tur-aksiya məktəblilərin dünya görüşünün formalaşmasında mühüm rol oynayacaqdır.

Keçidlər