Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda ağacəkmə aksiyası keçirildi.

06 dekabr 2019 | 16:00

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il "Nəsimi ili" elan etməsi ölkə ictimaiyyəti tərəfindən çox əlamətdar və təqdirəlayiq hadisə kimi qarşılanır. "Nəsimi ili" ilə əlaqədar ölkə ərazisində bir çox mühüm tədbirlər həyata keçirilib: "Növbəti belə tədbir çərçivəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə bir gündə respublikamızda 650 min ağacın əkilməsinin nəzərdə tutulmasıdır.

Bu təşəbbüs ölkəmizdə ekoloji mühitin sağlamlaşdırılmasına böyük bir töhfədir. 650 min ağacın əkilməsi ölkəmizdə yaşıllıqların daha da artırılmasına, bütün bəşəriyyət üçün qlobal problem olan iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, karbon qazının udulmasına, həm də torpaqların şoranlaşmasının qarşısının alınmasına müsbət təsir göstərəcək. "Nəsimi ili" ilə əlaqədar olaraq  ölkənin hər yerində olduğu kimi Hacıqabul rayon ərazisində 14000 ədəd ağac  əkilmişdir. 

06 dekabr 2019-cu il tarixdə keçirilən ümumrespublika ağacəkmə aksiyası Hacıqabul rayonunda da böyük ruh yüksəkliyi ilə həyata keçirilib. Aksiyada rayon icra hakimiyyətinin başçısı, rayon icra hakimiyyətinin məsul işçiləri, YAP rayon təşkilatının, idarə və müəssisələrin işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, təsərrüfat xidmətləri işçiləri iştirak etmişdirlər. 

Hacıqabul-Muğan, Hacıqabul-Şirvan avtomobil yolunun sağ və sol hissəsində ağacəkmə kampaniyasında 5000 ağac əkilmişdir. Ağacəkmə aksiyasında eldar şamı, sərv, göyrüş, iydə,  qarağac,  qovaq,  tuya və s. əkilmişdir.

Keçidlər