Şriftin ölçüsü :

Saytın rəngi :

2012-ci ildə Hacıqabul rayonunda ictimai-siyasi və sosial-iqtisadi sahələrdə görülmüş işlər barədə rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun hesabati

12 fevral 2013 | 16:00

Əziz yığıncaq iştirakçıları !
Hörmətli qonaqlar !

2012-ci il tarixə qovuşub. Və bu tarix dünyanın hər bir ölkəsində müxtəlif formalarda yadda qaldı. Cəsarətlə deyə bilərik ki, ötən il Azərbaycanın inkişafında növbəti uğurlu mərhələ kimi tarixə düşdü. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə yanvarın 15-də Nazirlər kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkənin uğurlu, dinamik inkişafının təmin olunması qürur hissi ilə vurğulanmışdır. Möhtərəm Prezidentimizin düşünülmüş sosial-iqtisadi siyasəti müsbət nəticələrini verməkdədir. Ötən il ölkəmizdə ümumi daxili məhsul 2,2 faiz artmışdır. Bu dünyada hökm sürən böhranlı illər üçün çox yüksək göstəricidir. Təqdirəlayiq haldır ki, bu artım qeyri-neft sektorunun hesabına qazanılmışdır. Belə ki, 2012-ci ildə qeyri-neft sektoru 9,7 faiz artmışdır. Bu müddətdə qeyri-neft sənayemiz 8 faiz, kənd təsərrüfatı 6 faiz artmışdır. İnflyasiya cəmi 1,1 faiz səviyyəsindədir ki, bu son illərdə ən aşağı səviyyədir. Əhalinin pul gəlirləri 13,8 faiz çoxalmışdır. İnflyasiya ilə pul gəlirləri arasında fərq 10 faizdən çoxdur.
2012-ci ildə investisiya xərcləri rekord səviyyədə - 22 milyard dollardan çox olmuşdur. Bunun 13 milyard dollardan çoxu daxili, 9 milyard dollara yaxını xarici investisiyalardır. Fərəhlə deyə bilərik ki, ölkəmizin iqtisadiyyatı mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Ümumdünya Davos iqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 46-cı, MDB məkanında 1-ci yerdədir.
Dinamik inkişaf ölkəmizin maliyyə imkanlarını ilbəil artırır. Hazırda respublikamızın ümumi valyuta ehtiyatı 46 milyard dollar səviyyəsindədir.
Sosial sahədə ölkəmizin apardığı siyasət uğurla davam etdirilmişdir. Azərbaycanda orta maaş və orta pensiya mütəmadi qaydada artır. Bu il də maaşların və pensiyaların artırılması nəzərdə tutulur. Orta əməkhaqqı 500 dollardan çoxdur. Orta pensiya 200 dollara yaxındır. MDB məkanında bu yüksək səviyyədədir. Əvəzləşmə əmsalı da inkişaf etmiş ölkələrin səviyyəsindədir. Pensiya maaşın 40 faizini təşkil edir.
Keçən il uzun illər sovet dövründən dondurulmuş vəziyyətdə qalmış əmanətlərə kompensasiya verilməsi proqramına başlanılmış, vətəndaşlara yüz milyonlarla manat vəsait verilmişdir. Əmanətlərin kompensasiyası prosesi bu il uğurla başa çatacaqdır
Keçən il məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün Dövlət Neft Fondu tərəfindən 300 milyon manat vəsait ayrılmışdır. Bu ölkədə bu sahəyə ayrılan ən böyük vəsaitdir. Bu vəsaitin hesabına 20 mindən çox məcburi köçkün yeni mənzillərlə təmin edilmişdir. Bu il də eyni səviyyədə vəsaitin ayrılması nəzərdə tutulmuşdur.
Regionların, xüsusilə sahibkarlığın inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu günə qədər 1 milyard manata yaxın vəsait aşağı faizlərlə kredit şəklində sahibkarlara verilmişdir. Bu il sahibkarlara 250 milyon manat güzəştli kredit veriləcəkdir və bu vəsaitin 83 faizi regionların payına düşür.
Ötən il 117 min yeni iş yeri açılmışdır ki, onların da 93 mini daimi iş yerləridir. Regionların inkişafı Dövlət Proqramının əvvəlindən 1 milyon 200 min yeni iş yeri açılmışdır. Nəticədə işsizliyin səviyyəsi 6 faizə düşmüşdür.
2012-ci ildə enerji sahəsində böyük nailiyyətlər qazanılmışdır. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş yeni neft strategiyasının icrası nəticəsində Azərbaycan enerji sahəsində dünya miqyasında çox ciddi ölkəyə çevrilmişdir. Keçən il bu siyasətin davamı olaraq çox önəmli və tarixi hadisə baş vermişdir, TANAP layihəsinin təməli qoyulmuşdur.
Dövlətimizin başçısı dəfələrlə bəyan etmişdir ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır. Son illər ərzində bu sahədə böyük uğurlar əldə edilmişdir. Bu siyasət məqsədyönlü şəkildə davam etdiriləcəkdir. Burada cəza tədbirləri, inzibati tədbirlərlə yanaşı institusional tədbirlər də, sistem xarakterli tədbirlər də görülməlidir və görülür. Onların arasında elektron xidmətlərə keçid məsələləri də mühüm yer tutur.
İKT sahəsində Azərbaycan son illər ərzində böyük uğurlar əldə etmişdir. Bu, həm biznes, həm zəka, həm intellekt sahəsidir. Eyni zamanda, innovasiya və şəffaflığa təkan verən, xidmət göstərən bir sahədir.
Sosial-iqtisadi inkişafla yanaşı 2012-ci il Azərbaycanın dünyadakı nüfuzunun yüksəlməsinə, beynəlxalq miqyasda mövqelərinin möhkəmləndirilməsinə xidmət edən, bütövlükdə, ölkəmizin siyasi tarixinə uğur kimi daxil olam mühüm hadisələrlə də zəngindir. Bu sırada Azərbaycanın BMT təhlükəsizlik Şurasının üzvü kimi fəaliyyətə başlamasına və may ayında dünyanın bu mötəbər təşkilatının əsas strukturuna rəhbərlik etməsi xüsusi qeyd olunmalıdır. Ötən il ölkəmiz üçün ən prioritet məsələ - işğal olunmuş torpaqlarımızın azad edilməsi sahəsində bir sıra diqqəti çəkən məqamlar oldu. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları status-kvonun qəbuledilməz olduğunu təsdiqlədilər. Üzvü olduğumuz Qoşulmama hərəkatının və NATO-nun zirvə toplantılarında münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapması bir daha təsdiqləndi.
Dövlətimizin başçısı problemi sülh yolu ilə həll etməyə çalışır. Lakin bu mümkün olmadıqda hərbi yolla torpaqlarımızın azad edilməsi qaçılmazdır. Ölkənin əsas hədəflərindən biri də ordunun gücləndirilməsidir.
Möhtərəm Prezidentimiz bəyan etmişdir ki, biz ordumuzu 2013-cü ildə də gücləndirəcəyik. Ordumuza xərclənən vəsait Ermənistanın büdcəsindən 50 faiz çoxdur və bundan sonra da bu istiqamətdə hərtərəfli işlər aparılacaqdır ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsin.
Tarixə qovuşan 2012-ci ildə Azərbaycan həm də bir sıra beynəlxalq mötəbər tədbirlərə layiqli şəkildə ev sahibliyi etdi. 57-ci “Evrovision” mahnı müsabiqəsi, futbol üzrə qadınlararası dünya çempionatı, II Beynəlxalq Humanitar Forum, “İqtisadi” Əməkdaşlıq təşkilatının XII zirvə toplantısı, Asiya siyasi Partiyalarının Beynəlxalq konfransı və sair tədbirlər ölkəmizi dünyaya bir daha tanıtdı.
Keçən ilin sonunda Avropa Olimpiya Komitəsinin Baş Məclisində birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bu Azərbaycanda son illərdə görülən işlərin təzahürüdür, beynəlxalq imicimizin yüksək səviyyədə olmasının əlamətidir, Azərbaycanın iqtisadi və siyasi cəhətdən sabit ölkə kimi tanınmasının nəticəsidir.
Gələn ay birinci telekommunikasiya peykimiz orbitə çıxarılacaqdır. Bu da tarixi hadisədir. Azərbaycan kosmik ölkəyə çevrilir.
Hörmətli yığıncaq iştirakçıları !
Bütünlükdə respublikamız üçün uğurlu keçən 2012-ci il Hacıqabul rayonunun sosial iqtisadi və mədəni həyatında da yadda qalan hadisə və işlərlə əlamətdardır.
Möhtərəm Prezidentimizin son dərəcə gərgin və səmərəli iş fəaliyyətində mütəmadi olaraq regionlara səfər etmək mühüm yer tutur. Belə səfərlər zamanı dövlətimizin başçısı görülən işlərə diqqət yetirir, məsləhət və tövsiyələrini bildirir, əhali ilə görüşüb onları narahat edən problemlərin həllinə dair müvafiq tapşırıqlar verir. Belə xoş anları yaşamaq səadəti Hacıqabul sakinlərinə 2007-ci ildən bəri 5 dəfə nəsib olmuşdur. Dövlət başçısının 16 iyul 2012-ci il tarixdə rayonumuza növbəti səfəri „Şirvan Muğan Qrup Su kəməri”nin təməlqoyma mərasimində iştirakı uzun müddət hacıqabulluların yaddaşında yaşayacaqdır.
Cənab İlham Əliyevin rayonun inkişafına, hacıqabulluların rifahının yaxşılaşdırılmasına göstərdiyi qayğı və diqqət bizi daha yaxşı işləməyə, dövlət başçısının tapşırıq və göstərişlərini vicdanla yerinə yetirməyə ruhlandırmış, ən başlıcası Prezidentin böyük etimadını layiqincə doğrultmaq üçün var gücümüzlə çalışmağa sövq etmişdir.
Azərbaycanın regionlarının sürətli inkişafına, əyalətlərdə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına geniş imkanlar açan Regionların inkişafı Dövlət Proqramı rayonumuzda da uğurla həyata keçirilir. İqtisadi islahatlar və Proqramın icrası ilə bağlı 2012-ci ildə gördüyümüz işlər barədə bir qədər geniş məlumat vermək istəyirəm.
2012-ci ildə iqtisadiyyatın bütün sahələri üzrə məhsul buraxılışının həcmi 263.688,3 min manat olmuşdur. Bu isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 46,0 % çoxdur. Məhsul buraxılışının 28,6 %-i kənd təsərrüfatının payına düşür.
Qeyd etdiyimiz kimi iqtisadiyyatımızın əsasını aqrar bölmə təşkil edir. Rayonda aqrar islahatların həyata keçirilməsi kənd təsərrüfatının dinamik inkişaf etdirilməsinə, sahədə qazanılan uğurları ilbəil artırmağa zəmin yaradır.
2012-ci ilin məhsulu üçün rayonda 11,650 hektar taxıl əkilmişdir ki, bunun 6230 hektarı buğda, 5420 hektarı isə arpa sahəsi olmuşdur. Taxıl sahəsindən 34827 ton məhsul əldə edilmişdir. Bunun 13,334 tonu arpa 21,494 tonunu buğda təşkil edir. Bu isə 2011-ci il ilə müqayisədə 279 ton çox arpa, 400 ton çox buğda deməkdir. Hər hektardan məhsuldarıq 29,9 sentner olmuşdur.
Hesabat dövründə 23875 ton bostan, 18933 ton tərəvəz, 9995 ton meyvə məhsulları yığılmışdır. Əvvəlki illə müqayisədə 3 ton çox tərəvəz, 25 ton çox bostan, 1235 ton meyvə məhsulları toplanmışdır. 2012-ci ildə 245 ton üzüm məhsulu yığılmışdır ki, bu da əvvəlki illə müqayisədə 40 ton çoxdur.
Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına uyğun olaraq rayonda yeni bitkiçilik sahələrinin inkişafı diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində hesabat ilində 78 hektarda günəbaxan, 86 hektarda qarğıdalı, 28 hektarda kartof yetişdirilmişdir. Həmin sahələrdən 102 ton günəbaxan, 277 ton qarğıdalı, 306 ton katrof yığılmışdır.
Bütünlükdə aqrar bölmədə davam edən artım heyvandarlıqda da özünü büruzə vermişdir. Belə ki, ət istehsalı 5606 ton, süd istehsalı 16,081 ton, yun istehsalı 221 ton, yumurta istehsalı isə 167,921 min ədəd olmuşdur. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 407 ton ət, 1291 ton süd, 5 ton yun, 49 milyon 904 min ədəd yumurta çoxdur.
Mal-qaranın baş sayında da artım qeydə alınmışdır. Yanvarın 1-nə iri buynuzluların sayı 2011-ci ildəkindən 463 baş artaraq 36808-ə, xırda buynuzluların sayı isə 1230 baş artaraq 131 min başa çatmışdır. Quşların sayı 1.882 min baş olmuşdur ki, bu da əvvəlki ilə müqayisədə 200 min baş çoxdur.
Aqrar bölmənin təhlili bir daha göstərir ki, rayonda aparılan aqrar islahat öz səmərəsini verməkdədir. Dövlət başçısının regionların sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamlar son illər kənd təsərrüfatının daha sürətli inkişafına səbəb olmuşdur.
Ölkə prezidentinin tapşırığına əsasən respublikamızda iri özəl taxılçılıq təsərrüfatlarının yaradılmasına artıq başlanılmışdır. Təqdirə layiq haldır ki, bu layihə çərçivəsində Cəlilabad, Beyləqan, Şamaxı rayonları ilə yanaşı Hacıqabul rayonunda da iri taxılçılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulmuş və bu istiqamətdə zəruri işlərə başlanılmışdır. İlkin olaraq bildirirəm ki, rayonumuzun ərazisində yeni taxılçılıq təsərrüfatlarının təşkil olunması üçün 1625 hektar xam torpaq sahəsi ayrılmışdır. Rayonumuzda start götürən bu mühüm həyatı əhəmiyyətli vəzifə hər birimizin, xüsusi ilə birbaşa bu işlə məşğul olan qurumların məsuliyyətini daha da artırmalıdır.
Dövlət proqramı çərçivəsində rayonumuzun aqrar bölməsinin inkişafına təkan verəcək bir sıra mühüm əhəmiyyətli obyektlərin tikintisi davam etdirilir. Bunlardan Ağsu rayonu ərazisindən başlayan Padar, Qarasu və Muğan kəndlərindən keçəcək 55 kilometrlik Baş Şirvan kanalının çəkilişini və Pirsaat çayı üzərindəki su anbarının lildən təmizlənərək yenidən qurulması istiqamətindəki böyük işləri göstərə bilərik. Kanalın 19,6 km-lik hissəsi çəkilmişdir. Bu iki nəhəng layihələr həyata keçiriləndən sonra rayonda 15 min hektara yaxın torpaq sahəsi əkin dövriyyəsinə daxil olacaqdır.
Ötən illərdə olduğu kimi 2012-ci ildə də yerli sahibkarlarımız Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının yarmarkalarında fəal iştirak etmişlər. İl ərzində paytaxt sakinlərinə 72 ton bostan məhsulları, 154 ton meyvə, 4,8 ton mal əti və 2,2 milyon ədəd yumurta satışı təşkil edilmişdir.
Dövlət başçımızın qeyd etdiyi kimi bütün tədbirlərdə biz həm yaxşı tərəfləri, həm də narahat edən tərəfləri müzakirə etməliyik. Deməliyəm ki, rayonumuzun aqrar yönümlü olmasına baxmayaraq mövcud imkanlardan lazımınca yararlana bilmirik. Ərazimizdə bol tərəvəz və meyvə istehsal olunsa da emal müəssisələrinin məhdudluğu üzündən qiymətli xammalımızdan səmərəli istifadə olunmur. İqtisadi cəhətdən son dərəcə gəlirli sahə olan pambıqçılığın inkişafını hələ təmin edə bilməmişik. Doğrudur 2011-ci ildə bu sahədə addım atıldı Meyniman kəndində 200 hektar sahədə pambıq əkildi, lakin sahibkarın deməyinə görə məhsula çəkilən xərc qazancdan artıq olduğuna görə 2012-ci ildə pambıq əkini dayandırıldı. Biz bununla razılaşmamalı, rayonda əkinçilik mədəniyyətini yüksəltmək, becərmə və yığımda gübrə və texnikadan maksimum istifadə etməklə sahənin inkişafına nail olmalıyıq.
Əkin suyunun qıtlığından əziyyət çəkən təsərrüfatlarda belə bu qiymətli sərvətdən səmərəli və qənaətlə istifadə olunmur. Bəzi hallarda isə sərf olunan suyun haqqı vaxtında toplanmır. Etiraf edək ki, bəzən torpaq sahiblərinin normal fəaliyyətinə əngəl törədən süni maneələrə rast gəlmək mümkündür. Hələ də mövcud əkin sahələrindən səmərəli istifadə olunmur. Torpaqlara aqrotexniki qaydalara uyğun qulluq göstərilmir. Bir çox hallarda əkinlərə kifayət qədər mineral və üzvi gübrələr verilmir. Məhsuldarlığın artırılmasında və torpaqların münbitləşməsində mühüm amil olan əkinçilik mədəniyyətinə, xüsusi ilə növbəli əkin sisteminə əməl edilməsi gözlənilmir.
Çoxsaylı torpaq mülkiyyətçilərinə mütəxəssis məsləhəti, onların işinin təşkilinə əməli köməklik zəif qurulmuşdur. Rayon iri heyvandarlıq təsərrüfatına malikdir. Sahəyə baytarlıq və zootexniki qulluğun səviyyəsi bir qədər canlansa da bu sahədə nöqsanlar qalmaqdadır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq yol kənarlarında baytarlıq və sanitar qaydalara cavab verməyən yerlərdə ət satışı davam edir.
Hörmətli yığıncaq iştirakçıları !
Hesabat dövründə rayonda qeydə alınmış 12 sənaye müəssisəsi fəaliyyət göstərmişdir. İl ərzində 3.152,5 min manatlıq sənaye məhsulu istehsal edilmiş, xidmətlər göstərilmişdir. Bu müddətdə sənayedə işləyənlərin sayı 82 nəfər olmuşdur. Sahədə çalışanların əmək haqqı fondu 2.385,6 min manat, hər nəfərə düşən orta aylıq əmək haqqı 240,1 manat olmuşdur.
2012-ci ildə rayon sakinlərinə 16.978,9 min manatlıq pullu xidmətlər göstərilmişdir. İl ərzində hər sakinə düşən pullu xidmətlərin həcmi 245,4 manat olmuşdur. Hesabat dövründə əhaliyə 2.603,1 min manatlıq nəqliyyat xidmətləri, 379,2 min manatlıq poçt və rabitə xidmətləri göstərilmişdir. 2011-ci ilə nisbətən poçt və rabitə xidmətlərinin həcmi 18,6 % artmışdır.
Ötən il rayonda avtomobil nəqliyyatı ilə hüquqi və fiziki şəxslər tərəfindən 218 min ton yük, 4,4 milyon sərnişin daşınmışdır. Bu ilin 1 yanvarına rayonda 4425 avtomobil olmuşdur. Bu isə hər 100 ailəyə 28 şəxsi minik maşını deməkdir.
Rayon əhalisinə telefon xidmətini inkişaf etdirmək üçün 6025 nömrə tutumuna malik 13 ATS fəaliyyət göstərir. Hesabat dövründə telefon nömrələrinin sayı 685 nömrə artırılmışdır. Rayonda hər yüz ailədən 61-nin telefon təminatı vardır.
2012-ci ildə rayonda internet istifadəçilərinin sayı 580 ədəd artaraq 890-a çatmışdır.
Məlum olduğu kimi respublika Prezidentinin 16 yanvar 2013-cü il tarixli sərəncamı ilə 2013-cü il „İnformasiya kommunikasiya texnologiyaları ili” elan olunmuşdur. Bu qərar rayon telekommunikasiya qovşağı rəhbərliyinin məsuliyyətini qat-qat artırmalıdır. Verilən məlumata görə bununla əlaqədar olaraq ilk növbədə rayonumuzda cari il ərzində internet istifadəçilərinin sayı üç dəfəyə yaxın artaraq 2700-ə çatdırılmalıdır. Bunun üçün rayonumuzun ziyalıları, ərazidəki idarə və müəssisələrin rəhbərləri maksimum səy göstərməlidirlər ki, bu mühüm dövlət tapşırığı icra olunsun.
Bir məlumatı da bildirməliyəm ki, bu il şəhərimizdə 1000 nömrə tutumlu elektron avtomat telefon stansiyasının inşasına başlanılacaqdır. Bu məqsədlə müvafiq torpaq sahəsi ayrılmışdır.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə bağlı ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da tikinti, quruculuq, abadlıq və yaşıllaşdırma işləri daha geniş vüsət almışdır. 2012-ci ildə rayonda 20.363,7 min manatlıq əsas fondlar istifadəyə verilmiş, iqtisadiyyatın və sosial sahələrin inkişafına əsas kapitala 137.657,5 min manatlıq investisiyalar yönəldilmişdir.
Hesabat dövründə rayonda 19,139 min kv.metr yaşayış sahəsi istifadəyə verilmişdir. Ümumiyyətlə rayonda qeydiyyatdan keçmiş 6 tikinti təşkilatının gücü ilə hesabat dövründə 6.118,7 min manatlıq tikinti quraşdırma işləri görülmüşdür. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 81,8 % çoxdur.
„Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” nın icrası ilə bağlı 2012-ci ildə rayonda mühüm işlər görülmüşdür.
Şəhərin S.Vurğun, Ü.Hacıbəyov, M.Müşfiq, N.Nərimanov, A.Bakıxanov, M.Gəncəvi, M.F.Axundov, C.Cabbarlı, M.B.Nadim, H.Həmidov, H.Z.Tağıyev, M.Ə.Rəsulzadə, M.Hüseynzadə, A.Abdullayev, M.P.Vaqif küçələrinə və qəbiristanlığa giriş yolan ümumilikdə 14484 kub.metr (21,4 km-ə) qum-çınqıl qarışığından əsas qoyulmuş, 505 ton hamarlayıcı qat verilmiş və 3,7 km qəbiristanlığa giriş yoluna asfalt-beton örtüyü qoyulmuşdur. Şəhərin M.Əsədov, M.Hüseynzadə küçələrinə və İcra Hakimiyyətinin hasarına ümumilikdə 1885 kv.metr ağ-lay daşı, 1610 kv.metr mozaika və qaya daşları vurulmuşdur.
H.Əliyev küçəsinə 20 ədəd, M.Əsədov küçəsinə 19 ədəd, M.Hüseynzadə küçələrinə 12 ədəd işıq dirəkləri qoyulmuşdur və 2300 pm elektrik kabeli çəkilmişdir
H.Əliyev parkında Heydər Əliyev mərkəzinin genişləndirilməsi istiqamətində tikinti işləri davam etdirilmişdir. Parkda uşaqların istirahətini təmin etmək məqsədi ilə 1600 kv.metr sahədə yaşıl süni örtük üzərində yelləncək və əyləncə avadanlıqları quraşdırılması nəzərdə tutulmuş, 1100 kv.metr sahədə uşaqlar üçün iaşə obyektinin tikintisi başa çatmaq üzrədir. Parkın ərazisində 3500 kv.metr sahəyə yeni tamet tavalar döşənmiş, bayram tədbirlərinin keçirilməsi üçün səhnə kompleksi quraşdırılmışdır.
Rayon ərazisində tikinti işləri şəhərsalma qaydalarına, milli memarlıq ənənələrinə və müasir tələblərə uyğun aparılır. Ərazidə magistral avtomobil yollarının kənarında yerləşən ticarət, xidmət və iaşə obyektləri müasir memarlıq üslubunda inşa edilir, kənarları abadlaşdırılır. Hacıqabul şəhərinə Bakı istiqamətindən giriş hissədə dağüstü massivində 52 metr hündürlüyündə qaldırılan üç rəngli bayrağımızın ətrafı meydan halına gətirilmiş, 12 ədəd işıqlandırma dirəkləri qoyulmuş və bu gün də meydanda abadlıq-quruculuq və yaşıllaşdırma işləri davam edir.
Şəhərin Dədə Qorqud parkında yenidən qurma işləri görülmüşdür. Tamet plitələr sökülərək yenisi ilə əvəz olunmuş, yeni fantan qurulmuş, gül-çiçək kolları əkilmişdir.
M.Hüseynzadə küçəsində yolun kənarına 460 pm hasar hörülmüş və 440 kv.metr sahə ağ-lay daşı ilə üzlənmişdir. H.Əliyev küçəsində binaların fasad hissəsində 160 kv.metr ağ-lay daşı ilə üzlənmə, 360 kv.metrdə suvaq və rənglənmə işləri aparılmış, binalarda 1244 kv.metr dam örtüyü andurin şiferlə əvəz olunmuşdur.
„Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində zəruri infrastrukturun qurulması, o cümlədən yol, qaz, enerji, su, təhsil, səhiyyə, mədəniyyət və digər sosial sahələrdə layihələr həyata keçirilir. Dövlət başçımızın tapşırığı əsasında rayonumuzda da iri həcmli su, yol, kanalizasiya və enerji layihələrinin həyata keçirilməsi uğurla davam edir. Əhalinin təbii qaz və elektrik enerjisi ilə etibarlı təmin edilməsi, şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində son illər rayonumuzda əsaslı işlər görülür. Rayonun ən ucqar yaşayış məntəqələri olan I Udullu, II Udullu və Şorbaçı İƏD-ləri əhatə edən kəndlərə rayon mərkəzindən gedən avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması 2012-ci ildə reallığa çevrildi. 37 km-lik həmin yolun əsaslı şəkildə yenidən qurulması üçün respublika prezidentinin 05 dekabr 2012-ci il tarixli 2585 saylı sərəncamı ilə ilkin olaraq 5 (beş) milyon manat vəsait ayrılmışdır. Qısa müddətdə bərbad vəziyyətdə olan həmin yolun 33,9 km-ə qum-çınqıl qarışığından alt qatı, 14,6 km-nə üst qatı verilmiş, 391 metr uzunluğunda müxtəlif ölçülü dairəvi dəmir beton boru quraşdırılmışdır. Yolun 8,3 km-nə 6 sm qalınlığında örtüyün alt qatı, eyni zamanda 4 sm qalınlığında üst qatına xırda dənəli asfalt-beton örtüyü qoyulmuşdur.
Rayonun Qarasu kəndində 3 km yola çınqıl döşənərək yararlı hala salınmış, 1 km içməli su xətlərində təmir işləri aparılmışdır. Muğan qəsəbəsində qrunt sularını kənarlaşdırmaq üçün kanalizasiyalar çəkilmiş, qəsəbə daxili 1,5 km yol təmir olunmuşdur. Navahı kəndində idman meydançasını əhatə edən hasar yenidən qurulmuş, cari təmir işləri aparılaraq vətəndaşların istifadəsinə verilmişdir. Navahı qəsəbəsində 3 km yola çınqıl döşənərək yararlı hala salınmışdır. Ümumilikdə 492 metr su arxı təmizlənmiş, böyük vətən müharibəsi iştirakçılarının xatirəsinə qoyulmuş abidə təmir edilmişdir. I Udullu, Şorbaçı və II Udullu kəndlərində uzunluğu 5 km olan yola çınqıl döşənərək yararlı hala salınmışdır. Ərazidə əkin sahələrini suvarma suyu ilə təmin edən su kanalı lildən təmizlənmişdir. Rəncbər kəndinə magistral yoldan ayrılan 2 km yolda cari təmir işləri aparılmışdır. Rəncbər kənd məktəbinə gedən yol əsaslı təmir olunmuşdur. Əkin sahələrini suvarma suyu ilə təmin edən su kanalının 2 km-i lildən təmizlənmişdir. Talış kəndində 1 km yol təmir olunmuş, 900 metr drenaj kollektorları təmizlənmişdir. Qubalıbalaoğlan kəndində 6 km su kanalı qazılmış, 2300 metr yol təmir olunmuşdur. Kəndin girəcəyində olan Pirsaat çayının üzərindəki körpünün tikintisinə başlanmışdır. Abdulabad kəndində 1,2 km yola qum-çınqıl qarışığından əsas qoyularaq təmir olunmuş, 1600 metr suvarma kanalında təmir işləri aparılmışdır. Meyniman kəndində 200 metr içməli su xətti təmir olunmuş, 4 km uzunluğunda yerli əhəmiyyətli yol yararlı hala salınmışdır. Padar qəsəbəsində 2 km su kanalı lildən təmizlənmiş, 3 km uzunluğunda kənd arası yola qum-çınqıl tökülərək yararlı hala salınmışdır.
Hesabat dövründə rayon Statistika idarəsinin inzibati binası istismara qəbul edilmişdir. İxrac Boru Kəmərləri Mühafizə İdarəsinə məxsus torpaq sahəsində 2 mərtəbəli tədris korpusu tikilib istifadəyə verilmişdir.
Şəhərin qərb hissəsində Kafel-metlax zavodunun tikintisində son tamamlama işləri aparılır. Zavod təhvil verildikdən sonra 500 nəfər fəhlə və qulluqçu işlə təmin olunacaqdır.
Hərbi şəhərcik ərazisində 4 mərtəbəli qərargahı və əsgər yataqxanası, həmçinin 1 mərtəbəli yeməkxana binasının tikintisində işlər başa çatmaq üzrədir.
Hesabat dövründə sahibkarlıq məqsədi ilə 27 obyektin və 22 fərdi yaşayış evinin tikintisinə rayon İcra Hakimiyyəti tərəfindən Sərəncam verilmişdir. Bunlardan avtomobillərə texniki xidmət və iaşə obyekti tikintisi üçün 7 sahibkara, ticarət mağazası tikintisi üçün 17 sahibkara icazə verilmişdir.
2012-ci ildə İcra Hakimiyyəti xətti ilə 4214,9 min manatlıq əsas fondlar istifadəyə verilmişdir. Bunlardan 579,3 min manat Tağılı kənd 80 şagird yerlik tam orta məktəbin, 676,5 min manat Rəncbər 200 şagird yerlik əlavə tədris korpusunun, 728,0 min manat Qubalıbalaoğlan 140 şagird yerlik əlavə tədris korpusunun, 1617,9 min manat Şorbaçı kənd 220 şagird yerlik tam orta məktəbinin, 613,2 min manat Xilə kənd 80 şagird yerlik tam orta məktəbinin tikintisinə xərclənmişdir.
Ümumiyyətlə hesabat dövründə rayonda görülmüş tikinti, quruculuq və abadlıq işlərinə yerli büdcədən 614,5 min, büdcədənkənar vəsait hesabına 96,2 min manat xərclənmişdir.
Ötən il sahibkarlıq məqsədi ilə 27 obyektin və 22 fərdi yaşayış evinin tikintisinə tərəfimizdən sərəncam verilmişdir.
Şəhərin, kənd və qəsəbələrin yaşıllaşdırılması 2012-ci ildə də davam etdirilmişdir. Hesabat dövründə təkcə şəhərdə 15 mindən artıq ağac, 13 min gül kolları əkilmişdir.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərtlər Nazirliyi tərəfindən Atbulaq kəndi ərazisindən Hacıqabul şəhəri ərazisinə qədər 132,000 ədəd müxtəlif ağac növləri əkilmişdir.
Ötən il şəhərin abadlığı, yaşıllığı istiqamətində əsaslı işlər görülsə də sahədə bir sıra nöqsan və çatışmazlıqlara da yol verilmişdir. Bəzi hallarda aparılan tikinti quruculuq işləri şəhərsalmanın qaydalarına, milli memarlıq ənənələrinə və müasir tələblərə tam cavab vermir. Hələ də qanuni sənəd almadan necə gəldi obyekt və yaşayış evi tikənlərə, hasar çəkənlərə təsadüf olunur. Bu işləri qaydaya salmaq şəhərin ümumi görünüşünü memarlıq üslubunda qurmaq məqsədi ilə ötən il xüsusi sərəncam verilmişdir. Sərəncamdan sonra bir sıra işlər görülsə də bu sahədəki çatışmazlıqlar ləng aradan qaldırılır. Şəhərin memarlıq ənənələrinə uyğun inkişafına məsul olan komissiya və aparatın Memarlıq və Tikinti şöbəsi tapşırılan vəzifəyə məsuliyyətini daha da artırmalı, hər-hansı qanunsuz tikinti və yenidənqurma işlərinə qarşı daha barışmaz olmalı, şəhərin baş planına ciddi əməl olunmasını təmin etməlidirlər.
Hörmətli yığıncaq iştirakçıları !
Möhtərəm Prezidentimizin son dərəcə gərgin və səmərəli iş fəaliyyətində əhaliyə göstərilən hər cür xidmətin səviyyəsinin daha da yaxşılaşdırılması məsələsi mühüm yer tutur. Bu istiqamətdə rayonumuzda da ardıcıl iş aparılır. Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə etibarlı səviyyədə təmin olunması vacib vəzifələrdəndir. Hesabat dövründə rayon Elektrik Şəbəkəsinin balansında olan 65 ədəd müxtəlif güclü transformatorlar təmir olunmuş, 18 ədəd güc transformatorları zədələndiyi üçün təmir sexində bərpa edilərək əvvəlki yerində quraşdırılmışdır. Həmin transformatorlara 3500 litr yağ əlavə edilmişdir. Ötən il ərzində rayonun Muğan, Atbulaq, Abdulabad, Pirsaat, Navahı, Qubalıbalaoğlan, Qarasu, Qızılburun, Talış, Meyniman, Udullu, Ağacanlı, Rəncbər, Kürçülü və Kolanı kəndlərində yanmış və sıradan çıxmış sayğacların yerinə 1380 ədəd 1 fazalı elektrik sayğacları quraşdırılmışdır.
Şəhərdə bütünlüklə „Smart” kart tipli sayğaclara keçirilməsi və rayon ərazisində görülən digər tədbirlər nəticəsində hesabat dövründə istehlak olunmuş elektrik enerjisinin dəyəri 83,4 % yerinə yetirilmişdir.
Əhalinin təbii qazla dayanaqlı şəkildə təmin olunması hesabat dövründə İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. 2012-ci ildə rayon ərazisində qaz sisteminin yenidən qurulması davam etdirilmişdir. Ümumiyyətlə hesabat dövründə şəhərdə 65,626 pm polietilen, 27,535 metr polad boru olmaqla 93,161 pm qaz xətti çəkilmişdir. Artıq rayonun 19 yaşayış məntəqəsi qazlaşdırılmışdır.
Pirsaat qəsəbəsi və Kolanı kəndlərində əhalinin təbii qazla təminatı üçün nəzərdə tutulan işlər tam başa çatmış, əhali mavi yanacaqla təmin olunmuşdur. Həmin kənlərdə „Smart” kart tipli qaz sayğacları quraşdırılmış, yeraltı polietilen boruların montaj işləri başa çatmaq üzrədir. Növbəti rübdə Meyniman, Talış və Ağacanlı kəndlərinin də qaz təminatının başa çatdırılması nəzərdə tutulub. Eyni zamanda payız-qış mövsümünə keçid ilə əlaqədar Qaz İstismar Sahəsi tərəfindən təmir-tikinti işləri həyata keçirilib.
Hesabat dövründə ümumilikdə rayona satılan qazın haqqı 118,3 % toplanmışdır.
Hacıqabul şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması ilə yanaşı mövcud içməli su təsərrüfatında müəyyən təmir və bərpa işləri aparılır. Etiraf etməliyik ki, şəhərin və kəndlərin ərazilərindəki köhnəlmiş, korroziyaya uğramış su xətləri təchizatda problemlər yaradır. Bu istiqamətdə Su-Kanal idarəsi tərəfindən bir sıra işlər görülmüşdür. Belə ki, Rəncbər kəndində 361 metr, Navahı kəndində 254 metr, Talış kəndində 278 metr, Navahı qəsəbəsində 126 metr, Muğan qəsəbəsində 106 metr və Hacıqabul şəhərində 590 metr su boruları sıradan çıxdığı üçün yeniləri ilə əvəzlənmişdir. Adları çəkilən təsərrüfatlarda 25-ə yaxın su siyirtməsi təmir edilərək saz hala salınmışdır.
Hesabat ilində Qubalıbalaoğlan kəndinə 9534 metr polietilen su xətti çəkilmiş və 2 ədəd hər biri 300 kub metrlik anbar tikilərək istifadəyə verilmişdir. Kəndə suyun verilməsi dekabr ayından bərpa olunmuşdur.
Şəhərdə 5 min kub metrlik su anbarında işlərin 70 %-i başa çatmış, digər 7500 kub metrlik anbarda isə işlər sürətləndirilmişdir. May ayında anbarların başa çatdırılması nəzərdə tutulur.
Şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində ötən ilin sonlarına kimi 18,635 metr kanalizasiya, 18,095 metr su xətti çəkilmişdir. Hazırda rayon ərazisində 9 briqada çalışır ki, bunların 3-ü su xəttinin çəkilişində, 6-sı isə kanalizasiya sisteminin qurulmasında iştirak edir. Briqadaların sayının 20-yə çatdırılması nəzərdə tutulur ki, layihəyə əsasən işlərin vaxtında başa çatdırılması icra edilsin.
Hesabat dövründə sərf olunan içməli suyun dəyəri 85,2 % toplanmışdır.
2012-ci ildə şəhərin abadlığının gözlənilməsi, təmizliyinin qorunub saxlanması istiqamətində xeyli iş görülmüş, bu sahədə fəaliyyət göstərən idarələrin maddi bazası, xüsusi ilə, onların maşın mexanizmlər ilə təminatı əhəmiyyətli dərəcədə gücləndirilmişdir. Bununla belə bəzi küçə və həyətlərin zibilləri vaxtlı-vaxtında götürülmür, kanalizasiya xətləri müntəzəm təmizlənmir. Bəzən yaşıllıqlar mal-qara tərəfindən otarılır.
Rayon İcra Hakimiyyəti təhsil, səhiyyə, mədəniyyət və gənclər təşkilatları ilə işi daim diqqət mərkəzində saxlayır. Hesabat dövründə rayonda 32 ümumtəhsil məktəb, 4 məktəbdənkənar, 3 məktəbəqədər tərbiyə müəssisləri fəaliyyət göstərmişdir. Məktəblərin maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra işlər görülmüşdür.
Belə ki, Kolanı kənd tam orta məktəbi binası əsaslı təmir olunmuş, məktəb üçün 60 şagird yerlik yeni korpus tikilmiş və ötən ilin aprel ayında istifadəyə verilmişdir. Yeni dərs ilində Pirsaat qəsəbə tam orta məktəbi üçün 180 şagird yerlik, Tağılı kənd tam orta məktəbi üçün 80 şagird yerlik yeni məktəb binaları istifadəyə verilmiş, Qubalı kənd orta məktəbi üçün 140 şagird yerlik, Rəncbər kənd məktəbi üçün 200 şagird yerlik yeni tədris korpusları tikilmişdir. Meyniman və Rəncbər kənd tam orta məktəblərinin əsas binaları yenidən qurularaq müasir görkəmdə istifadəyə verilmişdir.
Bu istiqamətdə işlər davam etdirilir. Xilə kənd məktəbi üçün 80 şagird yerlik, Şorbaçı kənd məktəbi üçün 220 şagird yerlik, Abdulabad kənd məktəbi üçün 480 şagird yerlik, Qubalıbalaoğlan kənd məktəbi üçün 260 şagird yerlik yeni məktəb binaları tikilir. Navahı qəsəbə və 1 №-li şəhər məktəbində bərpa gücləndirmə və əsaslı təmir işləri davam edir. Rayonda mövcud 3 uşaq bağçasından 1-i əsaslı təmir olunmuş, digər üçün yeni bina inşa olunur.
Ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Rəncbər kənd tam orta məktəbi 2011/2012 tədris ilində keçirilmiş „Ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsinin yekunlarına görə ölkənin 50 ən yaxşı məktəbi sırasına daxil olmuş və 10 min manat pul mükafatı ilə mükafatlanmışdır. Rayonun bir sıra məktəbliləri rayon və respublika müsabiqə və olimpiadalarında müvəffəqiyyətlə iştirak edərək layiqli yerlər tutmuşlar. Ötən ilin aprel ayında Bakı şəhərində keçirilən ekologiya üzrə beynəlxalq layihə olimpiadasında şəhərin 1№-li tam orta məktəbin iki nəfər şagirdi bürünc medala layiq görülmüşdür.
Hesabat ilində rayon üzrə respublikanın dövlət və özəl ali təhsil müəssisələrinə 249 nəfər səndə vermişdir. Onlardan 96 nəfəri ali məktəblərə daxil olmuşdur. Ali məktəbdə qəbulda şəhər 1, 4 və 5 nömrəli və Rəncbər kənd tam orta məktəbləri yüksək göstəricilərə layiq olmuşlar.
Qazanılan uğurlarla yanaşı işdə bir sıra çatışmazlıqlar da vardır. Belə ki, ucqar kənd məktəblərində müəllim çatışmazlığı bu gün də ən böyük problem olaraq qalmaqdadır. Bu məsələ ilə bağlı mövcud vəziyyət ətraflı təhlil edilərək Təhsil Nazirliyinə göndərilmişdir. Təəssüf ki, bu günə qədər rayonda 69 vakant yerə 39 müəllim göndərilmişdir. Bu səbəbdən rayonun ucqar kənd məktəblərində ixtisası müəllim çatışmazlığı qalmaqdadır. Bəzi məktəblərdə şagirdlərin dərsə davamiyyəti və ali məktəblərə qəbulu günün tələblərinə cavab vermir. Hələ də Kolanı, Abdulabad, Muğan, Şorbaçı, Udullu, Tağılı və Tava məktəblərində şagirdlərin dərsə davamiyyəti zəifdir.
Rayonda 106 çarpayılıq 2 xəstəxana, Uşaq və Tibb mərkəzi, 10 həkim və 12 tibb məntəqəsi, 58 həkim, 181 orta tibb işçisi əhaliyə səhiyyə xidməti göstərir. Əhalinin hər 10 min nəfərinə 8,4 həkim, 26,3 orta tibb işçisi düşür. Rayon səhiyyəsinin strukturuna Dəmir yol xəstəxanası və Qovşaq dəmiryol poliklinikası, həmçinin Gigiyena və Epidemiologiya mərkəzi daxildir.
Hesabat dövründə əhaliyə göstərilən tibb xidmətin səviyyəsini yüksəltmək məqsədilə müəyyən işlər görülmüşdür. Ötən il 11 həkim təkmilləşdirmə kurslarında olmuşdur. Bu müddətdə Mərkəzi rayon Xəstəxanasına 1982 xəstə qəbul olunmuş, çarpayı günlərinin sayı 21387 olmuşdur. Xəstəxanada 334 cərrahiyə, 127 keysəriyə əməliyyat aparılmışdır. İl ərzində 1266 doğum qeydə alınmışdır. 1 yaşa qədər uşaq ölümü 1 nəfər olmuşdur.
Hesabat dövründə poliklinikaya ambulator gəlişlərin sayı 108104 nəfər təşkil etmişdir. İlkin onkoloji xəstə 41 nəfər qeydə alınmış, ilin sonuna isə 144 nəfər dispanser qeydiyyatına dayanmışdır. Ötən il şəkərli diabet xəstələrinin sayı 96 nəfər artaraq 844 nəfərə çatmışdır. Qeydiyyatda olan bütün xəstələr şəkər salıcı dərmanlar, qlikometr testləri ilə təmin olunmuşlar.
2012-ci ildə Mərkəzi rayon xəstəxanasının həyətində 1200-dən çox ağac, 600 gül kolu əkilmiş, xəstələrin istirahəti üçün xüsusi guşə yaradılmış, xəstəxananı içməli su ilə təmin edən 200 metr uzunluğunda metal boru plastik boru ilə əvəzlənmiş, həyətə 300 metr plastik borularla su xətti çəkilmişdir. Ötən il şəxsi evlərdə yerləşən 6 məntəqədən 3-ü (Qubalı, Tava kəndləri və Pirsaat qəsəbəsi) uyğunlaşdırılmış binaya köçürülmüş və lazımi avadanlıqla təchiz edilmişdir. Rayon xəstəxanası, Uşaq Tibb Mərkəzinin və eləcə də digər həkim və tibb məntəqələrinin təbii qazla təmin olunası üçün layihə sənədləri hazırlanmışdır.
Görülmüş işlərə yanaşı sahənin fəaliyyətində nöqsan və problemlər də vardır. Rayonda ixtisaslı mütəxəssis həkimlərin olmaması, əhalinin lazımi səviyyədə müayinədən keçirilməsinə, xəstələrin vaxtında aşkar olunmasına mane olur. Respublika əhəmiyyətli yolun böyük bir hissəsinin rayon ərazisindən keçməsi və həmin yolda çoxlu avtoqəza hadisələrinin baş verməsi təcili yardım üçün çağırışda obyektiv çətinliklər yaradır. Bu sahədəki çətinliyi aradan qaldırmaq üçün təcili yardım stansiyasının əlavə maşınlara ehtiyacı vardır. Rayonda fluoqrafiya aparatı olmadığı üçün əhalinin kütləvi müayinəsinin aparılmasında və xüsusən hərbi xidmətə çağırışçıların vərəmə görə müayinəsində əlavə çətinliklər yaradır. Bu gün Ağacanlı, Ələtli, Tağılı tibb məntəqələri şəxsi evlərdə yerləşir. Həmçinin Kolanı, Cəngən və Kürçülü kəndlərindəki məntəqələr qəzalı vəziyyətdədir. Şəhərdə yeni müalicə korpusunun və adları çəkilən kəndlərdə məntəqələr üçün yeni binaların tikilməsinə ciddi ehtiyac vardır.
Gigiyena və Epidemiologiya Mərkəzinin fəaliyyəti bir qədər canlansa da orada nöqsan və çatışmazlıqlar qalmaqdadır. Mərkəzin yeni binaya və ixtisaslı həkim kadrlara ciddi ehtiyacı vardır.
Rayon Mədəniyyət və Turizm şöbəsində 21 klub, 32 müstəqil kitabxana, 1 yeddi illik musiqi məktəbi, Tarix-Diyarşünaslıq muzeyi, 14 arxeoloji tarixi abidələr fəaliyyət göstərir. Şöbə öz işini günün tələbləri səviyyəsində qurmağa çalışmış və bir sıra tədbirlər həyata keçirmişdir. Ötən il şəhər klubu, mərkəzi və uşaq kitabxanaları, Uşaq musiqi məktəbində cari təmir işləri aparılmış, bütün müəssisələrin adları göstərilən lövhələr dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur.
Tərəfimizdən respublikanın Mədəniyyət və Turizm nazirliyinə müraciətdən sonra rayon mədəniyyət evinin 1-ci mərtəbəsi əsaslı şəkildə yenidən qurulmuşdur. Nəticədə qrunt sularının binaya vurduğu ciddi ziyan aradan qaldırıldı. Eyni məqsədlə şəhər klubunun fasad hissəsi üzlük daşla örtülmüşdür.
Görülən işlərlə yanaşı şöbənin fəaliyyətində problem və nöqsanlar da vardır. Tarix-Diyarşünaslıq muzeyi uyğunlaşdırılmış binada yerləşir. Bəzi kənd mədəniyyət evlərinin, klub və kitabxanaların fəaliyyəti günün tələblərinə cavab vermir. Sahədə çalışanların xeyli hissəsi qeyri ixtisas sahibidir. Yerlərdə istedadlı gənclərin aşkar edilib üzə çıxarılmasına lazımi diqqət göstərilmir. Məlum olduğu kimi Uşaq musiqi məktəbi rəhbərliyinin fəaliyyətində yol verilən ciddi nöqsan və qanunun pozuntuları ötən il Şura iclasında müzakirə edilərək məktəbin direktoru və tədris hissə müdiri vəzifələrindən azad olunmuşdur. Məktəbdə tədrisin keyfiyyətini yüksəltmək, müəllimlərin dərslərə davamiyyətini artırmaq məqsədi ilə müvafiq tapşırıqlar verilmişdir. Şöbənin və məktəbin yeni rəhbərliyi mövcud nöqsanların aradan qaldırılması üçün tam məsuliyyətlə işləməlidirlər.
Hesabat dövründə rayonda gənclərlə iş və idman sahəsində bir sıra işlər görülmüşdür. Gənclər arasında hüquqi maarifləndirmə, hərbi vətənpərvərlik, narkomaniyaya qarşı müxtəlif tədbirlər həyata keçirilmişdir. İdman sahəsində də müəyyən uğurlar qazanılmışdır.
Bununla belə şəhərdə stadionun və Gənclər evinin olmaması müəyyən çətinliklər yaradır. Rayon İcra Hakimiyyəti bu sahədəki boşluqları doldurmaq məqsədilə müvafiq işlər görmüş, aidiyyatı orqanlar qarısında məsələ qaldırmışdır.
Əziz yığıncaq iştirakçıları !
Təcrübə göstərir ki, bələdiyyələr yerlərdə fəaliyyətlərini yerli icra hakimiyyəti orqanları ilə əlaqəli qurduqda yerli əhəmiyyətli məsələlərin həllinə daha asan nail olunur. Bunu nəzərə alaraq rayon İcra Hakimiyyəti Başçısının 03 sentyabr 2008-ci il tarixli sərəncamı ilə hər iki idarə orqanlarının Əlaqələndirmə Şurası yaradılmışdır. Tərkibi 13 nəfər icra və bələdiyyə orqanlarının fəallarından ibarət olan Şura yerlərdə sakinlər tərəfindən qaldırılmış məsələlərin həlli istiqamətində əlbir fəaliyyət göstərirlər. Şəhərin küçə, səki və yol keçidlərinin təmirində, kanalizasiya və su xəttindəki nasazlıqların aradan qaldırılmasını, kənd yaşayış yerlərində sosial ehtiyacların ödənilməsini Şura daim diqqət mərkəzində saxlayır və onların müsbət həllinə səy göstərir.
Dövlətimizin başçısının qeyd etdiyi kimi bizim iqtisadiyyatımız sosial yönümlüdür. İlbəil artan maliyyə imkanlarımız xalqın rifahının daha da yaxşılaşdırılmasına yönəldilir.
Rayonumuzda işləyən və işsiz əhalini əhatə edən iqtisadi fəal əhalinin sayı 35,4 min nəfərdir. Bu isə rayon əhalisinin 51,2 %-ni təşkil edir. Bunun tərkibində məşğul əhalinin xüsusi çəkisi 98,5 %-dir. Məşğul əhalinin 15,4 %-i dövlət sektorunda, 84,6 %-i qeyri-dövlət sektorunda çalışır. Məşğulluq Xidməti orqanı tərəfindən işsiz statusu verilənlərin sayı 533 dür. Rayon Məşğulluq Mərkəzi tərəfindən ötən il keçirilən „Əmək Yarmarkası” na 168 boş iş yeri çıxarılmış, müraciət edənlərdən 98 nəfəri daimi iş yeri ilə təmin olunmuşlar. Mərkəz tərəfindən 2 nəfər kvota yerinə, 18 nəfər peşə kurslarına göndərilmişdir.
Əhalinin həyat səviyyəsinin göstəricisi olan orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə artaraq 249,6 manat olmuşdur. İl ərzində 345 yeni iş yeri açılmışdır ki, bunların da 292-si daimi iş yeridir. Rayonda 6929 nəfər əmək pensiyaçısı, 512 nəfər sosial pensiyaçı, 6306 nəfər ünvanlı sosial yardım alan qeydiyyatdadır.
Rayon İcra Hakimiyyəti rayonun aztəminatlı, imkansız, tənha, həmçinin bədbəxt hadisələrdən zərər çəkmiş sakinlərinə imkan daxilində maddi dəstək göstərmişdir.
Ümumiyyətlə ötən il ərzində 278 nəfərə 23,140 manatlıq maddi yardım göstərilmiş, 2000 nəfərdən çox imkansız, tənha, xəstə və əlil sakinlərə ərzaq məhsulları paylanmışdır. Onlarca xəstəyə müalicə olunmaq üçün pulsuz putyovka və dərman verilmişdir.
İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə Cəfər Cabbarlı küçəsi 26 saylı evin sakini Azərbaycan Dövlət Dillər Universitetinin tələbəsi Şahnaz Rüstəmovaya ailəsinin imkansız olduğu nəzərə alınaraq ona universiteti qurtarana kimi, Bakı Dövlət Universitetinin II kurs tələbəsi, şəhər sakini Aysel Hüseynovaya isə 1 il müddətində hər ay 100 manat yardım etmişdir.
Rayon İcra Hakimiyyəti ərazimizdə məskunlaşan 426 ailə olmaqla 1603 nəfər məcburi köçkün və 124 ailə olmaqla 426 nəfər qaçqınları daimi diqqət mərkəzində saxlamış, onların sosial ehtiyaclarının imkan daxilində ödənilməsinə səy göstərmişdir. Hesabat dövründə Navahı qəsəbəsində, Meyniman kəndində və şəhərdə yaşayan qaçqın və məcburi köçkünlərə onların müraciətləri əsasında tərəfimizdən maddi yardım göstərilmiş, yaşadığı binalar əsaslı təmir olunmuş, su və qaz xətti çəkilmişdir.
Ötən dövrdə rayon büdcəsinin icrası aşağıdakı kimi olmuşdur. Yerli gəlirlər üzrə proqnoz 3,340 min manata qarşı 3,943 min manat olmuşdur. Büdcənin xərc hissəsi 10.188,6 min manat təyinata qarşı 9.589,6 min manat, olmuşdur.
Azərbaycan Respublikasının «Həqiqi hərbi xidmətə çağırılması əsasları haqqında» Qanunu və «Hərbi çağırış haqqında» Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları əsasında rayon İcra Hakimiyyəti Başçısı müvafiq sərəncamlar vermiş, rayon gənclərinin hərbi xidmətə göndərilməsini təmin etmişdir. Hesabat ili ərzində çağırışçıların həqiqi hərbi xidmətə göndərilməsi təmin edilmiş, tapşırıq 100 % yerinə yetirilmişdir.
Qanunçuluğun təmin olunması, hüquq qaydalarının, vətəndaşların hüquqlarının, azadlıqlarının və mənafeyinin müdafiə edilməsi rayon İcra Hakimiyyətinin fəaliyyətində mühüm yer tutur.
Rayon ərazisində 2012-ci il ərzində 168 cinayət hadisəsi qeydə alınmış, onlardan 151-i açılmışdır ki, bu da 93,8 % təşkil edir.
2012-ci il ərzində keçirilmiş əməliyyat axtarış təbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 39 cinayət faktı aşkar edilmiş, dövriyyədən ümumilikdə 1 kq 48 qram çəkidə müxtəlif növ narkotik vasitələr aşkar olunaraq götürülmüşdür.
Bu sahədə aşkar edilmiş cinayət faktların 8-i narkotik vasitələrin qanunsuz satışı, 27-si narkotik vasitələrin qanunsuz saxlanılması, 4-ü isə narkotik xassəli bitkilərin yetişdirilməsi ilə əlaqədar olmuşdur.
Hesabat dövründə rayon ərazisində qanunsuz saxlanılan xeyli silah-sursat yığılaraq DİN təchizat idarəsinə verilmişdir.
Rayon prokurorluğunda 2012-ci il ərzində 14 cinayət işi olmuşdur. Onlardan 8-nin ibtidai istintaqı tamamlanmış, 2-nin icraatı dayandırılmış, 2-si aidiyyəti üzrə göndərilmiş, 2-si cari ilə qalıq qalmışdır.
Hesabat dövründə rayon Qeydiyyat şöbəsində 1337 doğum, 456 nikah, 425 ölüm, 54 nikahın pozulması rəsmiləşdirilmişdir. Nikahlardan 173-ü 18-20 yaşıllar arasında olmuşdur.
Dövlət Notariat Kontoru hesabat ilində 7609 əməliyyat apararaq 24730 manat 50 qəpik dövlət rüsumu ödəmişdir.
2012-ci ildə İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyaya 8 ərizə və məktub daxil olmuşdur. Daxil olmuş ərizə və məktublar komissiyanın iclaslarında geniş müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli İcra Hakimiyyətləri Haqqında Əsasnaməyə uyğun olaraq rayon İcra Hakimiyyəti Başçıları aparatlarında bir sıra struktur dəyişiklikləri həyata keçirilmişdir. Belə ki, bəzi şöbələrin adları dəyişdirilmiş, bəzi şöbələr birləşdirilmiş və yeni İnformasiya təminatı və təhlil sektoru yaradılmışdır. Yeni sektorun işinin normal həyata keçirilməsi üçün İcra Hakimiyyətində Operativ İdarəetmə mərkəzi yaradılmışdır. Operativ İdarəetmə mərkəzi rayonunun bütün idarə və müəssisələrindən müvafiq məlumatları toplamaq vəzifəsini icarə etməklə İƏD üzrə nümayəndəliklər ilə onlayn sistemə qoşulmuşdur. Onlayn sistem vasitəsi ilə rayon ərazisində baş verə biləcək hadisələrin tez bir zamanda aşkar edilməsi və onun qarşısının alınması üçün təxirə salınmaz işlər həyata keçiriləcəkdir. Yeni strukturun rayon İcra Hakimiyyətində formalaşması ilə əlaqədar tərəfimdən müvafiq sərəncam verilmişdir.
Hörmətli tədbir iştirakçıları !
Rayonda 9 siyasi partiya, 21 ictimai təşkilat, 8 qeyri hökumət təşkilatı, 11 dini icma, 6 pir və 1 informasiya vasitəsi vardır. Hesabat dövründə şöbənin siyasi partiyalar və ictimai təşkilatlarla əlaqəsi xeyli canlanmış, aparılan ideya-siyasi işin səviyyəsi artmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müxtəlif vaxtlarda söylədiyi çıxış və nitqlərin öyrənilib geniş ictimaiyyət arasında təbliğ olunması istiqamətində ardıcıl iş aparılır. Xüsusilə, Prezidentin ölkənin daxili və xarici siyasəti ilə bağlı keçirdiyi görüşlərdəki nitqi, müxtəlif rəsmi səfərləri zamanı etdiyi çıxışlar RİHBA-da fəaliyyət göstərən Heydər Əliyev İdeoloji Mərkəzi tərəfindən seminarlarda öyrənilərək yerlərdə əhali ilə keçirilən görüşlərdə ətraflı şəkildə təbliğ olunur. Ötən ildən Heydər Əliyev muzeylərinin mərkəzlərə çevrilməsi ilə əlaqədar mərkəzdə 5 qurum fəaliyyətə başlamışdır. Qurumlardan 3-ü xalqımızın Ümummilli lideri Heydər Əliyevin zəngin ideya siyasi irsini öyrədən məktəblərdir. Hər 3 məktəbə 120-dən artıq müdavim cəlb edilmişdir.
Mərkəzin ən təcrübəli və bilikli üzvləri proqram əsasında müdavimlər qarşısında vaxtaşırı mühazirələr oxuyurlar. Digər 1 qurum isə müntəzəm olaraq əhali ilə görüşlər keçirərək ulu öndərin həyat və fəaliyyəti haqqında söhbətlər aparırlar.
İcra Hakimiyyəti rayonda yeganə mətbuat orqanı olan „Hacıqabul” qəzetinin fəaliyyətini və dövriliyini artırmaq məqsədi ilə redaksiya kollektivinə diqqət və qayğısını əsirgəmir. Qəzetin tirajının artması onun ayda 3 dəfə çıxmasına, əməkdaşların əmək haqqının artırılmasına imkan yaratdığı kimi qəzetin səhifələrində dərc olunan materialların daha sanballı və əhatəli məzmun daşımasına səbəb olmuşdur.
Rayon ərazisində 18 İnzibati Ərazi Dairələri üzrə nümayəndəlik və 15 bələdiyyə fəaliyyət göstərir. Nümayəndəliklər öz işlərini „Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə” yə uyğun quraraq işlədikləri ərazi vahidlərində İcra Başçısı səlahiyyətlərinin həyata keçirilməsinə kömək edir, verilmiş tapşırıqları həyata keçirir, qanunvericiliklə müəyyən edilmiş qaydada vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparır, ailə vəziyyətini təsdiq edən və digər arayışlar verir. İl ərzində bütün inzibati ərazi vahidi üzrə nümayəndəliklərdə vətəndaşların qəbulunun təşkili, ərizə və şikayətlərinə baxılması, daxili sənədləşmə işlərinin vəziyyəti İcra Hakimiyyəti Başçısı yanında Şurada müzakirə olunmuşdur.
2012-ci ilin yekunları ilə bağlı rayonun bütün idarə və təşkilatlarında o cümlədən İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərdə və bələdiyyələrdə hesabat yığıncaqları keçirilmişdir. Qəsəbə və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərdə keçirilmiş hesabat yığıncaqlarında ərazilərdə sosial problemlərin aradan qaldırılması istiqamətində görülmüş və hazırda davam etdirilən işlər qeyd olunmuşdur. Hesabat yığıncağı keçirilmiş bütün qəsəbə və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərdə əhaliyə elektrik enerjisinin verilməsində problemlərin olduğu, içməli suyun qıtlığı, kəndarası yolların yarıtmaz vəziyyətdə olması qeyd olunmuşdur. Yığıncaq iştirakçıları tərəfindən irəli sürülmüş rəy və təkliflərin əksəriyyətində ərazilərdə yüksək gərginlikli elektrik dirəklərinin istismar müddətinin başa çatdığı qeyd olunmuşdur. Elektrik xətlərinin yenidən qurulması və “Smart Kart” tipli sayğacların quraşdırılması üçün lazımi təşkilatlar qarşısında məsələ qaldırılması təklif olunmuşdur.
Görülmüş işlərlə yanaşı rayonun bəzi nümayəndəlik və bələdiyyələrində işlər günün tələbləri səviyyəsində qurulmamışdır. Atbulaq kənd İƏD üzrə nümayəndəliyində vətəndaşların şifahi və yazılı müraciətlərinə vaxtında baxılmamış, onların problemləri araşdırılmamış və vətəndaşların müraciətlərinə rəsmi cavablar verilməmişdir. Nəticədə adı qeyd olunan nümayəndəliyi əhatə etdiyi kəndlərdə yaşayan sakinlər tərəfindən yuxarı idarə və təşkilatlara çox saylı müraciətlər olunmuşdur.
Hesabat dövründə İcra Hakimiyyəti Başçısı tərəfindən 25 sərəncam verilmişdir. Sərəncamlar aparatın müvafiq şöbələri tərəfindən hazırlanmış, icrası nəzarətə götürülərək təmin edilmişdir.
Rayon İcra Hakimiyyəti Başçısı yanında Şura öz işini təsdiq etdiyi Perspektiv İş Planına əsasən quraraq hesabat ilində 27 iclas keçirərək 57 məsələ müzakirə etmişdir. Hesabat dövründə Şuranın fəaliyyəti və Şura üzvlərinin təşəbbüskarlığı xeyli artmışdır.
Rayon İcra Hakimiyyəti aparatı hesabat dövründə vətəndaşlardan daxil olmuş ərizə və şikayətlərin baxılmasına, onların qəbulunun təşkilinə xüsusi diqqət yetirmişdir. Ötən il İcra Hakimiyyətinə 1153 təklif, ərizə və şikayət daxil olmuşdur. Müraciətlərin 363-ü Prezident Administrasiyasından, 28-si Milli Məclisdən, 28-i Nazirlər Kabinetindən, 227-si Respublikanın digər rəhbər təşkilatlarından, 507-si isə əhalidən olmuşdur. 2012-ci ildə daxil olmuş müraciətin ümumi sayı 2011-ci illə müqayisədə 265, Prezident Administrasiyasından daxil olmuş müraciətlərin ayı 26, nəzarətdə olan müraciətlərin sayı 11 ədəd azalmışdır. Ötən ildə təkrar müraciətlərin sayı 196, kollektiv müraciətlərin sayı 43 ədəd olmuşdur. Daxil olmuş müraciətlərin 504-ü və ya 44 %-i texnogen hadisə ilə bağlı olmuşdur ki, bunlar da təkrar müraciətlərin sayını artırmışdır .
İcra Hakimiyyətinə daxil olmuş bütün müraciətlər "Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə” yə „Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa uyğun qurulmuş, bütün müraciətlər vaxtında araşdırılaraq müvafiq orqanlara və vətəndaşlara cavab verilmişdir.
Araşdırmalar zamanı aydın olmuşdur ki, yazılan ərizə və şikayətlərin yaranma səbəbi təbii fəlakətdən zərər çəkmiş sakinlərin üzləşdikləri çətinliklər, torpaq islahatı zamanı yol verilmiş nöqsanlar, əhalinin mənzil və məişət şəraitinin yaxşılandırılmasına artan tələbat, enerji, qaz, su təchizatı sahəsində yaranmış problemlər, sahibkarlığın inkişafına və özəlləşdirilmənin aparılmasına süni maneələrin yaradılmasıdır.
İcra Hakimiyyəti hesabat dövründə vətəndaşların qəbulu işini ciddi nəzarətə götürmüşdür. 2012-ci ildə İcra Hakimiyyətinin Başçısı və müavinləri tərəfindən 1023 nəfər vətəndaş qəbul edilmişdir. Onların 481 nəfəri İcra Hakimiyyətinin Başçısı tərəfindən dinlənilmişdir. Qəbul edilən vətəndaşların 261-i yaşayış yerlərində dinlənilmişdir. Bu barədə qabaqcadan əhaliyə məlumat verilmiş, onların öz irad, təklif və şikayətlərini sərbəst qaydada bildirilməsi üçün lazımı şərait yaradılmışdır. Belə qəbullar İcra Başçısının bütün İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərini əhatə edən yaşayış məntəqələrində təşkil edilmişdir. Qəbulda inzibati orqanların və aidiyyatı xidmət təşkilatlarının rəhbərlərinin iştirakı təmin edilmişdir. Bu isə bir çox təklif və iradların elə yerindəcə aradan qaldırılmasına imkan vermişdir. Yerlərdə vətəndaşlar tərəfindən edilən müraciətlər aparatın müvafiq şöbələri tərəfindən icraata götürülür və nəzarətə alınır. İcra Hakimiyyətində mütəmadi olaraq idarə, müəssisə və təşkilatlarda vətəndaşların müraciətlərinə baxılması müzakirə edilir, müvafiq tədbirlər görülür.
Bütün bunlara baxmayaraq İcra Hakimiyyəti aparatında, rayonun idarə, müəssisə və təşkilatlarında bu sahədə müəyyən nöqsanlara yol verilir.
Əziz yığıncaq iştirakçıları !
İcazə verin Sizin adınızdan Azərbaycan Respublikasının Prezidentini cənab İlham Əliyevi əmin edim ki, Hacıqabul rayonunun sakinləri möhtərəm Prezidentimizin rayonumuza göstərdiyi hərtərəfli qayğı və diqqətə özlərinin yüksək əmək və siyasi fəallığı ilə cavab verərək respublika prezidentliyinə seçkilər ili kimi tarixə düşəcək 2013-cü ildə də rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, infrastrukturun yeniləşməsi, əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirməklə qarşıdakı Prezident seçkilərində yüksək fəallıq nümayiş etdirərək bir nəfər kimi ulu öndərimizin layiqli davamçısı cənab İlham Əliyevə səs verəcəklər.


İcra Hakimiyyətinin
Başçısı: Əhməd Muxtarov
 

Keçidlər