Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələrini evlərində ziyarət etmişdir.
Şəhid ailələrinə dövlət qayğısının göstərilməsi Azərbaycanın daxili siyasətində prioritetdir. Bu Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi-mənəvi yoldur. Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir.
Bunun bariz nümunəsi kimi bu vaxtadək 7 minə qədər şəhid ailəsinin mənzillə təmin olunmasını, şəhid övladlarının təhsil haqlarının dövlət tərəfindən ödənilməsini, torpaq sahələri, onlara müavinət, pensiya ilə yanaşı Prezident təqaüdü verilməsini göstərmək olar. Bundan sonra da bu qəbildən olan insanların problemləri diqqət mərkəzində saxlanılacaq. Prezidentin bu siyasəti yerlərdə təbliğ edilir.
Bunun nəticəsi olaraq 25 dekabr 2019-cu il tarixində Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov şəhid Əsədov Əzizağa Mirzağa oğlu və Talıbov Vəfa Əzim oğlunun ailələrini ziyarət edib və qarşıdan gələn “Yeni il” bayramı münasibətilə onları təbrik edib.
Şəhidlərin valideynləri bu diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirdilər.