Hacıqabul rayonunda növbəti ağacəkmə aksiyası.
26 dekabr 2019-cu il tarixdə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Hacıqabul şəhərində, Bakı-Qazax magistral avtomobil yoluna çıxış istiqamətdə yolun ətrafında ağacəkmə aksiyası keçirilmişdir.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin, Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovun, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələrinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının üzvü olan fəal gənclərin, Mənzil İstismar İdarələrinin, Kommunal Müəssisəliləri İdarəsinin, Yaşıllaşdırma və Abadlıq İşləri Sahəsi əməkdaşlarının və media nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası zamanı 1500-dən həmişəyaşıl şam ağacları əkilmiş, suvarılmış və onlara aqrotexniki qaydada qulluq göstərilmişdir.
Yaşıllıq zolaqlarının genişlənməsi, ekoloji tarazlığının qorunması, ekoloji mühitinin sağlamlaşdırılmasının sürətlənməsi, eyni zamanda rayon əhalisi arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsi baxımından böyük əhəmiyyəti olan aksiyada Hacıqabullular böyük ruh yüksəkliyi ilə iştirak etmişdirlər.
Ağacəkmə aksiyasında iştirak edən Hacıqabullular rayon ərazisində ekoloji mühitin yaxşılaşdırılmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlıqlarını bildirdilər.