Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul hesabat

15 fevral 2013 | 16:00

Hacıqabul rayonunda da ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib. Əvvəlcə rayonda istehsal olunan müxtəlif çeşidli kənd təsərrüfatı və sənaye məhsullarının sərgisi ilə tanışlıq olunub. Sonra ötən ilin yekunları və qarşıda duran əsas vəzifələr barədə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, ötən il rayonun sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində uğurlu nəticələrlə yadda qalıb. Rayonda ümumdaxili məhsulun həcmi 8,1 faiz artıb. Kənd təsərrüfatında məhsul istehsalı 3,6, sənaye sahəsində isə 2,4 faiz artım əldə olunub. Taxılçılıq, eləcə də bostan-tərəvəz məhsullarının istehsalı da ötən illə müqayisədə çoxalıb. Həmçinin bildirilib ki, rayonda geniş tikinti- abadlıq və quruculuq işləri aparılıb. Şəhərin giriş hissəsi abadlaşdırılıb, yeni bayraq meydanı inşa olunub, işıqlandırma sistemi təzələnib. Şəhərin enerji və qaz təsərrüfatı tamamilə yenidən qurulub. H.Əliyev muzeyi və parkı da yenidən qurulub, yaşıllıqlar salınıb, oturacaqlar quraşdırılıb. Parkda həmçinin elmi-kütləvi tədbirlərin keçirilməsi üçün 500 yerlik oturacaq quraşdırılıb, səhnə yaradılıb. Bundan əlavə rayonun 3 kəndinə yeni məktəb binaları inşa olunur, şəhərin mərkəzində isə 2 mərtəbədən ibarət olan 60 yerlik uşaq körpələr evinin tikintisi davam edir. Şəhərdə həmçinin Hərbi qulluqçular üçün hər biri 4 mərtəbədən ibarət olan 2 bina inşa olunub. Hazırda binaların birində son tamamlanma işləri görülüb. Hesabat yığıncağından kənd yollarının yenidən qurulması sahəsində görülən işlərdən də söhbət açılıb. Bildirilib ki, hazırda 37 km-lik Hacıqabul-Tağılı- Paşalı və Rəncbər, Qubalıbalaoğlan avtomobil yolunun tikintisi davam edir. Həmin yaşayış sahələrində artıq yolların bir hissəsinə asfalt örtüyü vurulub və hazırda işlər davam etdirilir. Rayonda həmçinin ilkin olaraq 400 nəfər yaxın işçinin çalışacağı “Kafel-metlax” zavodunun tikintisi də artıq yekunlaşma üzrədir. Tikinti işləri artıq başa çatdırılıb və avadanlıqların quraşdırılmasına başlanılıb. Hesabat yığıncağında poçt, rabitə və digər xidmət sahələrində görülən işlər də müzakirə olunub, aidiyyatı qurumlara tapşırıqlar verilib. Hesabat yığıncağında Milli məclisin üzvü Rafael Hüseynov və Prezident Administrasiyasının məsul əməkdaşı Dəyanət Abdullayev iştirak edib.

Keçidlər