Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri gündəlik davam etdirilir.

28 mart 2020 | 16:00

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın qərar və tapşırıqlarına uyğun olaraq Hacıqabul rayonu ərazisində Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, əhali arasında maarifləndirmə işlərinin aparılması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün rayon İcra Hakimiyyəti yanında xüsusi qərargah yaradılmışdır. Əhali arasında yaşı 65-dən yuxarı insanların evdən kənara çıxmamaları üçün maarifləndirmə işləri aparılır.

Rayon ərazisində epidemioloji durum rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət altında saxlanılır, sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir və təxirəsalınmaz profilaktik tədbirlər mütəmadi davam etdirilir. 

İnfeksiyanın rayon ərazisində yayılmasının qarşının alınması məqsədilə Gigiyena və Epidemilogiya Mərkəzinin həkim və tibb işçiləri tərəfindən şəhərin prospekt və küçələrində, məhəllədaxili yollarda, həmçinin yaşayış binalarında dezinfeksiya işləri davam etdirilir.

 

Keçidlər