Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirus pandemiyası ilə əlaqədar maarifləndirici söhbətlər və dezinfeksiya işləri davam etdirilir.

29 mart 2020 | 16:00

Hacıqabul rayon İcra Hakimiyyəti tərəfindən koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə mobil qruplar təşkil edilmişdir. Rayonun bütün kənd və qəsəbələrində İcra Hakimiyyəti, bələdiyyə və rayon polis şöbəsinin əməkdaşlarından ibarət mobil qruplar əhalinin sıx toplaşa biləcəyi ərazilərdə sakinlərlə profilaktik söhbətlər edir, xüsusi karantin rejimi müddətində həm öz sağlamlıqlarını qorumaları, həm də ki, cəmiyyətdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan ötrü vacib olmadıqda evdən çıxmamaqları barədə xəbərdarlıq edilir. 65 yaşdan yuxarı sakinlərin isə evdən çıxmalarının qadağan edilməsi nəzərlərinə çatdırılıb.  Proses xüsusi karantin dövrü ərzində müntəzəm olaraq aparılır. 

Rayon ərazisində epidemioloji durum rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət altında saxlanılır, sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir və təxirəsalınmaz profilaktik tədbirlər mütəmadi davam etdirilir. 

İnfeksiyanın rayon ərazisində yayılmasının qarşının alınması məqsədilə Gigiyena və Epidemilogiya Mərkəzinin həkim və tibb işçiləri tərəfindən şəhərin prospekt və küçələrində, məhəllədaxili yollarda, həmçinin yaşayış binalarında gündəlik dezinfeksiya işləri aparılır.

Keçidlər