Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirus pandemiyası ilə əlaqədar gündəlik maarifləndirmə və dezinfeksiya işləri aparılır.

30 mart 2020 | 16:00

Hacıqabul rayonunda koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə virus infeksiyasının  yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə maarifləndirici və profilaktik söhbətlər aparılır və dezinfeksiya işləri davam etdirilir. Bu məqsədlə Hacıqabul rayon İcra Hakimiyyəti tərəfindən mobil qruplar təşkil edilmişdir. 

Rayonun bütün kənd və qəsəbələrində İcra Hakimiyyəti, bələdiyyə və rayon polis şöbəsinin əməkdaşlarından ibarət mobil qruplar əhalinin sıx toplaşa biləcəyi ərazilərdə sakinlərlə profilaktik söhbətlər edir, xüsusi karantin rejimi müddətində həm öz sağlamlıqlarını qorumaları, həm də ki, cəmiyyətdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan ötrü vacib olmadıqda evdən çıxmamaqları barədə xəbərdarlıq edilir. 65 yaşdan yuxarı sakinlərin isə evdən çıxmalarının qadağan edilməsi nəzərlərinə çatdırılıb.  Proses xüsusi karantin dövrü ərzində müntəzəm olaraq aparılır. 

Karantin rejiminin tələblərinə riayət edilməsi üçün rayon ərazisində fəaliyyət göstərən qeyri ərzaq və kənd təsərrüfatı təyinatlı ticarət obyektləri və mövcud olan istirahət parklarına giriş tam məhdudlaşdırılmışdır. 

İnfeksiyanın rayon ərazisində yayılmasının qarşının alınması məqsədilə Gigiyena və Epidemilogiya Mərkəzinin həkim və tibb işçiləri tərəfindən şəhərin prospekt və küçələrində, məhəllədaxili yollarda, həmçinin yaşayış binalarında gündəlik dezinfeksiya işləri aparılır.

Keçidlər