Şriftin ölçüsü :

Saytın rəngi :

Rüstəm Xəlilov və operativ qərargah üzvləri əhali arasında maarifləndirici söhbətlər aparır.

03 aprel 2020 | 16:00

Ölkə ərazisində koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Hacıqabul rayon İcra hakimiyyəti yanında fəaliyyət göstərən operativ qərargahın sədri, rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov qərargah üzvləri ilə birlikdə əhali arasında maarifləndirmə tədbirləri həyata keçirmişdir. 

Söhbət zamanı vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmələri, xüsusi karantin rejimi müddətində həm öz sağlamlıqlarını qorumaları, həm də cəmiyyətdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan ötrü insanların fərdi evlərində və mənzillərində qalmaları tələb olunduğu barədə xəbərdarlıq edilmişdir, zərurət səbəbindən evdən çıxmış, tibbi maskası olmayan şəxslərə maska paylanmışdır.

Bu günə qədər karantin qaydalarına riayət etməyən 87 şəxs barəsində inzibati qaydada protokol tərtib edilmişdir. İnfeksiyanın rayon ərazisində yayılmasının qarşının alınması məqsədilə Gigiyena və Epidemilogiya Mərkəzinin həkim və tibb işçiləri tərəfindən şəhərin prospekt və küçələrində, məhəllədaxili yollarda, həmçinin yaşayış binalarında, fəaliyyətinə icazə verilmiş ticarət obyektlərində gündəlik dezinfeksiya işləri aparılır. 

Tədbirlər müntəzəm olaraq aparılır.

 

Keçidlər