Qoşulmama Hərəkatının Zirvə görüşü Azərbaycanın beynəlxalq əməkdaşlığa töhfəsi kimi dəyərləndirilir.
Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasitəsilə Zirvə görüşü keçirilmişdir. Zirvə görüşündə Əfqanıstan, Əlcəzair, Misir, İndoneziya, İran, Kuba, Nigeriya, Pakistan, Cənubi Afrika Respublikası, Fələstin, Türkmənistan, Venesuela, Nikaraqua, Efiopiya, Hindistan, Malayziya, Vyetnam, Qana, Küveyt, Mərakeş, Səudiyyə Ərəbistanı və digər ölkələrin prezidentləri, baş nazirləri və xarici işlər nazirləri çıxış etmişlər. BMT-nin Baş Assambleyasının Prezidenti və Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru videokonfransda çıxış etmiş, eləcə də, BMT-nin Baş katibi və Avropa Komissiyasının ali nümayəndəsi, vitse-prezidentinin videomüraciətləri səsləndirilmişdir.
BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatının Prezident İlham Əliyevin təşəbbasü ilə keçirilən Zirvə görüşü dünya ictimaiyyəti və dövlətləri arasında böyük maraq oyadıb. Üzvlükdən qısa müddət sonra ölkəmizin bu təsisata sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir. Ölkəmiz 2011-ci ildə Qoşulmama Hərəkatına tam hüquqlu üzv qəbul olunmuşdur. Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş zirvə görüşündə 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur.
Cəmi 9 il əvvəl ölkəmiz bu hərəkatın üzvlüyünə qoşulsa da qısa dövr ərzində beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməklə Hərəkat daxilində böyük nüfuz və hörmət qazanıb. Qliobal pandemiya dövründə məhz Zirvə görüşünün videokonfrans formatında təşkili də bunu bir daha təsdiq edir. Qlobal pandemiyanın tüğyan etdiyi bir dönəmdə təəsüflər olsun ki, qlobal əməkdaşlığa güclü ehtiyac duyulduğu bir şəraitdə dövlətlər, eləcə də bir sıra beynəlxalq və regional institutlar çaşqınlıq içərisində qalaraq beynəlxalq həmrəyliyi nümayiş etdirə bilmədilər. Lakin bu dəfə də Azərbaycan Prezidenti bir ilkə imza atdı, təşəbbüs irəli sürdü və “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirərək dünyanın dörd bir yanından müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail oldu. Bu gün biz əyani şəkildə Qoşulmama Hərəkatının fikir mübadiləsi, qlobal həmrəylik və əməkdaşlıq üçün səmərəli platformaya çevrildiyinin şahidi olduq.
Azərbaycan Prezidentinin Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsü üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənmiş və Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak əsasında bütün regional qruplardan olan ölkələr təmsil olunmuşlar. 40-a yaxın ölkənin dövlət və hökumət başçılarının, Xarici İşlər nazirlərinin iştirak etdiyi sözügedən tədbir bir daha ölkəmizə və Prezidentimizə olan inamın, etibarın və etimadın göstəricisidir. Azərbaycan bundan öncə də videokonfrans formatında zirvə görüşü keçirmişdir. Belə ki, ölkə Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilmişdir. Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirmişdir. Artıq Türk Şurası çərçivəsində 3 istiqamət üzrə - səhiyyə, nəqliyyat və iqtisadiyyat üzrə əməkdaşlıq mövcuddur.
Türk Şurasının Zirvə Görüşündə çıxışı zamanı cənab Prezident haqlı olaraq vurğuladı ki, “pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi olduq”. Belə bir təhlükənin hər kəsin qapısını döydüyü bir zamanda da Prezident İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi. Dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan koronovirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək vermişdir. Azərbaycan koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırmış, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına bir daha könüllü maliyyə töhfəsi ayrılacaqdır ki, bu dəstək zəruri ehtiyacların qarşılanması üçün koronovirusdan ən çox zərər çəkmiş Hərəkat üzvlərinə yönəldiləcəkdir. Azərbaycan tərəfindən bir sıra ölkələrə də ikitərəfli əsasda yardım həyata keçirilmiş və keçirilməkdədir.
Dünyanı bürümüş koronovirus pandemiyası hər bir dövləti ciddi sınaq qarşısında qoymuşdur. Bəzi dövlətlər bu sınaqdan layiqincə çıxmaqdadır, bəziləri isə çoxsaylı insan itkisi ilə. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Prezidentimizə ünvanlanan məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verildiyini bəyan etmişdir. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir. Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz açdıqda Azərbaycanın adı birincilər sırasında gəlir. Eləcə də, effektiv nəticələrə görə Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə beynəlxalq səviyyədə təqdir olunur. Azərbaycan Prezidentinin yaranmış vəziyyətin sosial-iqtisadi sferaya çətinlik yaratmaması ilə bağlı verdiyi qərarlar da Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən təqdir olunur.
Avropa İttifaqının rəsmisinin Zirvə görüşündə iştirakı və çıxışı Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisədir. Qeyd olunmalıdır ki, məhz Azərbaycan daim bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq olmuşdur. Göründüyü kimi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük nailiyyətlərə imza atır, dünyanın yeni reallıqlarına çevik və adekvat reaksiya verir.Dünyanın bir parçası olan ölkəmiz bəşəriyyəti böyük sınaq qarşısında qoyan qlobal pandemiyaya qarşı nəinki milli səviyyədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronovirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verir. Azərbaycan Prezidentinin bu təşəbbüsü də pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlər arasındakı əməkdaşlığı daha da dərinləşdirəcəkdir. Pandemiyanın iqtisadiyyatın ayrı-ayrı sahələrinə ziyan vurduğunu qeyd edən ölkə başçısı insanların sağlamlığını ön plana çəkərək dövlət siyasətinin mərkəzində azərbaycan vətəndaşının olduğunu bir daha sübut etdi.Pandemiyaya qarşı mübarizədə “Azərbaycan modeli”nə sahib olmuş ölkəmiz hazırda cənab prezident İlham Əliyevin gərgin səyi və intellektual bacarığı sayəsində ölkə daxilində də bu bəladan az itkilərlə çıxmağı bacarır. Ölkə Prezidenti cənab İlham Əliyevin rərbərliyi altında Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Hacıqabul rayonu ərazisində karantin rejimi çərçivəsində qabaqlayıcı və sosial izolyasiya tədbirləri həyata keçirilmişdir.
Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq çölə çıxa bilməyən, eləcə də aztəminatlı ailələrə yardım olunmuşdur. Rayon icra hakimiyyətinin əməkdaşları ,o cümlədən idarə və müəsisələr aztəminatlı ailələrə baş çəkərək onların problemləri ilə maraqlanmış və bu məsələni daim nəzarətdə saxlamışlar. Aksiya zamanı vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə elan olunan xüsusi karantin rejiminə əməl edilməsinin zəruriliyi barədə məlumat verilmişdir. Bu nəcib təşəbbüsü razılıqla qarşılayan insanlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişdilər.