Şriftin ölçüsü :

Saytın rəngi :

Aparılan islahatlar korrupsiya ilə mübarizənin gücləndirilməsindən xəbər verir.

12 may 2020 | 16:00

Koronavirus (COVİD- 19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədiləı xüsusi karantin rejiminin tətbiq edildiyi, dövlət strukturlarının fəaliyyətinin əhalinin sağlamlığının qorunması istiqamətində səfərbər olunduğu, dövlətin iqtisadı gücünün hər gün 120-150 milyon zərərə düşdüyü,bəzi gəlir sahələrinin çökdüyü,iflic olduğu bir vaxtda vəzifəli şəxslərin mövcud vəziyyətdən şəxsi maraqları naminə istifadə edərək vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan hüquqazidd əməllərə yol vermələrinə dair məlumatlar əsasında araşdırma tədbirləri həyata keçirilməkdədir. Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda bir neçə yüksək vəzifəli şəxslərin vəzifə səlahiyyətlərindən sui –istifadə edərək, təkrar rüşvətalma, mənimsəmə faktları aşkarlanmış, onlar məsuliyyətə cəlb olunmuşlar.

Pandemiya Azərbaycanda gedən islahatlara və cəmiyyəti dağıdan digər bəlalara qarşı mübarizənin sürətinə əngəl ola bilmədi. Əksinə, koronovirus səbəbi ilə dövlətin “başının qarışdığını” düşünən əliəyri məmurların hərəkətə keçməsi bu işi daha da sürətləndirdi və ortaya çıxan faktlar barəsində olduqca ciddi qərarlar qəbul olundu. Son günlərdə Dövlət Təhlükəsizlik Xidmətinin Biləsuvar və İmişli rayon İcra Hakimiyyətinin binasında keçirdiyi xüsusi əməliyyat nəticəsində icra başçıları iş başında yaxalanaraq barələrində həbs qəti imkan tədbirləri görülüb. Geridə buraxdığımız bir neçə ayda bu artıq 5-ci icra başçısıdır ki, korrupsiya əməllərinə görə həbs olunur.

Dövlətin etimadını qazanaraq vəzifəyə yüksələn, lakin sonradan nəfsu ucbatından harınlayaraq vicdanını itirmiş məmurların iyrənc hərəkətləri ölkə rəhbərliyinin islahatlar kursuna tamamilə ziddir. Prezident İlham Əliyev daxili siyasətlə, görülən işlərlə bağlı elə bir çıxışı olmur ki, rüşvətxorluğun cəmiyyətimiz üçün böyük bəla olduğunu xatırlatmasın. Dövlət başçısı rüşvətxorluq və korrupsiyaya qarşı mübarizənin davamlı olacağını həmişə bildirib və bu yola düşənlərə kəskin xəbərdarlıq edib. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslərin dövlət tərəfindən ciddi cəzalandırılması davam edir. Dövlət Təhlükəsizlik Xidmətinin ayıq-sayıqlığı nəticəsində aşkarlanmış korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakının talama səbəblərindən həbs olunmuş Ağstafa, Yevlax, Neftçala, Biləsuvar Rayon İcra Hakimiyyətlərinin keçmiş başçılarının düşdüyü vəziyyətdən nəticə çıxarmayan növbəti şəxs İmişli Rayon İcra Hakimiyyətinin başçısıdır. Təsadüfi deyildir ki belə hallar dövlət başçısı tərəfindən təkcə oğrluq və korrupsiya halı kimi deyil birmənalı şəkildə vətənə,dövlətçiliyə və xalqa xəyanət kimi qiymətləndirilir.

Bu məmurlar dünyanı bürüyən COVİD-19 pandemiyasından minimum itkilərlə çıxmasına zəmin yaradan ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasətinə qarşı mənəviyyata sığmayan hərəkətlər etmişlər. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə, xüsusilə, icra başçılarına müvafiq tapşırıqların verilməsinə baxmayaraq bu halların baş verməsi dövlətin mənafeyinə ciddi zərbə vurur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinin təyin edilməsi Azərbaycanda korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürüdür.Onu da qeyd edək ki,hazırda Dövlət Təhlükəsizlik Xidmətinin Rəhbəri də bir müddət elə həmin Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinin müavini işləmişdir. Aparılan ictimai-siyasi, iqtisadi, hüquqi və kadr islahatlarının ölkəmizin yeni inkişaf mərhələsinə keçidini şərtləndirir. Bütün bunlar və ölkəmizdə qəbul edilmiş digər sənədlər dövlətin gördüyü işlərə məsuliyyətlə yanaşdığını və qətiyyətini göstərir. Biləsuvar və İmişli olayı yəqin ki, bu mübarizənin yekunu deyil və rüşvətxorlar bunu yaddan çıxarmamalıdırlar.

Keçidlər