Youtube sosial şəbəkəsinin Kanal13 səhifəsində Hacıqabul rayonu haqqında yayılan videomaterial həqiqəti əks etdirmir.
05.05.2020-ci il tarixdə Youtube sosial şəbəkəsinin Kanal13 səhifəsində İkinci Udullu kənd sakini Ağayev İlqar Soltan oğlu tərəfindən torpaq sahəsinin boşaldılması barədə məhkəmə qətnaməsinin icra olunmaması barədə video müraciət yayımlanmışdır. Yayımlanmış videomaterial həqiqəti əks etdirmir, Hacıqabul rayon Məhkəməsinin 27.07.2015-ci il tarixli, 2(071)-381/2015 nömrəli Qətnaməsi ilə cavabdeh Qocayev Ramiz Rüstəm oğlunun iddiaçı İkinci Udullu bələdiyyəsinə məxsus 22.02.2010-cu il tarixli icarə müqaviləsinə əsasən verilmiş 10,89 ha torpaq sahəsindən öz hesabına çıxarılsın və həmin torpaq sahəsini əvvəlki vəziyyətinə gətirməklə Hacıqabul rayon İkinci Udullu bələdiyyəsinə təhvil verilməsinə dair Qətnamə qət etmişdir. Lakin, Hacıqabul rayon Məhkəməsinin çıxardığı Qətnamə ilə bağlı borclu Qocayev Ramiz Rüstəm oğlu Şirvan Apelyasiya məhkəməsinə müraciət etmişdir. Şirvan Apelyasiya Məhkəməsində işə baxılmış, Qocayev Ramiz Rüstəm oğlunun müraciəti təmin edilməmiş və rayon Məhkəməsinin çıxardığı Qətnamə qüvvədə saxlanılmışdır.