dia.az saytında Hacıqabul rayon icra hakimiyyəti başçısı haqqında yayılan materiallar həqiqəti əks etdirmir.
19 may 2020 | 16:00
19.05.2020-ci il tarixdə www.dia.az saytında Rayon İcra Hakimiyyəti ilə dəqiqləşdirilməmiş Hacıqabulda başçı yerli maliyyə ilə dil tapa bilib... başlığı ilə yayımlanmış məqalə heç bir araşdırma aparılmadan böhtan xarakterli yazılmışdır.
Qərəzli məlumatlar paylaşan sözügedən saytın diqqətinə çatdırmaq istəyirik ki, ictimaiyyətdə çaşqınlıq yarada biləcək bu qəbildən olan informasiya təkzib olunmayacağı təqdirdə Hacıqabul rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə müraciət ediləcəkdir.