Şriftin ölçüsü :

Saytın rəngi :

“Novruz” bayramı münasibəti ilə şənlik

19 mart 2013 | 16:00
Atbulaq kənd Mədəniyyət evinin qarşısında böyük tonqal qalanmışdır. Tonqalın dövriyyəsində Atbulaq kənd məktəbinin, Kürçülü kitabxanasının, Atbulaq kənd kitabxanasının, Atbulaq kənd Mədəniyyət evinin, Atbulaq kənd klubunun hazırladığı bayram tədbirində Novruzun rəmzi olan səməni, şamlar və xonçalar düzülmüşdür. Məktəblilərin hazırladığı xonçalarda səməni, boyanmış yumurtalar, şəkərbura-paxlava, cürbəcür şirniyyatlar düzülmüşdür. Bir tərəfdə nehrə, samovar, su səhəngi, badya, cəhrə, yun daraq qoyulmuşdur. Sənəm xalanın sacda bişirdiyi yuxalar, fəsəlilər iştirakçılara paylanılırdı
Keçidlər