Dövrü mətbuatda Hacıqabul haqqında yazırlar.
Hacıqabullular prezidentə minnətdarlıq edirlər.
Ölkə ərazisində koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Hacıqabul rayon İcra hakimiyyəti yanında fəaliyyət göstərən operativ qərargahın sədri, rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov qərargah üzvləri ilə birlikdə mütəmadi olaraq əhali arasında maarifləndirmə tədbirləri həyata keçirir. Hacıqabul rayonunda gündəlik dezinfeksiya işləri davam edir. Rayon ərazisində epidemioloji durum rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət altında saxlanılır, sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə, ciddi nəzarət edilir və təxirəsalınmaz profilaktik tədbirlər davam etməkdədir.Pandemiya dövrü başlayandan rayon ərazisində olan bütün yaşayış məntəqələri, eləcə də küçə və meydanlar, park və xiyabanlar, ticarət və xidmət obyektləri, çoxmənzilli binaların giriş hissələri,xəstəxanalar,təhsil ocaqları,xəstəxanalar,idarə və təşkilatlar , müəssisələr və digər yerlər təkrar-təkrara dəfələrlə dezinfeksiya edilmişdir.
Tədbirlər müntəzəm olaraq davam etdirilir.
Hacıqabullular diqqət və qayğıya görə cənab prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər və vurğulayırlar ki, Hacıqabul rayon icra Hakimiyyəti başçısı Rüstəm Xəlilov karantin rejiminin olmasına baxmayaraq daima iş başındadır və onların problemləri ilə maraqlanır. Hacıqabul sakinləri bütün dövlət qurumlarınınn fəaliyyətindən razılıqlarını qeyd edirlər. Son zamanlar Hacıqabulda çox böyük işlər görülüb.
Rüstəm Xəlilov İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan gündən Hacıqabul rayonunda abadlıq quruculuq işləri sürətlə aparılır, kənd yollarının yenidən qurulur,asfalt yollar çəkilir, ağaclar əkilir. Hacıqabulda pandemiya dövrü başlayandan koronavirusa qarşı mübarizə tədbirləri mütəmadi olaraq keçirilir , əhalinin koronavirusdan qorunması üçün də təxirəsalınmaz tədbirlər görülür. Hacıqabul Rayon İcra Hakimiyyətində yaradılmış Operativ Qərargah, demək olar ki, bu sahədə başlanan maarifləndirmə işlərini daim davam etdirir. Rayon rəhbərliyi başda icra başçısı Rüstəm Xəlilov olmaqla Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün qərarlarına əməl etməklə əhalinin sağlamlığının qorunması istiqamətində çoxsaylı işlər görür. Rüstəm Xəlilov mütəmadi olaraq əhali arasında maarifləndirmə işlərində iştirak edir. Hacıqabul Rayon İcra Hakimiyyəti (İRİH) karantin dövründə dəfələrlə ,gəlir yerlərindən müvəqqəti məhrum olmuş, aztəminatlı ,imkansız,ailələrə, həmçinin əlil və ahıl insanlara ərzaq yardımı aksiyası təşkil edib.
İcra başçısı daima sakinlərin yanında olur,əhali arasında maarifləndirmə işləri aparır və karantin dövründə sakinlərə öz tövsiyyələrini verir. Rüstəm Xəlilov hər zaman vətəndaşlarla mütəmadi olaraq görüşür və onların problemlərni aradan qaldırlmasında kömək edir, Şəhid ailələrinə hər zaman diqqət və qayğısın əsirgəmiyən başçı onlarla tez-tez görüşlər keçirdir. Sakinləri qəbul edən başçı onların problemlərini dərhal aradan qaldırlmasına kömək edir bu da onu subut edir ki, ölkə başçısı Cənab İlham Əliyevin göstəriş və tapşırığları vaxtı vaxtında həyata keçirən Rüstəm Xəlilov məmur kimi ona göstərilən etmadı doğruldur.