İdarə, müəssisə, təşkilat, İƏD üzrə nümayəndəliklər və bələdiyyələr ilə növbəti video-konfrans keçirmişdir
Video-konfransda ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə Dünyanın 130-dan çox dövlətinin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması müzakirə edilmişdir.
Konfrans iştirakçılarının nəzərinə çatdırılmışdır ki, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də QH-nin Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşü təşkil edildi. Bu tədbirdə Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər. Tərkibində 120 ölkəni birləşdirən QH BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisatdır.
Azərbaycan Respublikası COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırmış, 30-dan artıq dövlətə humanitar yardım vermişdir.
130-a qədər BMT üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir.
Bildirilmişdir k, bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olmuşdur. Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu.
İdarə, müəssisə, təşkilat, İƏD üzrə nümayəndəliklər və bələdiyyələr ilə keçirilən video-konfransın məqsədi Dünyanın 130-dan çox dövlətinin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması barədə ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsünün yerlərdə əhali arasında daha geniş təbliğ edilməsinə nail olunmasıdır.