Hacıqabulda xüsusi karantin rejimi ilə əlaqədar reydlər davam etdirilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsində rayon və şəhər rəhbərləri qarşısında qoyulan tələb və tapşırıqlar nəzərə alınaraq, Hacıqabul rayonunda da bu istiqamətdə həyata keçirilən tədbirlərin miqyası daha da genişləndirilib.
İyul ayının 4-də Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri sanitar-epidemioloji qaydalara riayət edilməsini yerində yoxlamaq üçün yenidən bir sıra ticarət və iaşə obyektlərində reydlər keçirib. Reyd zamanı sakinlər ilə maarifləndirici söhbətlər aparılıb, pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələr izah edilib. Sakinlərə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına qeyd şərtsiz tabeçilik, o cümlədən tibbi maskalardan istifadə və sosial məsafənin qorunması barədə tövsiyələr verilib.
Reyd zamanı karantin qaydalarına ciddi əməl etmələri üçün üç iaşə və iki ticarət obyekti sahibinə şifahi xəbərdarlıq edilib.