Şriftin ölçüsü :

Saytın rəngi :

„31 mart - Azərbaycanlıların Soyqırımı” nın 95-ci ildönümünə həsr olunmuş ümumrayon yığıncağı

30 mart 2013 | 16:00
Çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov bildirmişdir ki, XIX əsrdən başlayaraq ermənilər Qafqazda və Türkiyə ərazisində işğalçılıq niyyətlərini həyata keçirmək və tarixi torpaqlarımız hesabına “böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün ardıcıl olaraq hərbi və ideoloji vasitələrdən yararlanmış, XX əsr boyu Azərbaycan və türk xalqlarına qarşı dəhşətli soyqırımı cinayətləri həyata keçirmişlər. Erməni daşnakları etdikləri cinayətləri ört basdır etmək üçün bu yolu tutmuş, törətdikləri soyqırımları başqa xalqların üzərinə atmış, onları günahkar çıxartmağa səy göstərmişlər. Bütün tarixi mərhələlərdə həmin ideyanı həyata keçirmək üçün ermənilər hər cür vasitələrdən, ən iyrənc üsullardan, qətl və terrordan, yaranmış ictimai-siyasi vəziyyətlərdən istifadə etməyə çalışmışlar. 1905-ci ilin fevralında Bakıda başlanan erməni-müsəlman qırğınları bir təsadüf nəticəsində deyil, məhz bütün Qafqazın varlı ermənilərinin zaman-zaman toplandıqları bir şəhərdə planlı şəkildə baş vermişdir. Bakıda başlanan qırğın may-iyun aylarında Gəncə, Qarabağ, Şirvan, Zəngəzur, İrəvan, Şuşa, Cəbrayıl, Cavanşir, Qaryagin və başqa bölgələri də əhatə etdi. Təxminən iki ilə qədər davam edən qanlı toqquşmalar nəticəsində Azərbaycan şəhərlərinə böyük zərər dəymiş, 300-dən çox müsəlman kəndi dağıdılmış, müxtəlif məlumatlara görə, ölənlərin sayı 80-100 min nəfərə çatmışdı. İki ilin hadisələri Azərbaycan tarixində ermənilər tərəfindən sonralar silsilə halını almış, xalqımıza qarşı soyqırımın ilk mütəşəkkil mərhələsi olmuşdur. 1918-1920-ci illərdə azərbaycanlılara qarşı soyqırımı həm miqyası etibarı ilə, həm də vəhşiliyi ilə heyrət doğurur. Azərbaycanlıların yaşadıqları elə ərazi yox idi ki, orada erməni vəhşiliyi özünü göstərməsin. Erməni quldurları Bakıdakı milli qırğınla kifayətlənməyib, 1918-ci ilin yazında Şamaxıda, Quba-Xaçmaz bölgələrində, Salyanda, Lənkəranda və başqa yerlərdə də azərbaycanlılara qarşı soyqırımı törətdilər. 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. 1918-1920-ci illərdə ermənilər Bakı quberniyasında 229, Gəncə quberniyasında 272, İrəvan quberniyasında 211, Zəngəzurda 115, Qarabağda 157, Qars əyalətində 92 , Iğdır və Eçmiədzin qəzalarında 60, Göyçə quberniyasında 22, Sürməli qəzasında 96, Yeni Bəyaziddə 84, Şərurda 76, Vedibasarda 118, Dərələyəzdə 74 kəndi yerlə-yeksan etmiş, yandırmış və əhalisinin çoxunu qırmışlar. 1918-ci ildə Naxçıvanda ən dəhşətli vəhşiliklər törədənlər içərisində “tayqulaq erməni daşnak generalı” Andranik Ozanyan xüsusi yer tutur. Çünki bu qaniçən cəllad təkcə Gilançay və Əlincəçay hövzələrində 80-dən artıq kəndi viran qoymuş, əhalisini isə amansızlıqla qətlə yetirmişdir. 1918-1921-ci illərdə Naxçıvan bölgəsində ermənilər tərəfindən 73,727 nəfər azərbaycanlı ən vəhşi üsullarla öldürülmüşdür. Təsadüfi deyildir ki, 1921-ci ildə Naxçıvan bölgəsinin əhalisinin sayı azalaraq 72 minə enmişdi. Erməni quldurlarının törətdiyi faciə ilə Hacıqabul rayonun sakinləri də üz-üzə gəlmişlər. Arxiv sənədlərindən məlum olur ki, 1918-ci ilin yazında erməni qırğın və talanları rayonumuzun Navahı, Rəncbər, Qubalıbalaoğlan, Abdulabad, Padar, Meyniman, Talış, Şorbaçı və Paşalı, ümumiyyətlə 17 yaşayış məntəqələrində acı nəticəsini göstərmişdir. Erməni vəhşiləri təkcə Navahı kəndində 955 nəfər sakinimizi qətlə yetirmişdilər ki, onların 260-ı qadın, 140-ı uşaq olmuşlar. Qubalıbalaoğlan kəndində isə 535 nəfər sakin qətlə yetirilmiş, evlər talan edilərək yandırılmış, mal-qara yarmalanaraq aparılmışdır. Ümumiyyətlə qırğınlar zamanı Hacıqabul rayonunda 1972 nəfər vəhşicəsinə öldürülmüş, yüzlərcə ev dağıdılmış, 2 minə yaxın ev yandırılmış, 17,8 min iribuynuzlu, 105,5 min xırda buynuzlu heyvan qarət edilərək ermənilər tərəfindən mənimsənilmişdir. Azərbaycan xalqı ittifaq tərkibində də terrora, kütləvi qırğınlara, deportasiyalara məruz qalmışdır. Təkcə 1937-1938-ci illərdə Stalinin qurduğu ölüm dəzgahı əksəriyyəti ziyalılardan ibarət olan 70 min azərbaycanlını işgəncələrə məruz qoymuş, məhv etmişdir. 1988-ci ildə Ermənistan SSR ərazisindən, öz dədə-baba yurdundan-185 kənddən və başqa yaşayış məntəqələrindən 230 min azərbaycanlı zorla qovuldu, onlara məxsus 31 min ev, şəxsi təsərüfat, 165 kolxoz və sovxozun əmlakı talandı, 214 nəfər öldürüldü. 1154 nəfər yaralandı, yüzlərlə adama işgəncə verildi. Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasəti nəticəsində Dağlıq Qarabağdakı 80 yaşayış məntəqəsindən 60 min azərbaycanlı doğma ocaqlarından didərgin salınmış, işğal olunmuş 7 rayondan 700 min azərbaycanlı ev eşiyini tərk edib respublikanın 58 rayon və yaşayış məntəqələrində məskunlaşmışdır. Hərbi əməliyyatlar nəticəsində respublikamızın 10 şəhəri, 876 kənd, 700 ictimai bina. 693 məktəb, 862 mədəniyyət sarayı və klub, 652 tibb məntəqəsi, o cümlədən 191 xəstəxana, 160 körpü, 800 kilometr avtomobil yolu, 30 mindən artıq soydaşımız qətlə yetirilmiş, 52 milyard ABŞ dolları dəyərində maddi ziyan vurulmuşdur. Erməni cəlladları tərəfindən törədilən Xocalı soyqırımı dünya tarixində analoqu olmayan vəhşilikdir. Hiylə, məkr, xəyanət, terror vasitələri ilə silahlanmış erməni cəlladları ən görkəmli dövlət və siyasi xadimlərimizə, elm və mədəniyyət nümayəndələrimizə qarşı açıq və gizli şəkildə təxribatlar törətmiş, bir qisminin həyatdan getməsinə səbəb olmuşlar. Göründüyü kimi, iki əsrdir ki, məkrli və qaniçən erməni cəlladları Azərbaycan xalqına qarşı soyqırımı siyasəti yeritmiş, soydaşlarımızı qətlə yetirmiş, repressiya və deportasiyaya məruz qoymuş, etnik təmizləmə aparmış, ərazilərimizin bir hissəsini işğal etmiş və bu gün də yeni ərazilər tutmaq fikirlərindən əl çəkməmişlər. Yaradılanda 10 mln kv.km əraziyə malik olmayan Ermənistan respublikası Azərbaycan torpaqlarını işğal etməsi hesabına ərazisini 60 min kv.km-ə çatdırmış, bununla da ərazi iştahası azalmamış, “ böyük Ermənistan” yaratmaq üçün bu gün də hər cür hiylə və vasitələrə əl atır. Tarixi şərait səbəbindən ötən iki əsr ərzində baş vermiş hadisələrə, xalqımızın faciələrinə obyektiv qiymət vermək mümkün olmamışdır. Yalnız müstəqillik dövründə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı cinayətlərinə əsl hüquqi-siyasi qiymət verildi. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur. Azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənədlə martın 31-i Azərbaycanlıların soyqırımı günü elan edilib. Hər il martın 31-ni azərbaycanlıların soyqırımı günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən miqyaslı aksiyaları ürək ağrısı ilə yad edirik. Bu cür məkrli niyyətlərə baxmayaraq xüsusən son illərdə erməni yalanlarının dünyada ifşa olunması istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi fəaliyyət daha da güclənmiş, ermənilərə qarşı ideoloji əks hücum effektiv xarakter almışdır. Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli fəaliyyət Prezident İlham Əliyev tərəfindən prinsipiallıqla davam etdirilir. Dövlət başçısı xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün bütün mötəbər tribunalardan istifadə edir. Bunun nəticəsidir ki, Azərbaycanın həyata keçirdiyi hücumçu diplomatiya təcavüzkar Ermənistanı çıxılmaz vəziyyətdə qoymuşdur. Prezident İlham Əliyev bütün görüşlərində, xarici ölkələrə səfərlərində, çıxışlarında Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirən erməniləri ifşa etmiş, soyqırımı cinayəti törədənləri və ona göz yumanları kəskin tənqid etmiş, dünya ictimaiyyətini erməni riyakarlığına son qoymağa çağırmışdır. Möhtərəm Prezidentimiz İlham Əliyev 31 mart Azərbaycanlıların Soyqırımı günü münasibətilə xalqımıza müraciətində demişdir: “Xalqımızın vətənpərvərliyi, birliyi və həmrəyliyi, Azərbaycan rəhbərliyinin siyasi iradəsi sayəsində qarşımıza qoyduğumuz bütün məqsədlərə, o cümlədən ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına, soyqırımı həyata keçirənlərin, insanlar və xalqlar arasında nifaq və düşmənçilik salanların ifşasına nail olacaq. Cəsarətlə deyə bilərik ki, indi zaman Azərbaycan xalqının xeyrinə işləyir. Belə olan şəraitdə heç kim və heç nə əlləri yüz minlərlə günahsız insanların qanına bulaşan erməni vandallarını xilas edə bilməyəcəkdir. Vaxt gələcək erməni faşizmi çirkin əməllərinin layiqli cavablarını alacaqlar. Xahiş edirəm zaman-zaman erməni quldurlarının vəhşiliyinin qurbanları olan soydaşlarımızın ruhunu bir dəqiqəlik sükutla yad edək. Soyqırımı qurbanlarına allah rəhmət eləsin, məzarları nurla dolsun
Keçidlər