Hacıqabulda xüsusi karantin rejimi tələblərinin yerində yoxlanılması məqsədi ilə reydlər davam etdirilir.
Koronovirus (COVİD-19) infeksiyasının Hacıqabul rayonu ərazisində yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması istiqamətində profilaktik tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Avqust ayının 14-də yaradılmış xüsusi mobil qruplar və hüquq mühafizə orqanları əməkdaşları ölkədə davam edən karantin rejimi ilə əlaqədar koronovirus infeksiyasının qarşısının alınması üçün şəhər ərazisində ictimai iaşə, ticarət obyektlərində reyd keçirib.
Reyd zamanı obyekt sahibləri, satıcılar və alıcılarla maarifləndirici söhbətlər aparılıb, onlara xəstəliyin yayılmasının qarşısının alınması üçün tibbi maskalardan istifadə edilməsinə, sosial məsafənin qorunmasına və şəxsi gigiyena qaydalarına düzgün riayət edilməsinə həmçinin karantin dövründə stolüstü oyunların istifadə edilməməsi tövsiyə olunub.
Mobil qruplar tərəfindən sakinlər arasında toy, nişan, ad günləri tədbirləri və yas mərasimlərin təşkili ilə bağlı maarifləndirici söhbətlər aparılıb.