Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda pambıq yığımına başlanıldı.

03 sentyabr 2020 | 16:00

Ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq bu il Hacıqabul rayonunda “P- Aqro” MMC ilə müqavilə bağlanılmaqla pambıq becərilib. Əkilən pambıq sahələrinə lazımı aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib. Əkilmiş pambıq sahələrinin becərilməsinə yüzlərlə insan cəlb edilib və onların məşğulluğu təmin edilib.

Pambıq sahələrinə göstərilmiş lazımi aqrotexniki qulluq nəticəsində pambıq tarlalarında bol məhsul yetişdirilib. 03.09.2020-ci il tarixdən Hacıqabul rayonunda pambıq yığımına start verildi. 

İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov və aidiyyəti təşkilatların rəhbərləri pambıq sahəsinə baxış keçirərək və öz xeyir dualarını verdilər. Rayonda pambığın tez və itkisiz yığımını təşkil etmək məqsədilə bütün maşın və mexanizmlər, pambıqyıganlar hazır vəziyyətə gətirilib və bu sahədə işlərin operativliyini təmin etmək məqsədilə qərargah yaradılıb.

 

 

Keçidlər