Şriftin ölçüsü :

Saytın rəngi :

2013-cü ilin birinci rübündə Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının yekunları barədə rayon İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarovun hesabat yığıncağı

24 aprel 2013 | 15:00

Şura iclasında İcra Hakimiyyəti başçı aparatının məsul işçiləri, İcra Hakimiyyəti Başçısının şəhər, qəsəbə, kənd İƏD üzrə nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri və ziyalılar ümumilikdə 120 nəfər iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarov hesabat məruzəsi ilə çıxış etmişdir.

2013-ci ilin I rübündə Hacıqabul rayonunun sosial-iqtisadi
inkişafının yekunları barədə rayon
İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun

 

HESABAT MƏRUZƏSİ


Sürətli inkişaf yolu keçən müstəqil Azərbaycanın ictimai həyatının bütün sahələrində əldə etdiyi uğurlar əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən fəaliyyət strategiyasına əsaslanır. İqtisadi, siyasi və hüquqi islahatların paralel şəkildə həyata keçirilməsi yolu ilə reallaşdırılan bu strategiya ölkəmizi ən yaxın perspektivdə inkişaf etmiş dövlətlər səviyyəsində addımlamağa xidmət edir.
Respublika Prezidentinin sədrliyi ilə aprel ayının 14-də Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizin sürətlə inkişafı, birinci rübdə nəzərdə tutulan bütün vəzifələrin uğurla icrası möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bir daha diqqətə çatdırılmışdır.
Dövlət başçımızın qeyd etdiyi kimi, bizim əsas uğurlarımız iqtisadi islahatlar nəticəsində təmin edilmiş və bu il qeyri neft sektorunun 11,4% artması özlüyündə yüksək bir göstəricidir. I rübdə ümumi daxili məhsul 3,1 % artmışdır.
Qlkəmizdə ötən rübdə inflyasiya cəmi 1,2 %, əhalinin pul gəlirləri isə təxminən 6 % olmuşdur. Əhalinin pul gəlirləri inflyasiyanı 5 dəfə üstələmişdir.
Bu ilin I rübündə strateji valyuta ehtiyatlarımız daha da artmış, 48 milyard dollara çatmışdır.
Regionların sosial inkişafı ikinci Dövlət Proqramının icrası nəticəsində ölkəmizdə bir milyon yüz mindən artıq iş yeri açılmışdır ki, onların 30 mini bu ilin I rübündə yaradılmışdır.
Qeyd etmək lazımdır ki, bütün bu inkişafın nəticəsidir ki, Dünya Bankı, Dünya İqtisadi Forumu, Valyuta Fondu, digər mötəbər qurumlar Azərbaycanda gedən prosesləri təqdir edir, yüksək qiymətləndirirlər.
Möhtərəm Prezidentimizin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq olunmuş „Azərbaycan Respublikasının regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” uğurla icra olunaraq ölkəmizin bütün bölgələrinin simasını kökündən dəyişdirməkdədir. Bu dövlət proqramında qarşıya qoyulmuş məqsədlərin reallaşması, nəzərdə tutulmuş bütün layihələrin vaxtında və uğurla yerinə yetirilməsi nəticəsində iqtisadi rayonlar inkişaf mərhələsinə qədəm qoydu. Ötən müddət ərzində respublikamızın digər rayonları kimi Hacıqabulda da mühüm işlər görülmüşdür. İqtisadi islahatlar və Dövlət Proqramının icrası ilə bağlı 2013-cü ilin ilk rübündə rayonda gördüyümüz işlər, həyata keçirdiyimiz tədbirlər barədə bir qədər geniş məlumat vermək istəyirəm.
2013-cü ilin birinci rübündə rayon üzrə ümumi məhsul buraxılışının həcmi 50,6 milyon manat olmuşdur. Bu ilin 3 ayında sənaye məhsulunun həcmi 1,1 milyon manat, kənd təsərrüfatı məhsulunun həcmi 13,9 milyon manat, tikinti quraşdırma işlərinin həcmi 19,4 milyon manat, ticarət və xidmət sektorunda məhsul buraxılışının həcmi 15,5 milyon manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışının həcmi sənayedə 7,9 %, kənd təsərrüfatında 4,1 %, ticarət və xidmət sektorunda 23,8 % artım müşahidə edilmişdir.
Bu müddətdə rabitə xidmətinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 33,7 min manat artaraq 100,8 min manata, avtomobil nəqliyyatı ilə yük daşınması 3 min ton artaraq 47 min tona, sərnişin daşınması isə 91 min sərnişin artaraq 1085 min nəfər olmuşdur.
Hesabat dövründə 42,5 milyon manatlıq pərakəndə əmtəə, 618,0 min manatlıq iaşə dövriyyəsi, 5,9 milyon manatlıq əhaliyə pullu xidmətlər qeydə alınmışdır.
İqtisadiyyatımızın əsasını kənd təsərrüfatı təşkil edir. Rayonda aqrar islahatların uğurla həyata keçirilməsi kənd təsərrüfatının dinamik inkişaf etdirilməsinə, sahədə qazanılan uğurları ilbəil artırmağa zəmin yaradır.
Artıq rayonun təsərrüfatlarında bu ilin məhsulu üçün 12236 hektar taxıl əkilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 586 hektar artıqdır. Bu sahələrin 6289 hektarı buğda, 5947 hektarı isə arpa əkini təşkil edir. İndiyədək 36 hektarda tərəvəz, 64 hektarda bostan, 38 hektarda kartof olmaqla cəmi 1040 hektar sahədə yazlıq əkin aparılmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 12 hektar çoxdur.
Rayonda heyvandarlıq məhsulları istehsalında da nəzərəçarpacaq artım qeydə alınmışdır. Bu ilin birinci rübündə süd istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 224 ton artaraq 4723 ton, ət istehsalı 69 ton artaraq 1562 ton, yumurta istehsalı 29,9 milyon ədəd artaraq 57 milyon 274 min ədəd olmuşdur.
Rayon üzrə iribuynuzlu heyvanların baş sayı bu ilin birinci rübündə 377 baş artaraq 36,826 başa, xırda buynuzluların sayı isə 1255 baş artaraq 131,055 başa çatmışdır.
Respublika Prezidenti cənab İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında 23.01.2007-ci il tarixli sərəncamının icrası ilə bağlı rayon İcra Hakimiyyəti müvafiq tədbirlər görür.
„Aqrolizinq” vasitəsi ilə bu ilin birinci rübündə kənd əməkçilərinə 40 ton azot paylanmışdır. Rayonda 2013-cü il üçün əkilmiş buğda məhsulunun istehsalçılarına ilin əvvəlindən 858 nəfərə 248.894,40 manat dövlət yardımı edilmişdir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası olaraq 2007-ci ildə tikintisinə başlanılmış, mənbəyi Ağsu rayonu ərazisində yuxarı Şirvan kanalının qolundan su götürən Hacıqabul magistral beton kanalının 20 km-i Padar kəndi ərazisinə qədər tikilib başa çatdırılmış və istismara qəbul olunmuşdur.
Kanalın su keçirmə qabiliyyəti 5 kub metr san-dir. Hal-hazırda bu kanal Padar-Qarasu ərazisində 2000 ha-ya yaxın həyətyanı və əkin sahələri suvarma suyu ilə təmin edilir.
Yaxın gələcəkdə kanalın tikintisi davam etdirilməklə rayonunu Padar-Qarasu-Muğan ərazisində 5560 ha əkinə yararlı sahələrdə kompleks meliorasiya işlərinin aparılması həyata keçiriləcək və bundan əlavə həmin kanal vasitəsilə rayon ərazisində 1625 ha dövlət fond torpaqlarında yaradılacaq taxılçılıq təsərrüfatına suvarma suyu ilə təmin ediləcəkdir. Hal-hazırda kanalda tikinti işləri davam etdirilir.
Rayon ərazisində 2007-ci ildə bərpasına başlanılmış Pirsaat su anbarında yenidənqurma işləri başa çatdırılmış və su tutumu 7,1 mln. kub metr çatdırılmışdır ki, Qubalıbalaoğlan, Rəncbər, Navahı, Qızılburun və Atbulaq kəndlərini əhatə edən 7000 ha əkin sahələrinin su təminatını xeyli yaxşılaşdırmışdır. Həmin ərazilərdə kənd təsərrüfatı əkinlərinin məhsuldarlığının artmasına səbəb olacaqdır.
Təqdirəlayiq haldır ki, Bakı şəhərində təşkil olunmuş kənd təsərrüfatı məhsullarının satış yarmarkasında rayonumuzun sahibkarları da yaxından iştirak edirlər. Təkcə bu ilin birinci rübündə təsərrüfatlarımızdan Bakı əhalisinə 3,2 ton mal əti, 400 min ədəd yumurta, 4,8 ton meyvə, 4,6 ton toyuq əti satışı təşkil olunmuşdur. Respublika Prezidenti cənab İlham Əliyev gündəlik fəaliyyətində ekoloji məsələləri də daim diqqət mərkəzində saxlayır. Bu məqsədlə həyata keçirilən tədbirlər sırasında yeni yaşıllıqların salınması, onun qorunması və artırılması mühüm yer tutur. Möhtərəm Prezidentimizin bu sahəyə tükənməz qayğı və diqqəti hamımızı bundan sonra da ətraf mühitin sağlamlaşdırılması, xüsusi ilə yeni yaşıllıqların salınması istiqamətində fəaliyyətimizi artırmağa sövq edir.
Diqqətinizə çatdırıram ki, şəhərdə, rayonun qəsəbə və kəndlərində geniş vüsət alan yaşıllaşdırma kompaniyası 2013-cü ilin ilk rübündə də davam etdirilmişdir. Təkcə şəhərdə 10000 ağac və 12000 ədəd gül kolları əkilmişdir. Yaşıllığın salınması və ona qulluq bu gün də davam etdirilir.
2013-cü ilin birinci rübündə rayonda tikinti, quruculuq, abadlıq və yaşıllaşdırma işləri davam etdirilmişdir.
Navahı qəsəbə 1 saylı tam orta məktəbində 1279773,00 manat, Hacıqabul rayon 60 yerlik “Lalə” uşaq bağçasında 633,93 manatlıq tikinti-quraşdırma işləri aparılmışdır.
H.Əliyev küçəsində 3,5 m3 dirəkaltı B15 markalı beton özül qurulmuş, 20 ədəd metal dayaqlar quarşdırılmışdır.
M.Hüseynzadə küçəsində 25 m3 B15 monolit betondan lentvari özül tökülmüş, mişar daşından 350 kv.metr 40 sm qalınlığında, mişar daşından 100 kv.metr 20 sm qalınlığında divar hörülmüşdür.
2 mərtəbəli 2 ədəd yaşayış binalarının 700 kv.metr fasad divarından köhnə suvaq qaşınmış, 1241 kv.metr fasad divar səthində suvaq qatı təmir olunmuşdur.
Muğan qəsəbə daxili avtomobil yoluna 3 km yola qum-çınqıl qarışığından əsas qoyulmuş və qreyderlə hamarlanmışdır.
Navahı qəsəbə daxili avtomobil yoluna 2 km yola qum-çınqıl qarışığından əsas qoyulmuşdur.
Dövlət büdcəsindən maliyyələşməklə 1280407,00 manat, yerli büdcədən maliyyələşməklə 47,2 min manat, büdcədənkənar fonddan 6,5 min manat vəsait xərclənmişdir.
Əsas kapitala yönəldilmiş investisiyalar 1334150,00 (Bir milyon üç yüz otuz dörd min yüz əlli) manat təşkil edir.
H.Əliyev Mərkəzinin ümumi sahəsi 260 kv.metrdən 1172 kv.metrə çatdırılıb.
Mərkəzdə əlavə olaraq ekspozisiya zalı, foto, xalq yaradıcılığı və rəsm studiyası, elektron kitabxana, xarici dil mərkəzi, konfrans və kino zalları yaradılmışdır. Bu rayon gənclərinin ümummilli lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsi, eləcə də bilik bə bacarıqlarının artırılması, xarici dillərə yiyələnməsi, elektron kitabxanalardan geniş istifadə etməsi üçün geniş imkan yaratmışdır.
Heydər Əliyev parkında rayon sakinlərinin istirahətinin təmin edilməsi üçün geniş şərait yaradılmışdır. Belə ki, pakda uşaq əyləncə və istirahət mərkəzi, 396 yerlik yay teatrı və şirniyyat evi inşa olunub, müasir işıqlandırma sistemi quraşdırılıb, yaşıllıq zolaqları salınmışdır.
“Dədə Qorqud və “Dəmir yolu” parklarında da işıqlandırma sistemi yenisi ilə əvəz olunmuşdur.
Rayon ərazisində yerləşən “N”saylı Hərbi hissənin qərargah və əsgər yataqxanası və eləcədə Kafel-metlax zavodunda tikinti-quraşdırma işləri başa çatmış, istismara qəbul vəziyyətinə gətirilmişdir.
Şəhərin H.Əliyev küçəsində rayon ağsaqqalları üçün ayrılmış sahədə daha bir otaq təmir edilərək onların ixtiyarına verilmişdir.
Hacıqabul şəhəri ərazisində 20 sakinə məxsus fərdi yaşayış evinin dam örtüyü yeni örtüklə əvəz olunmuşdur.
Hacıqabul EŞ-si 2013-cü ilin I rübü ərzində 45.809.799 kvt.s enerji almışdır. Bunlardan əhaliyə ötürülən enerji 9.700.115 kvt.s-dır, bunun da dəyəri 582.000 manat olmuş, toplanan vəsait isə 448.900 manat olmuşdur ki, bu da verilən enerjinin 77,1 %-ni təşkil edir.
2013-cü ilin I rübü ərzində Hacıqabul EŞ-nin xidməti ərzində aşağıdakı işlər görülmüşdür.
Müxtəlif klv-luq hava xətlərində 2,4 km məsafədə təmir işləri aparılmışdır. Ayrı-ayrı yarımstansiyalarda müxtəlif kv-luq hava xətlərinin ümumilikdə 8 yağ açarı cari təmir olunmuşdur.
Hacıqabul EŞ-nin balansında olan 8 sayda güc transformatoru cari təmir olunmuş, 5 sayda güc transformatoru zədələndiyi üçün təmir sexində təmir olunaraq əvvəlki yerində quraşdırılmış və həmin transformatorlara 470 litr transformator yağı əlavə edilmişdir.
2013-cü ilin I rübü ərzində rayonun kənd və qəsəbələrində yanmış və sıradan çıxmış sayğaclar yenisi ilə əvəz olunaraq 212 ədəd 1 faizli elektrik sayğacı quraşdırılmışdır.
Hacıqabul Qaz istismar Sahəsi magistral qaz kəmərlərindən 2013-cü ilin 3 ayı ərzində 9969408 m3 həcmində qaz qəbul etmiş, istehlakçılara isə 8864076 m3 həcmində qaz satmışdır. Bu dövrdə əhaliyə 7741783 m3 qaz satılmış, ödəniş 813370,72 manat olmaqla 105% təşkil etmişdir.
Hesabat dövründə bir sıra geniş miqyaslı işlərin həyata keçirilməsinə nail olunmuşdur. Belə ki, Hərbi şəhərcikdəki yaşayış binalarında yeni qazlaşma aparılır. Daşıyıcı qaz xətləri çəkilib, sayğac quraşdırılması işləri yekunlaşmaq üzrədir. Nəticədə 10 ədəd 2 mərtəbəli yaşayış binası, 3 ədəd 5 mərtəbəli yaşayış binasının sakinləri yaxın vaxtlarda mavi yanacaqla təmin olunacaqlar. Rayonun Padar, Meyniman, Talış, Xilə, Bürvənd kəndlərində yeraltı qaz xətlərinin çəkilişi tam qurtarmışdır. Sayğaclaşma və tamamlama işləri görülür. Yaxın vaxtlarda həmin kəndlərə mavi yanacaq veriləcəkdir. Hazırda 20 kənd qazlaşdırılmışdır. Navahı qəsəbəsi və Pirsaat qəsəbəsinin qaz təminatı yenidən qurulmuş və təhvil verilmişdir. Kolanı kəndində bir pilləli sistem üzrə yeraltı polietilen xətlərlə qaz təminatı qurulmuş və soyuq qış günlərində kənd əhalisi mavi yanacaqla təmin edilmişdir.
Cari ilin birinci rübündə Hacıqabul şəhərində, 9 kənd və 2 qəsəbədə sıradan çıxmış 50-273 diametrdə 280 metr boru xətləri yenisi ilə əvəz olunmuşdur. 2 ədəd yeni siyirtmə qoyulmuş, 12 ədəd siyirtmə təmir olunmuşdur.
2013-cü ilin 3 ayı ərzində əhaliyə və qeyri əhaliyə 536510 kub metr içməli su satılmış, 183878 manat vəsait yığılmışdır ki, bu da verilmiş suyun 80 %-ni təşkil etmişdir. Hidrolotus şirkəti tərəfindən bu günə qədər 20860 metr kanalizasiya xətti, 25007 metr içməli su xətti çəkilmişdir. 670 evə yeni boru xətti ilə birləşmələr verilmiş və 24 saat su ilə təmin olunurlar. Yaxın günlərdə smart tipli sayğac quraşdılmasına başlanılacaq.
2013-cü ilin I rübündə Hacıqabul Telekommunikasiya Qovşağında da müəyyən işlər görülmüşdür. Belə ki, aparılan işlərin nəticəsi olaraq 175 abonentə telefon xətti çəkilmiş, 254 abonent isə sürətli internet şəbəkəsinə qoşulmuşdur. Hazırda rayon üzrə 6058 abonentə telefon, 1025 abonentə internet xidməti göstərilir.
Rayon İcra Hakimiyyəti təhsil, səhiyyə, mədəniyyət, turizm və idman sahəsi daim diqqət mərkəzində saxlanılır. Hesabat dövründə rayonda 32 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar müəssisə fəaliyyət göstərmişdir. Rayon Təhsil şöbəsi öz fəaliyyətində Təhsil Nazirliyi Və Rayon İcra Hakimiyyətinin göstəriş və sərəncamlarını əsas tutmuş və “Təhsil Qanunu”nun həyata keçirilməsi üçün rayonun pedaqoji kollektivlərini səfərbər etmişdir.
Cari ilin I rübündə rayon Təhsil şöbəsi tərəfindən rayonun təhsil müəssisələrində yeniyetmə və gənclərdə vətəndaşlıq və vətənpərvərlik hisslərinin yüksəldilməsi sahəsində və eləcə də istedadlı gənclərlə məqsədyönlü iş aparılmışdır. Bu məqsədlə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında müxtəlif seminarlar, fənn olimpiadaları, dəyirmi masalar, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə bağlı “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda rəsm və inşa müsabiqələri və sair tədbirlər keçirilmişdir.
Böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi məqsədilə rayon Təhsil şöbəsi tərəfindən 19-26 fevral tarixlərində hərbi-vətənpərvərlik həftəsi elan edilmiş, həftə çərçivəsində şer və mahnı müsabiqələri, kitab müzakirəsi, milli qəhrəmanlarımız haqqında söhbətlər aparılmış, hərbi-vətənpərvərlik mövzusunda bülletenlər buraxılmış, rayon şəhidlərinin doğum və ölüm günləri qeyd edilmişdir.
Rayonun ümumtəhsil məktəblərində imtahana hazırlıq məqsədilə işlər davam etdirilmişdir. Belə ki, XI siniflərdə test yoxlamaları aparmaq üçün Təhsil şöbəsində test bankı hazırlanmış və rayonun bir çox məktəblərində test yoxlamaları aparılmışdır. Yoxlamanın nəticələri müzakirə olunmuşdur.
Hesabat dövründə təhsil müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi istiqamətində də bir sıra işlər görülmüşdür.
2013-cü ilin 3 ayı ərzində də mövcud məktəb binalarının əsaslı təmir olunması, yeni təhsil müəssisəsi binalarının tikilməsi, müasir avadanlıqlarla təmin olunması rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzində saxlanılmışdır. Belə ki, hal-hazırda rayonun Şorbaçı kənd tam orta məktəb üçün tikilən 220 şagird yerlik, Xilə kənd ümumi orta məktəb üçün tikilən 80 şagird yerlik məktəb binaları açılışa hazırdır. Bundan əlavə Abdulabad kəndində 480 şagird yerlik, Qubalıbalaoğlan kəndində 220 şagird yerlik yeni məktəb binalarının tikintisi, Navahı qəsəbəsində 320 şagird yerlik tam orta məktəb binasında isə bərpa-gücləndirmə işləri davam etdirilmişdir.
Məlumat üçün bildirirəm ki, bu il şəhər 2 nömrəli tam orta məktəbi, Ağacanlı kənd tam orta məktəbi üçün yeni binaların tikilməsi və eləcə də şəhər 4 nömrəli tam orta məktəb binasının əsaslı təmiri nəzərdə tutulmuşdur. Bu məqsədlə sənədləşmə işləri aparılır.
Məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində 2013-cü ilin I rübündə də işlər davam etdirilmişdir. Belə ki, „Lalə” uşaq bağçası üçün 80 yerlik yeni binanın tikintisi davam etdirilmişdir.
Rayonun tibb şəbəkəsi 91 çarpayılıq Mərkəzi rayon Xəstəxanası, 15 çarpayılıq Udullu kənd sahə xəstəxanası, 10 kənd Həkim məntəqəsi 12 tibb məntəqəsi, Uşaq Tibb Mərkəzi və Gigiyena və Epidemiologiya Mərkəzindən ibarətdir. Bu gün əhaliyə 57 həkim, 181 nəfər orta tibb işçisi xidmət edir. Rayon üzrə 27 nəfər həkim, 19 nəfər orta tibb işçisi vəzifəsi vakantdır.
Hesabat dövründə Mərkəzi rayon xəstəxanasında qospitalizə olunmuş xəstələrin sayı 575 nəfər olmuş, keçirilmiş çarpayı günlərinin sayı isə 6367 gün olmuşdur. Ambulator gəlişlərin sayı 37377 nəfər olmuşdur.
Rayon üzrə 142 nəfər onkoloji xəstə dispanser qeydiyyatdadır ki, bunlardan da 5 nəfəri cari ilin I rübü ərzində qeydiyyata alınmışdır.
Mərkəzi rayon xəstəxanasında 891 nəfər şəkərli diabet xəstəsi qeydiyyatdadır. Bunlardan 51 nəfəri hesabat dövrünü əhatə edir. Hesabat dövründə doğuşların sayı 269 olmuşdur.
2013-cü ilin I rübü ərzində cərrahı şöbədə 59 cərrahiyyə əməliyyatı aparılmışdır. 81 nəfər müxtəlif travmalarla müraciət etmişdir ki, bunlardan 9-u avtomobil qəzası nəticəsində alınmış travmalardır.
Hacıqabul Dəmiryolu xəstəxanasında 20 çarpayılıq terapiya şöbəsi, 20 çarpayılıq cərrahiyyə şöbəsi, 20 çarpayılıq doğum şöbəsi fəaliyyət göstərir. Hesabat dövründə xəstəxanada 134 nəfər xəstə qeydiyyata alınmışdır. Xəstəxanada aparılan cərrahiyyə əməliyyatlarının sayı 34 nəfər, poliklinikaya ambulator gəlişlərin ümumi sayı 2648 nəfər olmuşdur. Doğum şöbəsinə qəbul olunanların sayı isə 53 nəfər olmuşdur.
Rayon Gigiyena və Epidemiologiya Mərkəzi hesabat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 110 saylı 05.08.2008-ci il tarixli “Yeyinti məhsulları üzərində dövlət sanitariya nəzarətinin gücləndirilməsi barədə” əmrinin icrası ilə əlaqədar olaraq rayonun topdan satış, pərakəndə satış və ictimai-iaşə obyektlərində reyestr üzrə 62 müayinə aparılmış, aşkar edilmiş sanitar gigiyenik çatışmazlıqlar barədə tələblər qoyulmuşdur. İstifadə müddəti bitmiş 11,5 kq müxtəlif adda yeyinti məhsulları satışdan çıxarılmışdır. 1 nəfər fiziki şəxsə cərimə tətbiq edilmiş, 1 obyektin fəaliyyəti müvəqqəti dayandırılmışdır. Rayon ərazisində yeyinti məhsulları istehsal edən müəssisələrə istehsal etdiyi məhsullar üçün 2 gigiyenik sertifikat alınmışdır.
Rayon Mədəniyyət və Turizm Şöbəsində 21 klub müəssisəsi, o cümlədən 1 rayon, 7 kənd mədəniyyət evi, 2 şəhər, 11 kənd klubu, 27 kitabxana müəssisələri, Tarix-Diyarşünaslıq muzeyi, Heydər Əliyev Mərkəzi, 7 illik şəhər Uşaq Musiqi məktəbi və 14 arxeoloji tarixi abidələr fəaliyyət göstərir.
Hesabat dövründə rayonun mədəniyyət müəssisələrində bir çox tədbirlər, o cümlədən “Yeni il şənliyi”, “20 Yanvar qəhrəmanlıq və şəhidlik məktəbi”, “Xocalı qisasa çağırır bizi”, “8 Mart Beynəlxalq Qadınlar günü”, “Novruz şənlikləri”, “31 Mart Tarixin qan yaddaşı” mövzularında silsilə tədbirlər, bəstəkar, şair və yazıçılarımızın yubileyləri ilə bağlı ədəbi-bədii gecələr, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə bağlı bilik yarışı keçirilmişdir.
2013-cü ilin I rübündə rayon Mərkəzi Kitabxanalar Sisteminin xidmətindən 33.235 nəfər oxucu istifadə etmişdir.
Rayon Gənclər və İdman İdarəsi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, yeniyetmə və gənclərlə işin təşkili istiqamətində müəyyən işlər görmüşdür. Hesabat dövründə idarə tərəfindən gənclər sahəsi üzrə 11 tədbir həyata keçirilmiş 1490 nəfər, idman sahəsində isə 3 tədbir keçirilmiş bu tədbirlərə 197 nəfər yeniyetmə və gənc cəlb olunmuşdur.
Rayonda Gənclər evinin və idman qurğularının olmaması səbəbindən yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili və idmana cəlb olunmasında çətinlik yaranır. Bu məsələ ilə bağlı tərəfimizdən aidiyyəti orqanlara rəsmi qaydada müraciətlər olunmuşdur.
Dövlət başçımızın qeyd etdiyi kimi iqtisadiyyatımızın sosial yönümlü olması, maliyyə imkanlarımızın artması xalqımızın rifahının daha da yaxşılaşdırılmasına xidmət edir.
Əhalinin həyat səviyyəsinin göstəricisi olan orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,3 manat artaraq 256,5 manat təşkil etmişdir. Rayonumuzda işləyən və işsiz əhalini əhatə edən iqtisadi fəal əhalinin sayı 35,0 min nəfər olmuşdur ki, bu da rayon əhalisinin 50,9 %-ni təşkil edir. Məşğul əhalinin 16,7 %-i dövlət sektorunda, 83,3 %-i isə qeyri dövlət sektorunda çalışır.
Rayonda 6934 nəfər əmək pensiyaçısına xidmət edilmişdir. 2013-cü ilin I rübündə 1278 ailəyə ünvanlı sosial yardımla bağlı xidmət göstərmişdir ki, bu ailələrində 265-i son 3 ayda qeydə alınmışdır. Ümumilikdə yardım alan ailə üzvlərinin sayı 6263 nəfər olmuşdur.
Rayon İcra Hakimiyyətinə maddi ehtiyacına köməkliklə bağlı müraciət etmiş 16 nəfərə ümumilikdə 6650 manat yardım göstərilmişdir.
Rayon əhalisinin ümumi pul gəliri 50,4 milyona çatmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,7 % artım təşkil edir.
Bu ilin birinci rübündə rayon Məşğulluq Mərkəzinə 90 nəfər işlə təmin olunmalarına görə müraciət etmiş, onlardan 68 nəfəri işlə təmin olunmuşdur, 29 nəfərə işsiz statusu verilmişdir. Hesabat dövründə rayonun idarə və müəssisələrində 74 iş yeri açılmışdır ki, bunlarda da 50-si daimi iş yerləridir.
Rayon İcra Hakimiyyəti müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə hər cür, xüsusilə səhiyyə xidmətinin göstərilməsini daim diqqət mərkəzində saxlayır. Onların pulsuz dərman ləvazimatı ilə təmin olunmasına ciddi nəzarət edir.
Hesabat dövründə tərəfimizdən 14 nəfər Qarabağ müharibəsi əlilinə daxili imkanlar hesabına hər ay 40 manat həcmində vəsait verilməsi davam etdirilmişdir, 208 şəhid və digər imkansız ailələrə Novruz bayramı münasibətilə 5200 manat verilmişdir. Rayon ərazisində məskunlaşan 124 ailə olmaqla 426 nəfər qaçqın, 429 ailə olmaqla 1615 nəfər köçkün ailələrinə rayon İcra Hakimiyyəti tərəfindən daim diqqət və qayğı göstərilmiş, onların sosial problemlərinin imkan daxilində həll edilməsinə səy göstərilmişdir.
2013-cü ilin birinci rübündə rayon büdcəsinin gəlir hissəsi 838,559 manat proqnoza qarşı 897,317 manat icra olunmuşdur ki, bu da 107% təşkil edir.
Rayon büdcəsinin xərcləri 1919772 manat təyinata qarşı 1 milyon 475 min 529 manat icra olunmuş, bu da 77 % təşkil etmişdir.
Qanunçuluğun təmin olunması, hüquq qaydalarının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzində saxlanılmışdır.
Rayon ərazisində 2013-cü ilin I rübü ərzində 37 cinayət hadisəsi qeydə alınmışdır. Onlardan şəxsiyyət əleyhinə 9, ağır və xüsusilə ağır cinayət 3, az ağır 22, böyük ictimai təhlükə törətmədən cinayətlər 12, yüngül xəsarət yetirmə 6 və 9 oğurluq hadisəsi olmuşdur.
Narkotik maddələrin qeyri-qanuni hazırlanması, əldə edilməsi, saxlanması üzrə 9 fakt olmuşdur. Onlardan 3-ü satış məqsədi ilə, 6 fakt isə saxlanılması ilə əlaqədar olmuşdur.
Yol hərəkət qaydalarının pozulması ilə əlaqədar 2 fakt qeydə alınmışdır.
Baş vermiş cinayətlərin açılması 90,3 % təşkil etmişdir.
Rayon Prokurorluğunun icraatında 2013-cü ilin I rübü ərzində 5 cinayət işi olmuşdur. Həmin cinayət işlərindən 1-nin ibtidai istintaqı tamamlanmış, 1-nin icraatı dayandırılmış, 01.04.2013-cü il tarixə isə 3 cinayət işi qalıq qalmışdır.
Vətəndaşlardan rayon Prokurorluğuna cəmi 30 müraciət daxil olmuşdur. Həmin müraciətlərdən 2-si bilavasitə rayon Prokurorluğunda həll edilmiş, 22-si aidiyyəti üzrə baxılması üçün digər təşkilatlara göndərilmiş, 6-sı isə istintaq edilən cinayət işlərinə və həll olunmuş materiallara əlavə edilmişdir.
2013-cü ilin birinci rübündə Notariat Kontorunda 1047 notariat əməliyyatı rəsmiləşdirmiş və bunun üçün 955350 manat dövlət rüsumu, 2359 manat xidmət haqqının ödənilməsi təmin olunmuşdur.
2013-cü ilin I rübündə rayon qeydiyyat şöbəsində 305 doğum, 112 nikah, 96 ölüm qeydi rəsmiləşmişdir. 7 nikah pozulması qeydə alınmışdır.
Qeydiyyat əməliyyatları ilə əlaqədar 972 manat rüsum ödənilməsi təmin olunmuşdur.
Rayon ərazisində 18 İƏD üzrə nümayəndəlik, o cümlədən 1 şəhər, 3 qəsəbə, 14 kənd nümayəndəliyi və 15 bələdiyyə fəaliyyət göstərir.
Rayon İcra Hakimiyyəti aparatı hesabat dövründə vətəndaşlardan daxil olmuş ərizə və şikayətlərin baxılmasına, onların qəbulunun təşkilinə xüsusi diqqət yetirmişdir.
Bu ilin I rübündə İcra Hakimiyyətinə 253 təklif, ərizə və şikayət daxil olmuşdur. Müraciətlərin 90-ı Prezident Administrasiyasından, 9-u Milli Məclisdən, 11-i Nazirlər Kabinetindən, 15-i Respublikanın digər rəhbər təşkilatlarından, 128-i isə əhalinin müxtəlif təbəqələrindən olmuşdur.
İcra Hakimiyyəti hesabat dövründə vətəndaşların qəbulu işini ciddi nəzarətə götürmüşdür. 2013-cü ilin birinci rübündə İcra Hakimiyyətinin Başçısı tərəfindən 143 nəfər vətəndaş qəbul edilmişdir ki, onların 39 nəfəri səyyar qəbullar zamanı dinlənilmişdir. Qəbul zamanı qaldırılan bir çox təklif və iradlar yerindəcə həll olunmuş, bəzilərinin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir.
Hesabat dövründə də rayonun sosial-iqtisadi göstəriciləri, keçirilmiş səyyar qəbullar və müxtəlif səpkili tədbirlər barədə obyektiv məlumatlar sektor tərəfindən müəyyən edilmiş qrafikə əsasən RİAİS sisteminə yerləşdirilmişdir.
İcazə verin Sizin adınızdan respublika Prezidenti cənab İlham Əliyevi əmin edim ki, Hacıqabullular möhtərəm Prezidentimizin rayonumuza göstərdiyi diqqət və qayğıya özlərinin yüksək əmək və siyasi fəallığı ilə cavab verərək rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl işlər həyata keçirəcəklər. Qarşıdan gələn çox mühüm Prezident seçkiləri kompaniyasında Ümummilli lider Heydər Əliyevin siyasi və iqtisadi kursunun layiqli davamçısının ətrafında sıx birləşəcəklər.
 

Keçidlər