Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda vaksinasiya prosesi uğurla həyata keçirilir.

18 mart 2021 | 16:00

Ölkəmizin bütün regionlarında olduğu kimi, Hacıqabul rayonunda da Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin vaksinasiya olunması uğurla həyata keçirilir.
Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov mart 18-də vaksinasiya prosesinin gedişi ilə yerində tanış olmaq üçün MRX PHŞ üçün ayrılmış şəhər 10 saylı tam orta məktəbə gələrək burada yaradılmış şəraitlə tanış olub.
İcra başçısına məlumat verilib ki, əhalinin COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinin yüksək mütəşəkkilliklə aparılması üçün xəstəxanada bütün zəruri tədbirlər görülüb, ayrılmış xüsusi otaqlar TƏBİB-in təlimatlarına uyğun zəruri avadanlıqlarla təchiz edilib.
İcra Hakimiyyətinin başçısı əhali ilə səmimi söhbət edərək ölkə ərazisində pandemiya ilə mübarizə sahəsində görülmüş işlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın də nəzarətində  olduğunu, vətəndaşların sağlamlığının ölkə üçün prioritet olduğu bildirib. Həyata keçirilən vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün vacib mərhələ olduğunu qeyd edən icra hakimiyyətinin başçısı hər bir vətəndaşı məsuliyyətli olmağa çağırıb.
Vaksin olunan vətəndaşlar koronavirus əleyhinə vaksinin ölkəyə gətirilməsini və əhalinin müxtəlif qrupları üçün əlçatatanlığını təmin etdiyinə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Daha sonra İcra başçısı Rüstəm Xəlilov xəstəxanada tibb işçilərinin nəzarəti altında COVİD-19 əleyhinə peyvənd olundu.
Qeyd edək ki, indiyədək rayon üzrə 3700-dən çox vətəndaş COVİD-19 əleyhinə peyvənd olunub.

Keçidlər