50 illik yubiley münasibətilə Hacıqabul şəhər Uşaq musiqi məktəbinin direktoru fəxri fərmanla mükafatlandırıldı.
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Hacıqabul şəhər Uşaq musiqi məktəbinin direktoru Fərəcov Mehtiqulu Əflatun oğlu 50 illik yubileyi münasibətilə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov tərəfindən fəxri fərmanla təltif edilmişdir.
O, uzun illər ərzində mədəniyyət sahəsində göstərdiyi səmərəli fəaliyyətə, musiqi sənətinin inkişafına verdiyi mühüm töhfələrə görə yüksək qiymətləndirilmişdir.
Direktorun rəhbərliyi dövründə məktəbdə tədrisin keyfiyyəti yüksəlmiş, gənc istedadların üzə çıxarılması və onların peşəkar inkişafı istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur. Onun təşəbbüsü ilə həyata keçirilən layihələr və tədbirlər musiqi mədəniyyətinin təbliğinə və geniş kütlələr arasında yayılmasına xidmət etmişdir.
Kollektiv arasında qazandığı hörmət və nüfuz, eləcə də peşəsinə olan sədaqəti onu nümunəvi rəhbər kimi səciyyələndirir.






