“1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü” Hacıqabul rayonunda da qeyd edildi.
Sabirabad Regional Mədəniyyət İdarəsinin Hacıqabul rayon şöbəsinin təşkilatçılığı ilə hazırlanmış tədbirdə Hacıqabul rayonundan olan, Vətən müharibəsi şəhidlərinin ailələri və övladları da iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Vətən müharibəsində şücaət göstərək şəhidlik zirvəsinə ucalmış Şəhidlərin ailələri və övladları görüşərək onları “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə təbrik etdi və onlara göstərilən diqqət və qayğıdan danışdı.
Tədbir “Lalə uşaq bağçasının fidanlarının və rayonumuzun uşaq və yeniyetmələrinin ifalarında səslənən şerlər, musiqilər və rəqslərlə davam etmişdir.
Tədbirin sonunda rayon İcra Hakimiyyətinin Başçısı Rüstəm Xəlilov bütün uşaqları bayram münasibəti ilə təbrik edərək Şəhid övladlarına hədiyyələr təqdim etdi.