Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının Hacıqabul rayon təşkilatının fəalları ilə görüş

21 iyul 2013 | 15:00
Toplantıda giriş sözü ilə çıxış edən YAP Hacıqabul rayon təşkilatının sədri Hafiz Bəşirov ötən dövr ərzində görülən işlər, Prezident seçkilərinə hazırlıqla əlaqədar qarşıda duran vəzifələr barədə qısa məlumat vermişdir.

Fəallarla görüşdə çıxış edən YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov ilk olaraq partiyanın Hacıqabul rayon təşkilatının üzvlərini salamlayıb və bildirib ki, görüşün əsas məqsədi seçki ərəfəsində görüləcək işləri bir daha birgə müzakirə edib, qarşıda duran vəzifələri müəyyənləşdirməkdir.

"YAP-ın namizədi Prezident İlham Əliyevin 10 il ölkəmizə rəhbərlik etdiyi zaman kəsiyində həyatimizin bütün sferalarında dinamik inkişaf müşahidə edilib. Azərbaycanın beynəlxalq aləmdə, dünya birliyində mövqeyi möhkəmlənib. Həyatımızda baş verən ciddi dəyişikliklər ulu öndər Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla icra olunmasının nəticəsidir. Azərbaycan hakimiyyətinin yürütdüyü siyasətin kökündə insanların rahat yaşaması, rifah halının yüksəlməsi dayanır. Əldə olunan uğurların əsas qayəsi ölkəmizdə yaşanan sabitlik, əmin-amanlıqdır. Bu gün sözün həqiqi mənasında Azərbaycanda yaşamaq mənalı və rahatdır. Bu şərait insanlarımızı sövq edir ki, növbəti 5 ildə də prezident kürsüsündə İlham Əliyevi görsünlər. Biz əminik ki, göyçaylılar hər zaman olduğu kimi bu dəfəki seçkidə də Heydər Əliyev siyasi xəttini müdafiə edərək cənab İlham Əliyevə səs verəcəklər".

Gənclər adından YAP Hacıqabul rayon təşkilatının Gənclər Birliyinin sədri Saleh Ələsgərov və partiyanın veteran fəallarından Gülüstan Almazova çıxış edərək Hacıqabulluların prezident seçkilərində İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyərək ona səs verəcəklərini bildiriblər.
Keçidlər