Hacıqabul rayonunda “15 iyun - Milli Qurtuluş günü”nə həsr edilmiş tədbir keçirilmişdir.
Xalqımızın tarixində parlaq, əlamətdar, unudulmaz səhifələr çoxdur. Belə səhifələrdən biri də müstəqillik tarixində müstəsna yeri olan Milli Qurtuluş günüdür. Məhz bu gün ölkəmizin həyatında yeni dövr başlamış, müstəqilliyimizin dönməz və əbədi olması, dövlətçiliyimizin möhkəmləndirilməsinin əsası qoyulmuşdur. Ona görə də xalqımızın tarixi yaddaşına əbədi həkk olunmuş Milli Qurtuluş günü fərəhlə, iftixar hissi ilə bayram edilir.
“15 iyun - Milli Qurtuluş günü” münasibətilə Hacıqabul rayonunda tədbir keçirildi. Rayon İcra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri Ümummilli lider Heydər Əliyev adına parkda ucaldılmış Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüşlər.
Bütün Azərbaycan xalqı kimi Hacıqabullular da müstəqilliyimizin möhkəmləndirilməsi və əbədiləşdirilməsinin təmin edilməsi kimi şərəfli işdə dövlət başçısı cənab İlham Əliyevə dəstək verməklə, Heydər Əliyev ideyalarının təntənəsinin bundan sonra da ən fəal iştirakçıları olacaqlar.