2013-cü ilin birinci yarısında Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı
25 iyul 2013 | 15:00
24 iyul 2013-cü il tarixdə saat 11:00-da İcra Hakimiyyətinin Akt zalında 2013-cü ilin birinci yarısında Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının yekunları barədə rayon İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarovun hesabat yığıncağı keçirilmişdir.
Hesabat yığıncağında İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, İcra Hakimiyyəti Başçısının şəhər, qəsəbə, kənd İƏD üzrə nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri və ziyalılar – cəmi: 120 nəfər iştirak etmişdir.