Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda dezinfeksiya işləri davam edir.

20 avqust 2021 | 16:00

Rayon ərazisində epidemioloji durum rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət altında saxlanılır, sanitariya-gigiyena norma və qaydalarına ciddi nəzarət edilir və təxirəsalınmaz profilaktik tədbirlər davam etməkdədir.
İnfeksiyanın rayon ərazisində yayılmasının qarşının alınması məqsədilə 20.08.2021-ci il tarixdə xüsusi ayrılmış texnika vasitəsi ilə küçə və prospektlərdə eləcə də Gigiyena və Epidemilogiya Mərkəzinin həkim və tibb işçiləri tərəfindən məhəllədaxili yollarda, həmçinin yaşayış binalarında dezinfeksiya işləri davam etdirilmişdir.
Xüsusi ayrılmış mobil qruplar tərəfindən şəhər, qəsəbə və kəndlərdə əhali arasında insanların karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün maarifləndirmə işləri ciddi qaydada aparılır.

 

Keçidlər