Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda yüksək balla ali təhsil müəssisələrinə qəbul olan tələbələrlə görüş keçirilib

07 sentyabr 2021 | 16:00

07 sentyabr 2021-ci il tarixində Hacıqabul Rayon İcra Hakimiyyətində rayon təhsil müəssisələrinin 2020-2021-ci tədris ilində qazandığı uğurlar müzakirə edilib və yüksək balla ali təhsil müəssisələrinə qəbul olan tələbələrlə görüş keçirilib.

Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunmuşdur.

Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov görüşdə çıxış edərək tələbə adını qazanan gəncləri təbrik etmiş, onlara təhsildə və gələcək həyatlarında uğurlar arzulamış, yüksək bilikli mütəxəssis kimi yetişməyi və Vətənə ləyaqətlə xidmət göstərməyi tövsiyə etmişdir. Ölkə başçısı cənab İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın  təhsilin inkişafını həmişə diqqətdə saxladığı və bu istiqamətdə mühüm tədbirlər həyata keçirdiyi vurğulanmışdır.

Tələbələrlə səmimi söhbət edən rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov bir daha təbriklərini çatdıraraq təhsillərinin növbəti mərhələsində onlara müvəffəqiyyətlər arzuladı, ümidvar olduğunu bildirdi ki, ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanımızın inkişafı və tərəqqisi naminə görülən işlərə öz layiqli töhfələrini verəcəklər.

Görüşdə təhsildə fərqlənmiş, qəbul imtahanlarında 600 baldan yuxarı nəticələr əldə edərək ali məktəblərə qəbul olunmuş bir neçə məzun mükafatlandırılmışdır.
Tədbirin sonunda məzunlarla xatirə şəkli çəkdirildi.

 

Keçidlər