Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov “Vətən müharibəsi” şəhidlərinin və qazilərin ailə üzvlərini ziyarət etdi.
16.09.2021-ci il tarixdə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov və hüquq mühafizə orqanlarının rəhbərləri “Vətən müharibəsində” şəhid və qazi olmuş şəxslərin ailə üzvlərini ziyarət etdi.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında şəhid olmuş Ağaməmmədov Xəyal Salam oğlunun, Şıxəliyev Mehti Yalçın oğlunun, Yaqubov Hümbət Mərhəmət oğlunun, Hüseynov Nicat Adil oğlunun, Quliyev Turab Əlisafa oğlunun və “Vətən müharibəsi”də hər iki ayağından yaralanaraq qazi olmuş Məmmədzadə Adəm Gülhəsən oğlunun ailəsi ziyarət edildi.
Hacıqabul rayonunda Şəhid ailələri, Qarabağ müharibəsi veteranları və əlilləri ilə vaxtaşırı görüşlər keçirilir, onların arzu və istəkləri dinlənilir. Belə görüşlərin təşkili silsilə xarakter daşıyır.