Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov “Vətən müharibəsində” şəhid olmuş şəxslərin ailə üzvlərini ziyarət etdi.

17 sentyabr 2021 | 16:00

17.09.2021-ci il tarixdə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov və hüquq mühafizə orqanlarının rəhbərləri “Vətən müharibəsində” şəhid olmuş şəxslərin ailə üzvlərini ziyarət etdi.

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında şəhid olmuş Əhmədov Səbuhi Ziyafət oğlunun, Kərimli Qalası Müslüm oğlunun, Ağayev Mənsur Ağa oğlunun, Məlikov Əhməd Məmməd oğlunun, Balabəyov Pərviz Tofiq oğlunun, Nurzalıyev Elməddin Səfər oğlunun, Baladov Ruslan Allahyar oğlunun, Mehtiyev Sətdar Raqif oğlunun, Ağamalıyev Şəhriyar Əvəz oğlunun, Zeynalov Qubad İslam oğlunun və Abbasov Hüseyn Əlizadə oğlu oğlunun ailəsi ziyarət edildi.

Görüş iştirakçıları Şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayaraq, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondu vasitəsilə  həyata keçirdiyi tədbirlər və şəhid ailələrinə göstərdiyi həssas münasibətlə mükəmməl örnək olduğunu bildirdi.

Hacıqabul rayonunda Şəhid ailələri, Qarabağ müharibəsi veteranları və əlilləri ilə vaxtaşırı görüşlər keçirilir, onların arzu və istəkləri dinlənilir. Belə görüşlərin təşkili silsilə xarakter daşıyır.

Keçidlər